08 Noyabr 2026 08:14
290
CƏMİYYƏT
A- A+
Bu gün Şuşa Şəhəri Günüdür

Bu gün Şuşa Şəhəri Günüdür

Bu gün Şuşa şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin 6 ili tamam olur. 2020-ci il noyabrın 8-də, Vətən müharibəsinin 43-cü günü Şuşa işğalçılardan təmizlənib və şəhərdə Azərbaycan Bayrağı dalğalanıb.

AZƏRTAC Şuşa şəhərinin salınmasından bu günədək olan tarixə qısaca nəzər salır.

Əsrlərin yadigarı olan şəhər və işğalın izləri

Şuşanın bünövrəsi 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Uca dağlar qoynunda qala-istehkam kimi inşa edilmiş şəhər zaman keçdikcə böyüyüb və ən gözəl məkanlardan birinə çevrilib. Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayan Şuşa şəhəri zəngin inkişaf yolu keçərək, həm də mədəniyyət və musiqi beşiyi kimi tanınıb. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan Şuşa yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməsinə əlamətdar səhifələr yazıb.

Ötən əsrin 70-ci illərində şəhərin sürətli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndərin respublikaya rəhbərlik etdiyi həmin dövrdə şəhərin inkişafına dair xüsusi qərarlar qəbul edilib və quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi sahəsində mühüm addımlar atılıb.

Strateji cəhətdən əlverişli mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğal edilib. İşğaldan sonra şəhərin 22 min əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşib. Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb, 55 nəfər əsir düşüb və girov götürülüb.

İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılıb. Erməni vandalları azərbaycanlıların tarixi izlərini silmək üçün 600-ə yaxın tarixi memarlıq abidəsini, həmçinin Pənahəli xanın sarayını, Yuxarı Gövhər Ağa məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan ediblər. 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumi təhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, eləcə də Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialını və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyini, Qarabağ Dövlət Tarix Muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdıblar, nadir sənət incilərini talayıb məhv ediblər.

Zəfərlə bitən uğurlu əməliyyat

Qarabağın tacı sayılan Şuşa şəhərinin yeni dövrü 6 il əvvəl - 2020-ci il noyabrın 8-də başlayıb. 28 il erməni hərbi birləşmələrinin işğalı altında qalan Şuşanın azad edilməsi əməliyyatı Vətən müharibəsinin ən uğurlu əməliyyatlarından, Azərbaycanın hərb tarixinin ən parlaq səhifələrindən biridir. Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq, Şuşaya doğru istiqamət götürüblər. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər. Noyabrın 7-də onlar yüngül silahlarla ətrafdakı qayalıqlara dırmaşaraq, şəhərə daxil olublar. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılsa da, Azərbaycan hərbçiləri erməni qoşunlarını məhv edərək, düşməni şəhərdən qovublar və noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.

Həmin gün xalqımızın qüdrətinin və milli qürurunun təntənəsinə çevrilən bu möhtəşəm Qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirilib. Şuşa şəhərinin işğaldan azad olunmasının tarixi əhəmiyyəti nəzərə alınaraq, noyabrın 8-i Zəfər Günü elan olunub. 2021-ci il yanvarın 14-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Azərbaycan Bayrağını ucaldıb.

2023-cü il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşa şəhərinin işğaldan azad olunduğu noyabrın 8-i Şuşa Şəhəri Günü kimi qeyd edilib.

Tarixi missiya davam etdirilir

Şuşanın tariximizdə xüsusi yeri var. Prezident İlham Əliyevin söylədiyi sözlər də dövlətimizin başçısının bu şəhərə verdiyi dəyəri əks etdirir: “Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir... Bu gün Azərbaycan Bayrağı Şuşada dalğalanır”.

Şuşa şəhəri azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verilib və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirilib. Həmin layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərin, ənənələrin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Hər il Cıdır düzündə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı və Vaqif Poeziya Günləri keçirilir.

Şuşa Qarabağın baş tacıdır, elm, mədəniyyət mərkəzidir, Azərbaycanın etnoqrafik muzeyidir, folklor yaddaşıdır.

Şuşa öz tarixi missiyasını yenidən ləyaqətlə yaşayır. Beynəlxalq tədbirlərə ev sahibliyi etmək, müxtəlif mədəni-kütləvi yığıncaqların mərkəzinə çevrilmək onun yeni beynəlxalq statusuna aiddir.

Gözəlləşən şəhər, sevinən insanlar

Bu gün Şuşa sürətlə tikilir, inkişaf edir, gözəlləşir. Küçələr, yollar, bulaqlar, məscidlər, təhsil və mədəniyyət, ticarət və iaşə mərkəzləri, sosial məkanlar yeni görkəm alır. Şəhərdə 1 nömrəli tam orta məktəbin binası, yaşayış komplekslərinin inşası, Mamayı, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Üzeyir Hacıbəylinin ev-muzeyi, Şirin su hamamının bərpası görülən işlərin yalnız bir hissəsidir.

Son 6 ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərinə səfər edib, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar.

Artıq keçmiş məcburi köçkünlərin bir qrupu Şuşaya qayıdıb və proses davam edir. Getdikcə doğma şəhərdəki evlərinə dönən sakinlərin sayı artır, doğma yurd üçün qəribsəmiş əhali öz ev-eşiyinə dönür, gecələr yanan işıqların sayı çoxalır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi Şuşa şəhərinə köçürülmüş sakinlərdən artıq 637 şəxsi məşğulluq tədbirlərinə cəlb edib. Onlardan 625-nin məşğulluğu təmin olunub, o cümlədən 27 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb, 12 nəfər isə peşə kurslarına cəlb edilib. Hazırda Şuşa şəhərində daha bir qrup sakinin məşğulluğuna dəstək işləri də aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və cəlb olunacaqları məşğulluq proqramı müəyyən edilir.

Qeyd edək ki, Şuçanın əzəli və əbədi sahibləri ata-baba ocaqlarına qayıdandan sonra şəhərin inkişafı daha da sürətlənib. Bu gün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Şuşanın sosial simasına yeni naxışlar vurulur, əsl müasir və modern şəhər simasını alır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşa Şəhəri Günüdür

08:14
08 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi kadrları ilə bağlı paylaşım edilib VİDEO

20:40
07 Noyabr

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

20:38
07 Noyabr

“AzerGold” kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir

19:41
07 Noyabr

Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yayıb

18:54
07 Noyabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

18:31
07 Noyabr

UNESCO-nun himayəsi altında Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzinin direktoru Oljas Süleymenovdan

18:21
07 Noyabr

Qaradağ rayonunda “Zəfərin işığında” adlı tədbir keçirilib

17:03
07 Noyabr

FHN-də Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib

16:51
07 Noyabr

CENTCOM-dən 20 milyon dollarlıq mükafat

16:43
07 Noyabr

Zəfər Günü xalqımızın milli qürurunun, ləyaqətinin və sarsılmaz iradəsinin təntənəsidir

16:35
07 Noyabr

Böyük Qayıdış uğurla reallaşır

16:01
07 Noyabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub  

15:12
07 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

15:07
07 Noyabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

15:01
07 Noyabr

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

14:28
07 Noyabr

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 152-ci kitabı çapdan çıxıb

14:24
07 Noyabr

Sabaha olan hava proqnozu açıqlanıb

14:01
07 Noyabr

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında

13:47
07 Noyabr

Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır

13:37
07 Noyabr

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

13:15
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!