30 Aprel 2022 04:00
4674
Səhiyyə
A- A+
Rotavirusun spesifik müalicəsi yoxdur

Rotavirusun spesifik müalicəsi yoxdur

 

Azyaşlılar arasında yoluxucu xəstəliyin yayılma səbəbləri oyuncaqlar və gigiyena qaydalarına əməl olunmamasıdır

 

Yazın gəlişini, havaların istiləşməsini hər kəs səbirsizliklə gözləsə də, bu aylar dəyişkən hava, çiçəklərin, təbiətin canlanması ilə yanaşı, həm də  müxtəlif virus infeksiyalarının daha çox yayılması ilə müşayiət edilir. Məhz bu vaxtlar insanların "havaya aldanması" ilə soyuqdəymə nəticəsində orqanizmin zəifləməsi müxtəlif viruslara qarşı müqavimət səviyyəsini  aşağı salır.

 

Uşaqlar arasında yayılan virus

 

Təbii ki, burada ən həssas qrup azyaşlılardır. Mütəxəssislər son zamanlar uşaqlarda müşahidə olunan qusma, hərarətin rotavirusla əlaqədar olduğunu deyirlər.  Bu virus mövsümi xarakter daşısa da, son zamanlar sürətlə yayıldığı deyilir. Rotavirus bağırsaq infeksiyasıdır, 5 yaşa qədər uşaqlarda daha çox rast gəlinir. Virusa yoluxan uşağın qusma və diareya nəticəsində orqanizmində susuzlaşması baş verə bilir.

Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Zakir Quliyev qəzetimizə açıqlamasında bildirib ki, hazırda uşaqlar arasında daha çox mövsümi xarakterli rotavirusla yanaşı, daha çox payız və qış aylarında yayılan influenza (qrip) virusuna da rast gəlinir.

Rotavirus daha çox 2-5 yaşlı uşaqlar arasında  görünür və tənəffüs vasitəsilə yayılır. Bu yaş qrupundakı uşaqlarda əllərin yuyulmasına diqqət edilmədiyi, eyni zamanda  uşaqların oyuncağı ağzına alıb və bir-biri ilə paylaşması nəticəsində daha çox yayılır.

 

Xəstəliyin simptomları

 

Həkim qeyd edir ki, rotavirusa hər il yaz aylarında rast gəlinir, sadəcə son iki ildə pandemiya səbəbindən bağça və məktəblər bağlı olduğu üçün virusa yoluxma az olub. Bu il vəziyyət yenidən iki il əvvəlki göstəriciyə qayıdıb.

Onun sözlərinə görə, ən çox müşahidə olunan simptomlar ürəkbulanma, qusma, qızdırma və xəstəliyin kəskin halında diareyanın şiddətli olmasıdır. Simptomlar digər virus infeksiyalarındakı kimi 5 gündən bir həftəyə kimi davam edə bilər. Hərarət 37,5-39 dərəcə arasında ola da bilir.

 

Valideynlərə tövsiyələr

 

Ekspert-mütəxəssis valideynlərə tövsiyələrini də çatdıraraq vurğulayır ki, xəstə yataq rejimində olmalı və istirahət etməlidir. Əgər uşaq itirdiyi mayeni qəbul edə bilirsə, narahatlığa əsas yoxdur. İshal sayı gün ərzində çox olarsa, kəskin halsızlıq, qida qəbulunda problem yaranarsa, o zaman hosbitalizasiya tövsiyə olunur:

"Həmçinin simptomlar görünən ilk gündən həkimə müraciət olunmalıdır. Virusun spesifik müalicəsi yoxdur, sadəcə itirilən maye qəbul edilməlidir. Evdə sistem köçürmək qətiyyən olmaz. Əgər şikayətlər çox olarsa, xəstəxanada yatmaq tövsiyə edilir. Uşağın sağalması virusun yükünə, immun sisteminə bağlıdır". 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, rotavirus infeksiyası əsasən, Asiyanın inkişafda olan ölkələri və Afrikada hər il 500 min uşağın ölümünə səbəb olur.

 

Əsmər QARDAŞXANOVA ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

H.R.Quliyevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

02:38
23 İyun

Dünya çempionatı: Messi Argentinaya qələbə qazandırıb

23:09
22 İyun

Messi dünya çempionatları tarixinin bombardiri olub

22:05
22 İyun

Türkiyə XİN: Qara dənizdə mülki gəmilərin təhlükəsizliyi ölkəmizin prioritetləri sırasındadır  

21:54
22 İyun

Azərbaycan və Türkmənistan idmanda təcrübə mübadiləsini genişləndirir

21:32
22 İyun

Azərbaycan və Mərakeş arasında mövcud əlaqələrin səviyyəsindən razılıq ifadə olunub  

21:19
22 İyun

Türkiyə və İran prezidentləri bölgədəki son vəziyyət barədə danışıblar

21:16
22 İyun

Milli Məclisdə BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüş olub  

21:03
22 İyun

Milli Məclis ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında əlaqələr genişlənir  

20:46
22 İyun

Rəcəb Tayyib Ərdoğan: Ankara qlobal diplomatiyanın mərkəzinə çevrilir

19:58
22 İyun

Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib 

19:51
22 İyun

Avropa Şurasının Bakı ofisinin rəhbəri Xarici İşlər Nazirliyinə çağırılıb  

19:47
22 İyun

QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib

19:40
22 İyun

Belçikada anomal istilər səbəbindən bəzi qatar səfərləri ləğv edilir

19:31
22 İyun

Almaniya yenidən kömür enerjisinə qayıdır?

19:16
22 İyun

Qətərdə baş verən partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

19:02
22 İyun

Türkiyədə hidroelektrik enerjisi istehsalında tarixi rekord

18:47
22 İyun

Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri DOST Mərkəzi ilə tanış olub

18:39
22 İyun

Cənubi Afrikada miqrant böhranı

18:33
22 İyun

Gənclər və idman naziri qadın millimizin dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib

18:27
22 İyun

Yaponiya viza rüsumlarını 5 dəfə artırır

18:15
22 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!