25 Sentyabr 2026 20:38
653
SİYASƏT
A- A+
Sahibə Qafarova: Azərbaycan–Gürcüstan dostluğu regionda əməkdaşlığın güclənməsinə xidmət edir

Sahibə Qafarova: Azərbaycan–Gürcüstan dostluğu regionda əməkdaşlığın güclənməsinə xidmət edir


Sentyabrın 25-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Sahibə Qafarova Azərbaycan ilə Gürcüstan arasında tarixən mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinin bu gün qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanaraq uğurla inkişaf etdiyini bildirib.

İki ölkə arasında münasibətlərin formalaşması və inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi rolu qeyd edilib.

Bildirilib ki, Azərbaycan və Gürcüstan liderləri tərəfindən ikitərəfli əlaqələrin strateji əhəmiyyəti daim vurğulanır. Bu baxımdan, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında mühüm rol oynadığı qeyd olunub. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Gürcüstana son dövlət səfərinin regional əməkdaşlıq baxımından əhəmiyyətli siyasi mesajlar daşıdığı, Azərbaycan–Gürcüstan dostluq və qardaşlığının regionda əməkdaşlığın daha da gücləndirilməsinə xidmət etdiyi bildirilib.

Nino Tsilosani Azərbaycanın Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Gürcüstanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma seçkilərlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən səsləndirilmiş bəyanatın yüksək qiymətləndirildiyi, bu mövqenin mühüm siyasi mesaj olduğu vurğulanıb.

Söhbət zamanı iqtisadi əlaqələrdən bəhs edilib, bu çərçivədə İkinci İnvestisiya Forumunun təşkilində iştirakın və forumun iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Parlamentlərarası əlaqələrin Azərbaycan–Gürcüstan münasibətlərinin mühüm istiqamətlərindən biri olduğu bildirilib.

Gürcüstan Parlamentinin “Şərəf” medalının Milli Məclisin sədri Sahibə Qafarovaya təqdim olunmasının parlamentlərarası əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğu qeyd edilib. Spiker Sahibə Qafarova öz növbəsində təqdim olunan mükafatı yüksək qiymətləndirərək, onu Azərbaycan–Gürcüstan parlamentlərarası münasibətlərinə verilən yüksək dəyərin ifadəsi kimi dəyərləndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birliyimizin zəfəri    

10:58
08 Noyabr

Böyük Qayıdış və Qarabağda başlayan yeni həyat

10:56
08 Noyabr

Azərbaycan tarixinin qürur salnaməsi

10:53
08 Noyabr

Postmüharibə dövründə şəhid ailələri və müharibə veteranlarına göstərilən xidmətlərin sayı açıqlanıb  

10:34
08 Noyabr

Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

10:33
08 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

10:20
08 Noyabr

Bu gün Şuşa Şəhəri Günüdür

08:14
08 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi kadrları ilə bağlı paylaşım edilib VİDEO

20:40
07 Noyabr

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

20:38
07 Noyabr

“AzerGold” kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir

19:41
07 Noyabr

Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yayıb

18:54
07 Noyabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

18:31
07 Noyabr

UNESCO-nun himayəsi altında Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzinin direktoru Oljas Süleymenovdan

18:21
07 Noyabr

Qaradağ rayonunda “Zəfərin işığında” adlı tədbir keçirilib

17:03
07 Noyabr

FHN-də Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib

16:51
07 Noyabr

CENTCOM-dən 20 milyon dollarlıq mükafat

16:43
07 Noyabr

Zəfər Günü xalqımızın milli qürurunun, ləyaqətinin və sarsılmaz iradəsinin təntənəsidir

16:35
07 Noyabr

Böyük Qayıdış uğurla reallaşır

16:01
07 Noyabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub  

15:12
07 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

15:07
07 Noyabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

15:01
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!