24 Yanvar 2023 01:05
1070
SİYASƏT
A- A+
Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə qalib gələcəyi şəksizdir

Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə qalib gələcəyi şəksizdir

 

Türkiyədə prezident seçkilərində qazanılacaq zəfər Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğundur

 

Türkiyə növbəti parlament və prezident seçkilərinə hazırlaşır. Belə ki, Prezident Rəcəb Tayyib Ərdoğan Bursa şəhərində gənclərlə görüşündə seçkilərin mayın 14-də keçiriləcəyini bildirib.
Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinə Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi "Cümhur ittifaqı"nın namizədi kimi qatılacaq. Onun rəqibi, müxalif partiyaların birləşdiyi "Millət ittifaqı"ndan hələ ki namizəd müəyyənləşməyib. Keçirilən rəy sorğularına əsasən, respondentlər parlamentdə AKP-nin, prezident seçkilərində isə Ərdoğanın üstünlük qazanacağını bildiriblər. Həmçinin müxtəlif siyasi ekspertlər də bu qənaətdədirlər. Onlar R.T.Ərdoğanın rəqiblərini böyük səs fərqi ilə geridə qoyacağını vurğulayırlar.
Qardaş ölkədə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik. Onlar da Türkiyədə növbəti seçkilərdə Rəcəb Tayyib Ərdoğanın daha güclü rəqib olacağını və onun təmsil etdiyi partiyanın qalib gələcəyini düşünürlər. 

 

Xalqa xidməti ilə geniş kütlənin dəstəyini qazanmış Rəcəb Tayyib Ərdoğan daha şanslıdır

 

Milli Məclisin deputatı Sevil Mikayılova qəzetimizə açıqlamasında deyib ki, AK Partiyanın sədri, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında inkişaf edən Türkiyə dünyada söz sahibi olan qüdrətli dövlətə çevrilib. Onun sözlərinə görə, qardaş Türkiyə hazırda həmişə olduğundan daha güclü və nüfuzludur. 
S.Mikayılova bildirib ki, Türkiyə dövlətinin apardığı ardıcıl və strateji siyasətin nəticəsində ölkədaxili siyasi sabitlik və təhlükəsizlik təmin olunub, ölkənin hərtərəfli inkişafı istiqamətində uğurlu nailiyyətlər qazanılıb, NATO üzvü olan Türkiyənin hərbi qüdrəti məhz Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasi və praktiki addımları sayəsində daha da artıb və qlobal gücə çevrilib.
"Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti müxtəlif siyasi təlatümlərdən keçib, həm daxili, həm xarici təzyiqləri dəf edərək illər keçdikcə daha da möhkəmlənib. İstər terror əməlləri, istər hərbi çevriliş cəhdi, müxtəlif güclər tərəfindən saysız müdaxilələrə baxmayaraq, xalqın dəstəyi, inamı ilə Türkiyə Prezidenti tarixin sınaqlarına sinə gərib. Ədalətli mövqeyi ilə milyonların səmimi rəğbətini qazanmış R.T.Ərdoğan öz prinsiplərinə sadiqdir, haqq işinin irəliyə aparılmasından bir addım belə geri çəkilmir", -deyə deputat qeyd edib.
O vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə müstəqil siyasət aparır, regionun ən aparıcı dövləti kimi müxtəlif siyasi münaqişələrin həllində getdikcə daha mərkəzçi rol alır.
Türkiyədə keçiriləcək növbəti prezident seçkilərinə də toxunan S.Mikayılova qeyd edib ki, təbii ki, seçimi Türkiyə xalqı edəcək: "Əminik ki, builki seçkilərdə dövlətə və xalqa xidməti ilə geniş kütlənin dəstəyini qazanmış lider olaraq Rəcəb Tayyib Ərdoğan daha şanslı namizəddir".

 

Ərdoğanın seçkilərdə qalib gəlmək imkanı çoxdur

 

Milli Məclisin deputatı Tahir Kərimli qeyd edib ki, Türkiyə bizim müttəfiqimizdir və  iki ölkənin qardaşlığı əbədidir, çünki eyni kökə bağlı xalqlarıq. 
O qeyd edib ki, Türkiyədə keçiriləcək seçkilər Azərbaycan üçün də çox maraqlıdır:  "Rəcəb Tayyib Ərdoğan Bursa şəhərində çıxışında mayın 14-də həm parlament, həm də prezident seçkilərinin keçiriləcəyini qeyd etdi. Hakim partiya seçkilərə eyni şüarla qatılır. Təbii ki, onların əleyhdarları da var. Müxalifət partiyalarının öz aralarında vahid namizəd müəyyən edə bilməmələrinə baxmayaraq, əslində, kəskin mübarizə başlayıb. Müxalifətin qalib olmağa hələ inamı yoxdur. Lakin onu da qeyd edək ki, bir çox partiyalara Avropa tərəfindən çox ciddi  dəstək verilir". 
Tahir Kərimli ölkəmizin dövlət mənafeyi, maraqları olduğunu, Ərdoğan və onun komandasının 44 günlük müharibədə, ondan əvvəl, həmçinin bu gün də birmənalı və qəti şəkildə Azərbaycanın yanında olduğunu xatırladıb.  Türkiyə Prezidentinin dəfələrlə Qarabağa səfər etdiyinin, tədbirlərdə iştirakının şahidi olduq. O, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına çox böyük əhəmiyyət verir .
Deputat vurğulayıb ki, Ərdoğan bu illərdə başda müdafiə sənayesi olmaqla, Türkiyə iqtisadiyyatını xeyli inkişaf etdirib, dövlət borclarını azaldıb. Eyni zamanda türk, islam dövlətləri ilə münasibətləri genişləndirib. Onun sayəsində Şimali Afrikada, Ön və Orta Asiyada türklərin mövqeyi nəinki möhkəmlənir, həm də Azərbaycana fayda verən bir sıra inteqrasiya prosesləri gedir. 
"Biz də Ərdoğan və onun partiyasının qalib gəlməsindən məmnun olarıq. Hər halda Türkiyədə demokratik seçkilər keçirilir, xalq kimi seçəcəksə, o da olacaq. İndiki vəziyyətdə Ərdoğan güclü görünür, hesab edirəm ki, seçkilərdə onun qalib gəlmək imkanı çoxdur", - deyə T.Kərimli əlavə edib.  

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

Azercell abunəçilərinin nəzərinə

00:19
09 İyun

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

23:36
08 İyun

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb  

23:24
08 İyun

"AzInTelecom” Milli Kibertəhlükəsizlik Forumunda rəqəmsal həllərini təqdim edib

20:29
08 İyun

Aİ İtaliyanın 23 milyard avroluq “yaşıl enerji” dəstəyi proqramını təsdiqləyib

20:23
08 İyun

“Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 282-yə çatıb

20:17
08 İyun

Anomal istilər səyahət vərdişlərini necə dəyişir?

20:08
08 İyun

Uşaqlıqdakı yuxu problemləri yeniyetməlikdə depressiya riskini ikiqat artırır

19:57
08 İyun

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları ilə bağlı səyyar görüşlər keçirilib  

19:53
08 İyun

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,5 milyard dolları ötüb

19:49
08 İyun

Okeanların istiləşməsi rekord həddə çatdı

19:38
08 İyun

Serbiyanın idman naziri Azərbaycana gəlib

19:31
08 İyun

Filippində güclü zəlzələ baş verib

19:26
08 İyun

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir 

19:24
08 İyun

Laboratoriyada yaradılan süni göz modeli korluğun müalicəsində yeni səhifə açır

19:09
08 İyun

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir  

18:59
08 İyun

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik  

18:47
08 İyun

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub  

18:43
08 İyun

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir 

18:34
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!