Rusiyalı ekspert: "Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əhəmiyyəti artacaq
"Çin ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması Pekinin müasir xarici siyasət strategiyasının məntiqinə və xüsusiyyətlərinə tam uyğundur".
Bu fikirləri AZƏRTAC-la Rusiya Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasının Aktual Beynəlxalq Problemlər İnstitutunun (IAMP) eksperti Vladimir Nejdanov bölüşüb.
Onun sözlərinə görə, Çin ilə digər xarici ölkələr arasında müxtəlif növ tərəfdaşlıq münasibətlərinin yaranması unikal bir hadisə deyil. Bu gün Çin strateji tərəfdaşlıq, koordinasiya, əməkdaşlıq kontekstində fəal siyasət yürüdür. Pekinin onlarla belə xüsusi tərəfdaşlıq növü var.
Agentliyin həmsöhbəti deyib: "Bakı ilə Pekin arasında tərəfdaşlığın xüsusiyyətləri nədən xəbər verir? Əvvəla, həmin tərəfdaşlıq Çin tərəfindən beynəlxalq əlaqələrin qurulmasının əsas və alternativsiz yolu kimi qəbul edilir. Pekinin müasir xarici siyasət paradiqması vurğulayır ki, dövlətlər arasında münasibətlər qarşılıqlı faydalı, yəni onların "qazan-qazan" adlandırdıqları əsaslarda olmalıdır. Bu baxımdan, müxtəlif tərəfdaşlıq növlərinin mövcudluğu Çinin dialoq istəyi, münasibətlərin inkişafı, praqmatik faydaların gücləndirilməsi ilə bağlı yanaşmasını nümayiş etdirir".
V.Nejdanov Çinin Cənubi Qafqazın konkret bir ölkəsi ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olmasının səbəblərindən danışarkən, diqqəti Pekinin "Bir kəmər, bir yol" təşəbbüsünə yönəldib.
Ekspert vurğulayıb: "Xüsusi olaraq xatırlamaq lazımdır ki, bir müddət əvvəl böyük bir layihə - Bakı-Tbilisi-Qars marşrutu həyata keçirilib. 2022-ci ilin aprelində Çin Sian şəhərindən yük qatarlarını prinsipcə yeni, əvvəllər mövcud olmayan marşrut üzrə - Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya, Çexiya vasitəsilə tranzitlə Almaniyaya göndərməyə başladı. Gələcəkdə isə Bakı-Tbilisi-Qars marşrutunun bu layihəyə inteqrasiyası gözlənilir. Azərbaycanın burada Çinin strateji tərəfdaşı kimi əhəmiyyətinin birinci məqamı budur. Onu da unutmayaq ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların həcmi getdikcə çoxalır. Yəni "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Azərbaycanın rolu artır".
Rusiyalı politoloq xatırladıb ki, trans-Xəzər marşrutu üzrə yükdaşımaları artırmaq üçün Azərbaycan, Gürcüstan və Qazaxıstan 2022-ci ilin martında müştərək müəssisə - Avrasiya Dəmir Yolu Alyansının yaradılması barədə razılığa gəliblər. V.Nejdanovun fikrincə, belə bir razılaşma tranzit əməliyyatlarının səmərəli idarə edilməsi üzrə xidmətlərin avtomatlaşdırılmasına və sərhədlərdə gömrük əməliyyatlarının sadələşdirilməsinə yönəlib.
Ekspert müsahibənin sonunda deyib: "Eyni zamanda Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan arasında tranzit potensialının yaxşılaşdırılması və qlobal ticarət şəbəkəsinə inteqrasiya istiqamətində səy göstərməyə razılıq verən bəyannamə imzalanıb. Son 2-3 ildə biz "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Azərbaycanın tranzit ölkə qismində əhəmiyyətinin artmasını müşahidə edirik. Bu əhəmiyyət daha da artacaq. Azərbaycan və Çin strateji tərəfdaşlıq səviyyəsinə məhz qarşılıqlı faydalı əməkdaşlıq fonunda çatıblar".
Bu yaxınlarda, iyulun 3-də Azərbaycan və Çin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində strateji tərəfdaşlığa dair Birgə Bəyannamə qəbul ediblər. Bu sənəddə qeyd edilir ki, Bakı və Pekin siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirmək, beynəlxalq məsələlərdə əlaqələri gücləndirmək, iki ölkənin ümumi maraqlarını birgə qorumaq, birlikdə regional və qlobal sülh, sabitlik və inkişafa töhfə vermək barədə razılığa gəliblər. Bəyannamədə həmçinin vurğulanır ki, Azərbaycan və Çin bir-birini prioritet və etibarlı tərəfdaşlar hesab edir və xarici amillərdən asılı olmayaraq, ikitərəfli münasibətlərə dair siyasəti müstəqil şəkildə müəyyən edirlər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Yeni buz forması kəşf edilib
27 Iyul
Yeni axtarış sistemi işə salınır
27 Iyul
Parlament seçkilər ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək
27 Iyul
Azərbaycanın güllə atıcısı Paris olimpiadasında 24-cü olub
27 Iyul
Parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün indiyədək 2794 nəfər akkreditasiyadan ...
27 Iyul
Gəncədə sənaye müəssisələrinin rəhbərlərilə görüş keçirilib
27 Iyul
Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1255 nəfər müraciət edib
27 Iyul
Rövzət Qasımov: Ombudsman Aparatı və MSK parlament seçkiləri ilə əlaqədar birgə maarifləndirmə tədbi...
27 Iyul
Sorğu: Almaniyalıların 73 faizi hökumətin işindən narazıdır
27 Iyul
“Paris-2024”: Azərbaycan avarçəkəni 1/4 finala vəsiqə qazanıb
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!