23 Noyabr 2023 09:35
2241
Səhiyyə
A- A+
Sağlamlığın daha etibarlı təminatı - icbari tibbi sığorta sistemi

Sağlamlığın daha etibarlı təminatı - icbari tibbi sığorta sistemi

 

Hər bir dövlət üçün ən əsas məsələlərdən biri, vətəndaşların keyfiyyətli tibbi yardıma və səhiyyə xidmətinə əlçatanlığının təmin olunmasıdır. Bu səbəbdən də keyfiyyətli və əlçatan tibbi yardımın təmin olunması Prezident İlham Əliyevin yürütdüyü daxili siyasətin ana xəttini təşkil edir. Onun rəhbərliyi altında digər sahələrdə olduğu kimi, səhiyyə sektorunda da keyfiyyətli tibbi xidmətin təmin olunması məqsədi ilə köklü islahatlar həyata keçirilməkdədir. İcbari tibbi sığortanın tətbiqi bunun bariz nümunəsidir. 
İcbari tibbi sığorta təkcə insanların pulsuz və keyfiyyətli tibbi yardım alması və səhiyyə sahəsində əlçatanlığı təmin etmək deyil, həm də səhiyyənin müasir dövrün tələblərinə, yeni çağırışlara uyğun yeni effektiv idarəetmə sisteminin tətbiqidir. 2017-ci ildən etibarən pilot layihə olaraq həyata keçirilən bu islahat artıq son 3 ildir ki, bütün respublika üzrə tətbiq olunmaqdadır. 
Qısa zaman keçsə də, bu sahədə çox ciddi uğurlara imza atılıb. Belə ki, icbari tibbi sığortanın tətbiqi və bu istiqamətdə yaradılan strukturların fəaliyyəti nəticəsində, təkcə insanların keyfiyyətli tibbi xidmət alması baxımından deyil, eyni zamanda müasir tipli və standartlara cavab verən sağlamlıq ocaqlarının yaradılması, onların ən yeni lazımi tibbi avadanlıqla və yüksəkixtisasli tibb personalı ilə təmin olunması baxımından da, öz müsbət nəticəsini verməkdədir. 
Hökumətin sosial siyasətinin yeni istiqaməti və səhiyyə sahəsində aparılan islahatların davamı olaraq yaradılan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarla qurulmasını, həmçinin əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artırır və səhiyyənin maliyyə potensialını gücləndirir. Agentlik səhiyyə sahəsinə ayrılan vəsaitlərin daha səmərəli şəkildə əhalinin sağlamlığının yaxşılaşdırılmasına və yönəldilməsinə xidmət edir. İcbari tibbi sığorta səhiyyə sahəsinə ayrılan bütün vəsaitlərin vahid bir mənbədə cəmləşdirilməsini və əhalinin tibbi xidmətlərdən istifadəsi üçün çəkilən xərclərin bir mənbədən maliyyələşdirilməsini təmin edir. 
İcbari tibbi sığorta sosial həmrəylik, səmərəlilik, şəffaflıq və keyfiyyət prinsipləri əsasında fəaliyyət göstərir. Onun uğurlu tətbiqi üçün ilkin səhiyyə xidmətinin inkişafı və səmərəli təşkili əsas məsələdir. Bu xidmət sayəsində xəstəliklərin erkən aşkarlanması və xəstənin vaxtında müalicəsi mümkün olur. Xidmətlər zərfi ilə 1334 sayda cərrahi əməliyyat təminata alınıb. Həmin əməliyyatlar sırasına koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları, orqan transplantasiyaları və s. bir sıra digər əməliyyatlar daxildir. 
Bu əməliyyatların yerinə yetirilməsi üçün müqaviləli tibb müəssisələrinə təkcə dövlət tibb müəssisələri deyil, özəl xəstəxanalar da aiddir. Elə xidmətlər var ki, onları dövlət xəstəxanası göstərə bilmir. Ona görə də özəl tibb müəssisələri ilə müqavilələr imzalanır. Özəl xəstəxanaların seçimi prosesində müəyyən meyarlar nəzərə alınır. Məsələn, belə müəssisələr daha geniş spektrdə xidmət təklif edən xəstəxanalar olmalıdır ki, vətəndaş ona lazım olan ambulator və ya stasionar tibbi xidməti əldə edə bilsin. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin həyata keçirilməsi və əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının yüksəldilməsi məqsədilə 150 tibb müəssisəsi ilə müqavilə bağlayıb. Beləliklə, vətəndaş ödəniş etmədən özəl klinikalarda da həmin xidmətlərdən yararlana bilir. 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına əsasən, cari ilin ilk 9 ayı ərzində dövlət tibb müəssisələrinə 4,2 milyon şəxs 16 milyondan çox müraciət edib. Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 50 milyondan artıq olub. Tibbi xidmətlərin 86 faizi ambulator, 14 faizi stasionar şəraitdə göstərilib. Məlumat üçün bildirək ki, əgər keçən il ölkə əhalisinin 47 faizi icbari tibbi sığortadan yararlanmışdırsa, bu ilin ilk 9 ayı üzrə bu rəqəm 44 faizdir. 
İlin sonuna qədər tibb müəssisələrinə 5 milyondan çox əhalinin müraciəti gözlənilir. Cari ilin 8 ayı (yanvar-avqust) ərzində özəl tibb müəssisələrində vətəndaşlar sığorta çərçivəsində 100 mindən çox tibbi xidmətdən yararlanıb. Agentliyin müqavilə bağladığı özəl klinikalarda əsasən ürək-damar, ümumi cərrahiyyə, uroloji, travmatoloji, oftalmoloji, neyrocərrahiyyə, lor, koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatları icra olunub. Onu da unutmaq lazım deyil ki, icbari tibbi sığorta fondunun vəsaitləri sonsuz deyil. Fondun vəsaitinin yalnız 17 faizi, təqribən 1.7 milyon vətəndaşın ödədiyi sığorta haqları hesabına formalaşır. Qalan əhali üçün bütün səhiyyə xərcləri dövlət büdcəsindən ödənilir. Bununla da bütün vətəndaşlar istisnasız qaydada icbari tibbi sığortanın imkanlarından faydalanmaq hüququ əldə edir və kənarda qalmırlar. 
Tibbi xidmətlərin əlçatanlığının artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi təqdirəlayiq olsa da, əhaliyə etibarlı, keyfiyyətli və səmərəli tibbi xidmətlərin göstərilməsi üçün dövlət səhiyyə sisteminə aid olan tibb müəssisələrinin rəqabətə davamlılığı əhəmiyyətli dərəcədə artırılmalıdır. Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi avadanlıqlarla təchizatının yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi istiqamətində aparılan işlər bundan sonra da davam etməlidir. Dövlət bu sahənin inkişafına böyük diqqət və qayğı göstərir. Bu məqsədlə dövlət büdcəsindən növbəti ildə də icbari tibbi sığortanın tətbiqinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi məqsədi ilə 1,4 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. Bu sahə inkişaf etdikcə Xidmətlər zərfinə daxil olan tibbi xidmət növləri də artırılacaq. Əgər ilk mərhələdə tibbi xidmət 2500 civarında idisə, indi bu 3000-dən artıqdır və gələcəkdə daha da arta bilər. 
Ən mühüm məsələlərdən biri də səhiyyə orqanlarının konkret funksiyalarla təmin olunmuş səhiyyə qurumları tərəfindən idarə olunması, kənar strukturların müdaxilə edərək prosesləri müxtəlif istiqamətlərə yönəltməsinin qarşısının qəti şəkildə alınmasıdır. İnanıram ki, bütün bu məsələlər tədricən öz həlli tapacaq.
 Onu da qeyd etmək lazımdır ki, Milli Məclis ilk gündən icbari tibbi sığortanın respulbikada daha effektiv və təkmil formada təbiqi məqsədi ilə qanunvericilik bazasının formalaşmasında aktiv rol oynayıb və bundan sonra da qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində zəruri addımları atacaq. 
Bütövlükdə, Azərbaycanda vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunması Prezident İlham Əliyevin uzaqgörənliklə yürütdüyü sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu sahədə mühüm addımlardan biri olan icbari tibbi sığortanın tətbiqi isə özünü uğurla doğrultmaqdadır. Bu sistem tədricən daha da təkmilləşəcək, nəticədə həm əhalinin daha çox tibbi xidmətlərə əlçatanlığı artacaq, həm də tibb müəssisələrinin infrastrukturu yaxşılaşacaq və müasirləşəcək. 

İlham MƏMMƏDOV,
Milli Məclisin deputatı 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!