13 Fevral 2026 18:03
463
DÜNYA
A- A+
Rusiya Bankı əsas illik faiz dərəcəsini 15,5 faizə endirib  

Rusiya Bankı əsas illik faiz dərəcəsini 15,5 faizə endirib  


Rusiya Bankının Direktorlar Şurası fevralın 13-də keçirilən iclasında əsas faiz dərəcəsini 50 baza bəndi azaldaraq illik 15,5 faiz səviyyəsinə endirmək barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu, pul-kredit siyasətinin yumşaldılması üzrə hazırkı dövrdə faiz dərəcəsinin ardıcıl altıncı azaldılmasıdır. Bu proses 2025-ci il iyunun 6-da başlayıb və həmin vaxt göstərici son üç ildə ilk dəfə illik 20 faizə endirilmişdi. O vaxtdan bəri Rusiya Bankı faiz dərəcəsini mərhələli şəkildə azaltmağı davam etdirib və nəticədə göstərici 15,5 faiz səviyyəsinə çatıb.

Məlumatda qeyd olunur ki, Rusiya Bankı inflyasiyanın sabit şəkildə yavaşlamasını və inflyasiya gözləntilərinin dinamikasını nəzərə alaraq, qarşıdakı iclaslarda əsas faiz dərəcəsinin daha da azaldılmasının məqsədəuyğunluğunu qiymətləndirəcək.

Rusiya Bankının Direktorlar Şurasının əsas faiz dərəcəsi məsələsinə baxacağı növbəti iclası martın 20-nə planlaşdırılıb.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!