Rusiya və Çin Qərbə qarşı birgə mübarizə aparacaq - Mişustin
Rusiyanın baş naziri Mixail Mişustin bildirib ki, Rusiya və Çin Qərbin qlobal dominantlığını saxlamaq cəhdlərinə qarşı birgə dayanacaq və bu cür təhlükəli ambisiyalara sərt cavab verəcək.
Mişustinin açıqlamasında deyilir: "Biz Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında çoxillik mehriban qonşuluq, tərəfdaşlıq və əməkdaşlıq əlaqələrini səmimiyyətlə qiymətləndiririk. Beynəlxalq aləmdə artan qarışıqlıqdan sonra bu, bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimiz bu münasibətləri qoruyub saxlamağa çalışır. Qərbin qlobal hökmranlığını və iradəsini müstəqil dövlətlərə sırımaq, qeyri-qanuni sanksiyalardan faydalanmaq cəhdlərinə qarşı çiyin-çiyinə mübarizə aparır”.
"İnanıram ki, Rusiya və Çin bu təhlükəli ambisiyalara qətiyyətlə cavab verəcək və ümumi strateji məqsədlərimizə doğru davamlı irəliləyiş üçün əlverişli şərait yaradacaq", -deyə, Mişustin əlavə edib.
Mişustin Çinin Baş naziri Li Qianq ilə son görüşünə toxunaraq, olduqca faydalı qiymətləndirib. O, 2030-cu ilə qədər Rusiya-Çin münasibətlərini yüksək səviyyəyə qaldırmaq üçün daha perspektivli sahələrin inkişafına ehtiyacın olduğunu bildirib:"Biz mədəni və insani əlaqələrin, eləcə də daha güclü ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsini vacib hesab edirik. Bu əlaqələr xalqlarımız arasında dostluğun və qarşılıqlı sevginin əsasını gücləndirir. Biz bu münasibətləri gələcək nəslə ötürməliyik”.
Səbuhi Bayramov,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Saturnun peykində su buxarı aşkar edilib
31 May
Azərbaycan Prezidenti: Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsn...
31 May
“Maire Tecnimont” şirkəti ilə enerji keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb...
31 May
Mümkün atom qəzası ilə bağlı XƏBƏRDARLIQ
31 May
Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə edilib
31 May
Nadir qara dəlik kəşf edilib
31 May
“WhatsApp” hesabını artıq 4 cihazda açmaq olacaq
31 May
İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başa çatıb
31 May
Biləsuvarda sel təhlükəsi ilə bağlı son vəziyyət açıqlanıb
31 May
ADY və DİN Şəmkirdə dəmir yolu keçidində baş vermiş hadisə ilə bağlı birgə açıqlama yayıblar...
31 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!