16 May 2025 08:50
544
İQTİSADİYYAT
A- A+
Sağlam gələcək təhlükəsiz qidadan başlayır

Sağlam gələcək təhlükəsiz qidadan başlayır


Təhlükəsiz qida günümüzün ən vacib tələblərindən biridir. Ona görə də qida təhlükəsizliyinin qorunması təkcə istehsalçıların və istehlakçıların yox, həm də dövlətin  qayğısıdır. Üstəlik, qida təhlükəsizliyi məsələləri bir ölkənin sərhədindən çıxıb bütün bəşəriyyətin sağlamlığı və rifahı kimi qəbul olunur. 

Azərbaycanda da qida təhlükəsizliyi həm qlobal, həm də milli səviyyədə vacib məsələlərdən sayılır. Qida məhsullarının təhlükəsiz olması üçün ölkəmizdə müxtəlif səviyyələrdə nəzarət tədbirləri həyata keçirilir. Çünki qidanın təhlükəsizliyi ixrac potensialı və milli maraqlar baxımından strateji əhəmiyyət daşıyır. Amma son zamanlar tez-tez baş verən qida zəhərlənmələri vətəndaşların və icra qurumlarının bu sahəyə diqqətinin artırılmasını tələb edir. 

Keyfiyyətsiz qida məhsulları, antisanitariya, bakteriyalar, viruslar, kimyəvi maddələr, mikrob və toksinlərin qidalara daxil olması, bişirilmə və saxlanmada buraxılan səhvlər zəhərlənmələrin əsas səbəblərindəndir. Bir çox halda bazarda satılan qida məhsulları təhlükəli maddələr və mikroorqanizmlərlə çirklənmiş olur. Restoranlar və qida istehsal edən müəssisələr gigiyena qaydalarına əməl etmədikdə daha çox zəhərlənmə hadisəsi baş verə bilər. Bütün bunların qarşısının alınması istiqamətində  dövlət, istehsalçı və istehlakçılar birgə fəaliyyət göstərməlidirlər. Həyata keçirilən genişmiqyaslı tədbirlər və mexanizmlər də birbaşa insan sağlamlığının qorunması və təhlükəsiz qida təminatının gücləndirilməsinə xidmət etməlidir.  

Bu və sadalanan digər ehtiyacları qarşılamaq üçün Prezident İlham Əliyevin fərmanı ilə  yaradılan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2018-ci ildən fəaliyyətə başlamışdır. AQTA yaradılana qədər Azərbaycanda qida təhlükəsizliyinə nəzarət bir neçə dövlət qurumu arasında bölüşdürülmüşdü. Bu isə nəzarət və cavabdehlik baxımından pərakəndəlik yaradır, istehlakçı hüquqlarının müdafiəsi sahəsində ciddi boşluqlar meydana çıxarırdı. Bütün bu proseslərin vahid bir qurum tərəfindən əlaqələndirilməsi və effektiv idarə olunması üçün AQTA-nın yaradılması zəruri oldu. Məqsəd qida təhlükəsizliyi sisteminin  təkmilləşdirilməsi, insan sağlamlığının qorunması, qanunvericilik və normativ sənədlərin hazırlanması, istehlakçı hüquqlarının müdafiəsi, ictimai iaşə müəssisələrində çalışan şəxslərə, fermerlərə və sahibkarlara qida təhlükəsizliyi ilə bağlı maarifləndirmə və təlimlər keçirməkdir.

Agentliyin yaradılması yalnız qida zəhərlənmələrinin qarşısının alınması ilə deyil, həm də Azərbaycanın qlobal ərzaq bazarında rəqabət qabiliyyətinin artırılması ilə bağlı strateji bir addımdır. İstehlakçıların etibarlı və sağlam qidaya çıxış imkanlarının artırılması, eyni zamanda sahibkarların beynəlxalq standartlara uyğun məhsul istehsal etməsi baxımından AQTA-nın rolu getdikcə daha əhəmiyyətli olur. Agentliyin yarandığı gündən qida təhlükəsizliyi sahəsində mühüm irəliləyişlərə nail olduğunu danmaq olmaz. Müasir laboratoriya infrastrukturunun yaradılması, mobil laboratoriyaların istifadəyə verilməsi, kütləvi tədbirlərin keçirilməsi və zərərli məhsulların dövriyyədən çıxarılması kimi tədbirlər müsbət nəticələr verməkdədir. Qida zəncirinə daxil olan subyektlərin qeydiyyatı, məhsulların elektron sistemlərdə izlənməsi və beynəlxalq təşkilatlarla əməkdaşlıq da AQTA-nın fəaliyyətində əsas prioritetlər sırasındadır.

Əhalinin  təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliyinin və şəffaflığının artırılması, eləcə də onun beynəlxalq tələblərə uyğunlaşdırılması üçün  "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Bu günlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) həmin proqramın icrasının 2024-cü il üzrə ilkin monitorinq nəticələri ilə bağlı görüş keçirilib. Tədbirdə dövlət proqramı çərçivəsində görülən işlər qida təhlükəsizliyinin təmin olunmasında, əhalinin sağlam qida məhsulları ilə təminatının artırılmasında, bu sahədə hüquqi və institusional islahatların həyata keçirilməsində əhəmiyyətli rol oynaması, ölkənin qida təhlükəsizliyi sahəsində beynəlxalq standartlara uyğun daha sağlam, güvənli və davamlı bir sistemin formalaşması işlərinin uğurla davam etdirilməsi diqqətə çatdırılıb.

Yeri gəlmişkən, AQTA 3 gün öncə öz işinə başlayan 30-cu "InterFood Azerbaijan"Azərbaycan Beynəlxalq Qida Sənayesi və 18-ci "Caspian Agro" Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgilərini dəstəkləyən qurumlar sırasındadır. Sərginin açılışında çıxış edən AQTA-nın sədri Qoşqar Təhməzli  adıçəkilən proqramın icrası ilə əlaqədar fikirlərini  tədbir iştirakçıları ilə bölüşüb: "AQTA tərəfindən ölkədə insan, heyvan və bitki sağlamlığı üçün təhlükə törədən müvafiq risklərin idarə edilməsi, biotəhlükəsizliyin qorunması və təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir". Sədr çıxışında həmçinin qeyd edib ki, idxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin operativ həyata keçirilməsi məqsədi ilə Qazax rayonunun Gürcüstan Respublikası ilə sərhəd buraxılış məntəqəsinə yaxın ərazisində yaradılmış "Qırmızı körpü" Qida Təhlükəsizliyi Nəzarəti Məntəqəsi bütün lazımi avadanlıqlarla təchiz edilib və fəaliyyətə başlayıb.

Göründüyü kimi, qida təhlükəsizliyi yalnız bir qanun və qayda məsələsi deyil, eyni zamanda həyatın özüdür. Hər bir qida sağlam gələcəyin toxumudur. Bizim nəyi necə və hansı şəraitdə qəbul etdiyimiz sağlamlığımıza təsir edən vasitə olduğu üçün ona diqqət və məsuliyyətlə yanaşmalıyıq. Unutmayaq ki, sağlam bədəndə sağlam ruh olanda cəmiyyət də sağlamlaşır. Bu baxımdan qida təhlükəsizliyi sadəcə qorunmaq deyil, eyni zamanda insanlığın gələcəyinə sərmayə qoymaqdır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!