19 Mart 2025 08:15
374
SİYASƏT
A- A+
Sabitlik və təhlükəsizlik adası

Sabitlik və təhlükəsizlik adası


"Global Terrorism Index 2025" sıralamasında ölkəmizin irəlidə olması bunu təsdiqləyən reallıqdır


"Global Terrorism Index 2025" (GTI) sıralamasında Azərbaycanın məhz bir pillə yuxarı qalxaraq yüzlüyə daxil olması mühüm əhəmiyyət kəsb edir".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. Komitə sədri bildirib ki, Afrika ölkələri Suriya terrorçuluq fəaliyyətinin geniş yayıldığı və terror təhlükəsi olan dövlətlər sırasında yer alıblar. Terror qorxusu daim var və bunu yaradan müvafiq qüvvələr mövcuddur. Bu, istər Avropa, istər Afrika, istərsə də digər regionlarda ciddi məsələ kimi gündəmdə qalır. 11 sentyabr hadisələrinə qədər ABŞ də inanmırdı ki, dini radikalizm terrora qədər inkişaf edə və nəticədə belə hadisələr törədə bilər. Bundan sonra onlar da dərk etdilər ki, bu mübarizədə mütləq şəkildə koordinasiya yaratmaq, məlumat mübadiləsi apararaq birgə hərəkət etmək lazımdır. "Azərbaycana gəldikdə istər Dövlət Təhlükəsizlik Xidməti, istər Daxili İşlər Nazirliyi və digər qurumlar terror təhdidinin qarşısını almaq üçün lazımi işlər görürlər və onlar əməliyyat şəraitinə tam nəzarət edərək bu problemlərin həllində birgə fəaliyyət göstərirlər. Dini radikalizmə qarşı atılan addımların qarşısının necə alındığı məlumdur. Müxtəlif xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycanda terror təhdidi ilə bağlı çıxışlarının, Ermənistan xüsusi xidmət orqanlarının istər 44 günlük müharibədə, istərsə də sonrakı dövrdə müxtəlif vətəndaşları cəlb etməklə məkrli siyasətlərini həyata keçirməyə çalışmaları - bütün bunların qarşısı alınıb", - deyə A.Nağıyev əlavə edib.

Heç bir dövlətin terrorla tam şəkildə mübarizə aparmaq iqtidarında olmadığını deyən komitə sədri bildirib ki, terrorla mübarizə çətin məsələdir, qarşısını almaq istiqamətində mütləq birgə fəaliyyət göstərmək vacibdir. Son vaxtlar Azərbaycanın hüquq-mühafizə orqanlarının, birbaşa DTX-nin apardığı əməliyyatlar göstərir ki, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycanda bu istiqamətdə çox ciddi addımlar atılır. Dövlət başçısının da qeyd etdiyi kimi, bu gün Azərbaycan sabitlik, təhlükəsizlik adasıdır. Bu gün Azərbaycanda səfərdə ola hər kəs - turistlər, iş adamları bunu təsdiq edə bilər. Bu indeks də elə-belə tərtib olunmayıb. Burada beynəlxalq təşkilatların hesabatları var.  Azərbaycanın geosiyasi baxımdan mürəkkəb ərazidə yerləşməsinə baxmayaraq, təhlükəsizlik xidmətləri  əmin-amanlığı qoruya, terrorçuluğa qarşı qətiyyətlə mübarizə apara bilirlər. 

Komitə sədri vurğulayıb ki, təhlükəsizlik orqanlarının gördüyü hər bir iş nəticə verir: "Bu, çox mühüm məsələdir, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin müstəqilliyidir. Digər dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqələrimizin yüksək səviyyədə qurulmasıdır. Dini, etnik və digər zəmində pozucu planları həyata keçirmək üçün müxtəlif sığınacaqlarda gizlənənlər və digərləri başa düşməlidirlər ki, Azərbaycan dövləti hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizlik Xidməti vasitəsilə əməliyyat şəraitinə tam  nəzarət edir. Mütəmadi olaraq bu cür terror və təxribat əməllərinin qarşısı alınır və alınacaq. Azərbaycanın bu indeksdə irəliləməsi də görülən işlərin təzahürüdür".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukraynanın “Pasxa atəşkəsi”nin uzadılması ilə bağlı təklifi hələ də qüvvədədir  

23:03
22 Aprel

İğdırın yüzlərlə sakini erməni quldur dəstələrinin cinayətlərinin qurbanlarının xatirəsinin anım aksiyasına qoşulub  

23:01
22 Aprel

Tramp: İsraillə bütün məsələlərdə eyni tərəfdəyik  

20:51
22 Aprel

Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib YENİLƏNİB 

20:40
22 Aprel

Özbəkistanda Azərbaycan təcrübəsi əsasında STEAM Mərkəzi açılıb  

19:50
22 Aprel

Ruben Vardanyanın məhkəməsində Ermənistanın mina terrorunun qurbanları danışıblar: Bir gündə iki oğlumu itirdim  

19:33
22 Aprel

Rumıniya qəzeti Neft Daşları barədə geniş yazı dərc edib

19:16
22 Aprel

Azərbaycan ilə Çin arasında energetika sahəsində bir sıra sənədlər imzalanıb

19:03
22 Aprel

Fransada həbsxanalar bir neçə gündür hücumların hədəfinə çevrilib

18:44
22 Aprel

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  

18:23
22 Aprel

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb  

18:13
22 Aprel

Xəzər dənizi 2050-ci ilədək kritik səviyyəyə düşə bilər

17:50
22 Aprel

“Yeni Şafak” qəzeti: Türkiyə parlamentinin arxivləri ermənilərin Anadoludakı vəhşiliklərinə işıq salır  

17:46
22 Aprel

Nazir Məcnun Məmmədov: İşğaldan azad edilmiş torpaqlarda ən müasir aqrar innovasiyalar tətbiq olunur  

17:44
22 Aprel

Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini dinləyib

17:43
22 Aprel

Naxçıvanda kiçik, orta və iri sahibkarlıq subyektləri ilə görüş olub

17:42
22 Aprel

“Azərreyl” final mərhələsinə qələbə ilə başlayıb

17:15
22 Aprel

İldırımdan qorunmaq üçün iinovativ dron hazırlanıb  

16:49
22 Aprel

Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub  

16:42
22 Aprel

Ekspert: Qızılın dünya bazarında qiymətinin artması Azərbaycana indiki məqamda ancaq müsbət təsir edəcək  

16:40
22 Aprel

Azərbaycan İdman Akademiyasında Xüsusi Olimpiya Komitəsinin nümayəndələri ilə görüş olub  

16:36
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!