09 Fevral 2025 08:35
651
SİYASƏT
A- A+
Rusiya indi də şantaj yolunu tutub

Rusiya indi də şantaj yolunu tutub


Moskva bu yolla məsuliyyətdən yayınmaq istəyir


Azərbaycan müstəqil dövlətdir. Konstitusiyamızda çox aydın şəkildə qeyd edilib ki Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, dövlət sərhədlərinin toxunulmazlığı, mübahisələri dinc yolla nizama salmaq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurur. 

 Heç kimə sirr deyil ki, respublikamızda və ümumilkdə regionda marağı olan dövlətlərin xüsusi xidmət orqanları əsl niyyətlərinin şübhə doğurmaması üçün müxtəlif adlarla fəaliyyət göstərməyə üstünlük verirlər. Leqal fəaliyyət üçün bundan yaxşı forma tapmaq hələ ki, mümkün olmayıb. Xatırladaq ki, qonşu İran dövlətinin də zamanında Bakıda xeyriyyəçilik adı ilə fəaliyyət göstərən bir təşkilatı var idi... 

"Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - "Rus Evi"nin fəaliyyəti barədə şübhələrin yaranmasını da təsadüfi hesab etmək olmaz.

Fevralın 6-da Azərbaycan XİN-in rəsmi nümayəndəsi Ayxan Hacızadə USAID-in və "Rossotrudniçestvo"nun Azərbaycanda fəaliyyətinin dayandırılması haqqında məlumatları şərh edərkən bildirib ki, "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra - 3 fevral 2025-ci il tarixdə "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib. 

"Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakov Rusiya KİV-inə bunun həqiqətən də belə olduğunu təsdiq edib. Onun sözlərinə görə, RF XİN də, RF-nin Bakıdakı səfirliyi də, "Rossotrudniçestvo"nun Bakıdakı nümayəndəliyi də qeydiyyatda köməklik göstərilməsi xahişi ilə dəfələrlə Ədliyyə Nazirliyinə və Azərbaycan XİN-ə müraciət edib. Lakin bütün bu çağırışlar cavabsız qalıb. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov baş verən hadisələri jurnalistlərə şərh edərkən fikrini belə izah edib: "Biz buna təəssüf edirik. Hesab edirik ki, bu həll edilə bilən anlaşılmazlıqdır".

Düşünmək olardı ki, Rusiya tərəfi "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - "Rus Evi"nin qeyri qanuni fəaliyyəti ilə bağlı qanunsuzluqları tezliklə aradan qaldıracaq. Hadisələrin gedişi göstərir ki, Rusiya tərəfi bu və ya digər məsələlərdə qeyri-səmimi olmaqla yanaşı, hələ də keçmiş ənənəvi təhdid, şantaj, təhqir üsullarından istifadə etməyə üstünlük verir.

Bu ölkənin hakim Dövlət Dumasında təmsil olunan "Yedinaya Rossiya" partiyasından olan deputat Nikolay Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılması, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılması, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi kimi iddialarla çıxış edib. Bunlar hələ azmış kimi, Nikolay Valuyev azərbaycanlılar da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan olan gəlmələri öz əxlaq tərzinə tam uyğun olaraq "şobla-vobla" adlandırıb.

Biz zamanında Kremlin təlxəyi Vladimir Jrinovskinin də belə sərsəmləmələrini çox eşitmişik.

Xatırladaq ki, Valuyevə veriləsi cavabı çox gözləməli olmadıq. Milli Məclisin deputatı Azər Badamov mətbuata açıqlamasında məsələyə münasibət bildirərkən qeyd edib ki, bu ifadə əslində Valuyevin elə özünü xarakterizə edir. Üstəlik, "şobla"nın orta statistik nümayəndəsini bədii şəkildə təsvir etməyə çalışsaq, bu sözə elə ən çox Nikolay Valuyevin portreti uyğun gəlir: "Bu məxluqun antropoloji tipinə baxmaq kifayətdir ki, bu nadir eksponat tam inkişaf etməyərək Neandertalla Homo saphiens arasında bir yerdə ilişib qalıb. Valuyev kimi şəxslərin Dövlət Dumasının deputatı vəzifəsinə təyin edilməsi parlamentarizm prinsipinə təhqirdir".

Məsələ aydındır: Rusiya 2024-cü il dekabrın 25-də Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalması, fikrimizi daha açıq ifadə etsək, Rusiya Federasiyası hava hücumundan müdafiə qüvvələri tərəfindən raketlə vurulması nəticəsində idarəetməni itirərək Qazaxıstan Respublikasının Aktau şəhərində çoxsaylı insan tələfatına səbəb olan qəzada günahlarını etiraf edib Azərbaycandan üzr istəmək, təzminat ödəmək əvəzinə,  ölkəmizə qarşı "ağır artilleriya"sından istifadə edir. İstər Valuyevin, istərsə də Dövlət Dumasının digər ideoloji texnoloqlarının danışdıqlarını təhlil edəndə belə nəticəyə gəlmək olar ki, Azərbaycana hücum etmək göstərişi verilib.

Dumada çıxış edən digər deputat Yevgeni Popov təklif edib ki, əgər "Rossotrudniçestvo"nun fəaliyyəti dayandırılarsa, Azərbaycanın Rusiyada iki şirkətinin də fəaliyyətinə baxmaq lazımdır.

Ukraynanın Donetsk vilayətində separatçılıq işlərində qazandığı uğurlara görə, Rusiyanın Dövlət Dumasının deputatı mandatını hədiyyə alan Andrey Pinçuk adlı birisi isə özünün terrorçu mahiyyətini ortalığa qoyaraq, "Crocus" şirkətinin və "Sadovod" ticarət kompleksinin az qala müsadirə edilməsi təklifini irəli sürüb. Ölkəmizə qarşı hər zaman nifrət dolu açıqlamaları ilə tanınan ictimai fəal Sergey Mantsayev isə daha irəli gedərək. "Rus Evi"nin bağlanmasına cavab olaraq bütün Azərbaycan vətəndaşlarının deportasiyasını təklif edərək deyib: "Birincisi, Rusiya vətəndaşı olmayan bütün azərbaycanlıları ölkədən çıxarmaq lazımdır. İkincisi, bütün diaspor üzvləri həbs olunmalı və "Novaya Zemlya"ya göndərilməlidir. Üçüncüsü isə, biz Azərbaycan hakimiyyəti ilə daha möhkəm işləməliyik", - deyə o bildirib.

Qroznı səmasında sərnişin təyyarəsini vuranlar da eynilə belə təfəkkürə malik qüvvələrdir. İnsanların olduğu təyyarə vurulur, vətəndaşlara qarşı qəddar hərəkətlərə yol verilir və uşaq, qadın bilmədən öldürülür. Bütün dünyanın açıqca gördüyü və bildiyi bir faktı etiraf edib üzr istəmək əvəzinə, heç nə olmamış kimi yalan, saxta məlumatlarla həqiqəti ort-basdır etməyə çalışanlardan bundan artıq nə isə gözləmək olmaz.

Rusiya təbliğatçılarının Azərbaycana qarşı istifadə etmək istədikləri iqtisadi faktorlara gəldikdə isə qeyd etmək lazımdır ki, 2024-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4,8 milyard dollar təşkil edib ki, bu da Azərbaycanın ümumi ticarət dövriyyəsinin cəmi 10 faizini təşkil edir. İki ölkə arasındakı ticarət dövriyyəsinin 75 faizini isə Rusiyanın Azərbaycana ixracı təşkil edir. Ölkəmizi iqtisadi faktorlarla təhdid etmək əvəzinə, hər bir tərəfdən faktiki olaraq blokadaya alınmış, iqtisadi sanksiyalarla üzləşmiş Rusiyanın aqibətini düşünmək daha yaxşı olardı. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

Azərbaycan sülhə, təhlükəsizliyə və əməkdaşlığa mühüm töhfələr verir

15:04
14 Mart

İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir

15:01
14 Mart

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olunub 

14:41
14 Mart

Xarkovda Azərbaycan mütəfəkkirlərinin heykəlləri hava zərbələrindən mühafizə olunur  

14:19
14 Mart

Azərbaycan Yelkən Federasiyası Su İdmanı Növləri Federasiyasına qoşulur

14:07
14 Mart

“Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzusunda panel iclas YENİLƏNİB

13:39
14 Mart

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatıb  

13:19
14 Mart

Sabah hava yağmursuz keçəcək, cənub-şərq küləyi əsəcək  

13:14
14 Mart

Süni intellekt müdafiə sisteminin vacib hissəsinə çevrilir 

12:48
14 Mart

Parlamentlərarası İttifaqın prezidenti: Süni intellektin insan hüquqlarına mənfi təsiri nəzərə alınmalıdır

12:41
14 Mart

Bakıda Novruz bayramı ərəfəsində geniş təmizlik işləri aparılıb  

12:36
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!