12 May 2025 15:00
638
SİYASƏT
A- A+
Rusiyanın Ulyanovsk şəhərində Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib  

Rusiyanın Ulyanovsk şəhərində Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib  


Mayın 10-da bütün Azərbaycan xalqı Ümummilli Liderin anadan olmasının növbəti ildönümünü qeyd edib. Həmin gün Rusiyanın Ulyanovsk şəhərində də Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi tədbir keçirilib, Azərbaycan diasporunun fəalları Ulu Öndərin abidəsinin önünə toplaşıb. Tədbirdə Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix, qubernatorun müavini Aleksandr Korobko, şəhər rəhbəri Aleksandr Boldakin, Şəhər Dumasının sədri İlya Nojeçkin, bölgənin milli təşkilatlarının rəhbərləri, Heydər Əliyev adına 78 nömrəli məktəbin müəllim və şagirdləri, digər qonaqlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Ulyanovsk vilayətinin qubernatoru iştirakçılar qarşısında çıxış edərək deyib: “Biz Heydər Əliyevin vilayətimizin inkişafındakı xidmətlərini yüksək qiymətləndiririk. Məhz o, Volqa üzərindən Prezident körpüsünün tikilməsi qərarının qəbul edilməsində fəal iştirak edib. Mədəni və təhsil proqramlarını dəstəkləyib. Biz Heydər Əliyevin xatirəsinin yaşadılması, Ulyanovsk vilayətində millətlərarası sülh və əmin-amanlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik”.

“Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti”nin sədri İslam Hüseynov çıxışında deyib: “Bu gün biz hamımız Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü qeyd edirik. Bu dahi insanın təkcə Azərbaycanın taleyində deyil, həm də Rusiya ilə yeni mehriban qonşuluq münasibətlərinin qurulmasında böyük rolu olub. Hələ o vaxtlar, illər əvvəl biz başa düşmürdük ki, xalqlar arasında sülh və dostluq münasibətləri nə qədər ciddi məsələdir. Lakin Heydər Əliyev bütün riskləri aydın görürdü, ona görə də onun dövlət siyasəti ədalətə, hörmətə və xoşməramlılığa əsaslanırdı. Rusiya ilə düzgün və xoş münasibətlərin qurulması Heydər Əliyev irsinin böyük bir hissəsidir. Bu, onun həmişə minnətdarlıqla xatırlayacağımız misilsiz xidmətidir”.

Tədbirdə 78 nömrəli məktəbin direktoru Gennadi Tsarev də çıxış edib, şagirdlər şeirlər oxuyublar.

Abidənin önünə gül dəstələri qoyulması ilə başa çatan tədbirdə qeyd olunub: “Biz xüsusi bir rayonda yaşayıb işləməkdən qürur duyuruq. Heydər Əliyevin xatirəsi burada dərin ehtiramla yad edilir, Azərbaycan xalqının liderinin Rusiyada ilk abidəsi məhz burada ucaldılıb”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan qlobal problemlərin müzakirəsində aparıcı platforma rolunu gücləndirir

13:01
16 Mart

Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?

12:40
16 Mart

Təxliyə prosesi davam edir: Bu gün 4 Azərbaycan vətəndaşı İrandan təxliyə olunub  

12:39
16 Mart

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

12:31
16 Mart

Ziyafət Əsgərov: Qazaxıstanda referendum beynəlxalq öhdəliklərə uyğun keçirilib

12:30
16 Mart

Azərbaycanda vergiödəyicilərinin sayı 5 faizədək artıb

12:08
16 Mart

Ramil Həsən: Konstitusiya dəyişiklikləri Qazaxıstanın inkişafına mühüm töhfə verəcək  

12:07
16 Mart

Son iki gündə 127 cinayətin açılması təmin edilib 

11:51
16 Mart

Media: Hörmüz boğazı uzun müddət bağlı qalarsa neftin bir bareli 215 dollara kimi bahalaşa bilər

11:50
16 Mart

Beynəlxalq Enerji Agentliyi üzv ölkələrin istifadə edəcəyi strateji neft ehtiyatlarının təfərrüatlarını açıqlayıb

11:38
16 Mart

Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir  

11:34
16 Mart

Azərbaycan internet sürətini artıraraq qlobal reytinqdə mövqeyini yaxşılaşdırıb

11:02
16 Mart

WUF13 ilə bağlı hazırlıq işləri davam etdirilir

11:00
16 Mart

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:59
16 Mart

Qazaxıstanda referendumun ilkin nəticələri açıqlanıb

10:55
16 Mart

Yalçın Rəfiyev: Azərbaycan Avrasiya regionunda qlobal diplomatiyanın mühüm mərkəzlərindən birinə çevrilir  

10:54
16 Mart

Martın bütün sosial ödənişləri başa çatdırılıb

10:28
16 Mart

Səudiyyə Ərəbistanı və BƏƏ liderləri Körfəz ölkələrinin İranın hücumlarına qarşı bütün imkanları səfərbər edəcəklərini bildiriblər  

10:28
16 Mart

Dünya birjalarında neft bahalaşıb

10:26
16 Mart

Azərbaycanlı pilot Formula 4 testlərini uğurla başa vurub

10:02
16 Mart

Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

10:00
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!