23 May 2023 17:08
445
İDMAN
A- A+
“Şadıq ki, tarixi nəticə əldə edə bildik”

“Şadıq ki, tarixi nəticə əldə edə bildik”


Mayın 22-də Milli Gimnastika Arenasında ölkəmizdə bədii gimnastika üzrə keçirilən 39-cu Avropa çempionatında tarixi uğur qazanan bədii gimanstlarımızın iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransda bədii gimnastika üzrə yığma komandanın məşqçiləri Siyana Vasileva, Yevgeniya Vilyayeva, Kamil Quliyev, Avropa çempionatının 3 lent və 2 topla hərəkətlərin icrasında qızıl, çoxnövçülük proqramında bürünc medalçıları - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina, topla hərəkətlərin icrasında bürünc medalçı Zöhrə Ağamirova iştirak ediblər.
Azərbaycan Gimnastika Federasiyasından Aldığımız məlumata görə, yığma komandanın məşqçisi Siyana Vasileva  çıxışında qeyd edib ki, gimnastlar həm gənclər, həm də böyüklər arasında təsnifat mərhələsində  müxtəlif alətlər üzrə fərqləniblər. “Çempionat bizim üçün uğurlu alındı. Doğma arenada çıxış etmək həmişə çətindir. Mən rəqiblər barədə düşünmürəm. Sadəcə, öz işimi görürəm. Həyəcan var idi və biz maksimum nəticə göstərmək istəyirdik. Şadıq ki, tarixi nəticə əldə edə bildik. Hazırlıqlarımızı davam etdirəcəyik, dayanmaq olmaz. Qarşıda bizi dünya kuboku yarışları gözləyir. Ən böyük hədəfimiz isə avqustda İspaniyanın Valensiya şəhərində keçiriləcək dünya çempionatında uğurla çıxış etməkdir. Çünki çempionat “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Ümid edirəm ki, komandamız Olimpiadaya lisenziya qazana biləcək”. Məşqçi-xoreoqraf Kamil Quliyev komandanın çıxışı hazırlanan zaman mürəkkəbliklə yanaşı, artistizmə də böyük önəm verildiyini xatırladaraq deyib: “Nəzər salsaq görərik ki, komandamız çıxışı zamanı artistizmə görə yüksək xal alıb. Gimnastlarımızın builki çıxışı ötənilki proqramdan çətinliyi ilə fərqlənir. Bunun nəticəsidir ki, komandamız Avropa çempionu oldu və çoxnövçülükdə bürünc medal qazandı. Ümid edirəm ki, qızlarımız dünya çempionatında daha yaxşı çıxış edəcəklər”.
Zöhrə Ağamirovanın çıxışını şərh edən məşqçi Yevgeniya Vilyaeva əlavə edib: “Zöhrədən çox razıyam, o, çox yaxşı çıxış etdi. Altı ildir ki, biz bu uğura doğru gedirdik. Etiraf edim ki, topla nəticələri ekranda görəndə sevinc göz yaşlarını saxlaya bilmədim”.
Qitə çempionatında topla yarışda bürünc mükafata sahib olan Zöhrə Ağamirova məqsədinin proqramlarını səhvsiz yerinə yetirmək olduğunu deyib: “Avropa çempionatına ciddi hazırlaşmışdım. Əlimdən gələni etməyə çalışdım. Şadam ki, medal qazana bildim. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya məni və qrup hərəkətləri komandasını təbrik etməsinə görə minnətdarlığımı bildirərəm. Onun bizi təbrik etməsi bizim üçün çox dəyərlidir”.
Qrup komandasının üzvü Zeynəb Hümmətova qeyd edib ki, gimnastlar həmişə bir-birinə dəstək olurlar: “Birimizin kefi yaxşı olmayanda, bu, digərinə də təsir edir. Bunun üçün həmişə yaxşı olmağa çalışırıq və bu, bizim çıxışımıza da təsir edir”.
Komandanın üzvü Güllü Ağalarzadə bildirib ki, həmişə əhval-ruhiyyəmizi yüksək tutmağa çalışırıq. “Komandada hər kəs bir-birini yaxşı tanıyır. Avropa çempionatı zamanı əlimizdən gələni etməyə çalışdıq. Bundan sonra da daha yaxşısını etməyə çalışacağıq. Məsuliyyətimiz daha da artıb”.


Rizvan CƏFƏROV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!