04 Dekabr 2025 16:58
324
SİYASƏT
A- A+
Ramil Həsən: TÜRKPA türk dövlətlərinin ortaq maraqlarını beynəlxalq müstəvidə müdafiə edir  

Ramil Həsən: TÜRKPA türk dövlətlərinin ortaq maraqlarını beynəlxalq müstəvidə müdafiə edir  


Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) 2009-cu ildən etibarən fəaliyyətini uğurla davam etdirir. Şübhəsiz ki, TÜRKPA Türk Dövlətləri Təşkilatı (TDT) ilə birlikdə həm parlamentlərarası, həm də hökumətlərarası səviyyədə dövlətlərimizi və qardaş ölkələri bir araya gətirən qurum olaraq təhlükəsizlik, qanunvericilik, iqtisadi inteqrasiya, mədəni və humanitar sahələr də daxil olmaqla bir çox prioritet istiqaməti müəyyənləşdirib. Qəbələ Bəyannaməsində dövlət başçıları TÜRKPA ilə bağlı konkret hədəflər müəyyənləşdirib, həmçinin TDT çərçivəsində də əsas prioritetləri təsbit ediblər. TÜRKPA çərçivəsindən baxdıqda, ilk növbədə, xarici əlaqələr vasitəsilə parlamentlərarası əməkdaşlığın inkişafı və ortaq milli maraqların parlament diplomatiyası müstəvisində qorunması mexanizminin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə konsepsiyamız hazırlanıb və üzv ölkələrə təqdim edilib. İstanbulda ATƏT Parlament Assambleyası çərçivəsində ilk dəfə olaraq bilavasitə TÜRKPA xətti ilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstan nümayəndə heyətlərinin görüşü keçirilib. Bu görüş konsepsiyanın əsas prinsiplərinin müzakirəsi xarakteri daşıyırdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında TÜRKPA-nın Baş katibi Ramil Həsən deyib.

Baş katib bildirib ki, parlamentlərarası xarici əlaqələrdə maraqların qorunması, sadə dildə desək, Avropa qurumlarında, ATƏT PA-da, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında və Beynəlxalq Parlamentlərarası İttifaqda üzv ölkələrin nümayəndə heyətlərinin TÜRKPA vasitəsilə əvvəlcədən onlayn və ya təmas formatında görüşlərinin təşkil edilməsi ilə ortaq maraqların müdafiəsini təmin etmək deməkdir. Bununla həm səsvermələr zamanı üzv ölkələrin tam heyətlə iştirakının təmin olunması, həm də hər hansı üzv dövlətin maraqlarına dair məsələlərin müzakirəsindən öncə dost ölkələr arasında lobbiçilik mexanizminin qurulması nəzərdə tutulur. Bu konsepsiya üzrə yol xəritəsi hazırlanıb və razılaşdırılması üçün üzv dövlətlərə göndərilib.

Şübhəsiz ki, qanunvericilik sahəsində də ortaq qanunların qəbul edilməsi və mövcud qanunvericiliklərin yaxınlaşdırılması istiqamətində konkret addımlar mövcuddur: “Bu sahədə TÜRKPA çərçivəsində müvafiq mexanizmlər və institutlar fəaliyyət göstərir. Belə ki, təşkilatın tərkibində üzv ölkələrin deputatlarından ibarət dörd daimi komitə, eləcə də TÜRKPA Beynəlxalq Katibliyinin diplomatik heyəti tərəfindən idarə olunan komissiya katiblikləri fəaliyyət göstərir. Bu komitələr iqtisadi inteqrasiya, qanunvericilik bazasının uyğunlaşdırılması, parlament diplomatiyasının yeni trayektoriyasının formalaşdırılması, mədəni-humanitar sahələr, ekologiya, səhiyyə və hərbi təhlükəsizlik kimi istiqamətləri əhatə edir”.

“Nəticə etibarilə, hökumət səviyyəsində müzakirə edilən hər bir məsələ sonda parlamentə təqdim olunur və qanun qüvvəsinə minməsi üçün ratifikasiyadan keçir. Ona görə də burada TÜRKPA-nın bu dörd komissiyası daimi komitələr kimi aktiv fəaliyyət göstərir. Hər komitə 8 üzvdən ibarətdir. Onlar üzv ölkələrdən olan iki deputatdan formalaşır. Hər komissiyanın bir sədri və bir sədr müavini mövcuddur. Komissiyalar ildə 1 və ya 2 dəfə canlı toplantılar keçirir. Bununla yanaşı, model qanunların və qanun layihələrinin müzakirəsi, eləcə də üzv parlamentlərə təqdim edilməsi məqsədilə komitələrin onlayn iclasları da təşkil olunur. Şübhəsiz ki, bütün bunlar real təsir gücünün təmin olunması üçün TÜRKPA-nın mövcud mexanizmləri çərçivəsində göstərilmiş müsbət səylərdir və yaxşı nəticələr verir”, - deyə o əlavə edib.

R.Həsən nəzərə çatdırıb ki, qurumun 2026-cı və sonrakı illər üçün də konkret istiqamətləri əhatə edən konsepsiyaları mövcuddur: “Bunlar TÜRKPA çərçivəsində üzv ölkələrin Xarici əlaqələr komissiyalarının sədrlərinin ortaq toplantısı, təhlükəsizlik və əməkdaşlıq komissiyalarının birgə iclasları, səhiyyə və ekologiya komissiyalarının ortaq toplantıları kimi tədbirləri nəzərdə tutur. Eyni zamanda, üzv ölkələrin parlament nümayəndə heyətlərinin beynəlxalq parlament təşkilatlarında biri-birini müdafiə etməsi və ortaq maraqların qorunması ilə bağlı atacağı addımları ehtiva edən yol xəritəsi sənədinin tətbiqi planlaşdırılır. Bu sənədi üzv ölkələrə artıq təqdim etmişik və tətbiq prosesini gözləyirik. Bundan başqa, 2026-cı ildə TÜRKPA-nın növbəti plenar sessiyası Qırğız Respublikasında keçiriləcək. Qardaş Özbəkistanın aktiv iştirakına baxmayaraq, hələ də TÜRKPA-da tamhüquqlu üzv olmadığını nəzərə alaraq bu istiqamətdə danışıqlarımız davam edir. Məqsədimiz Özbəkistanın 2026-cı ildə Qırğızıstanda keçiriləcək plenar sessiyada tamhüquqlu üzv kimi iştirakı məsələsinin həllidir”.

TÜRKPA-nın Baş katibi əlavə edib ki, real təsir gücünü artırmaq və fəaliyyətin effektivliyini yüksəltmək üçün ilk dəfə parlament sədrlərinin qeyri-formal görüşünün keçirilməsi də planlaşdırılıb. Bu toplantının gələn ilin aprelində İstanbulda, Beynəlxalq Parlamentlərarası İttifaqın 152-ci plenar sessiyası çərçivəsində baş tutması nəzərdə tutulur. Bu, vacib siyasi qərarların qəbulu və strateji məsələlərin parlament sədrləri tərəfindən müzakirəsi üçün böyük fürsət yaradacaq. “Bilirsiniz ki, Türk dövlətləri liderlərinin qeyri-formal görüşləri və sammitləri artıq ənənəyə çevrilib. Rəsmi sammitlərlə yanaşı, mütəmadi olaraq ayrıca qeyri-formal görüş də keçirilir. Biz də bu ənənəni parlament sədrləri səviyyəsində davam etdirməyi məqsəd qoymuşuq və bu istiqamətdə addımlar atırıq. Əminik ki, bütün qardaş türk dövlətlərinin yaxın illərdə TÜRKPA-nın həyata keçirdiyi fəaliyyətlər sayəsində real və konkret nəticələrin şahidi olacağıq”, - deyə R.Həsən vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025-ci ildə sosial təminat tədbirləri daha da genişləndirilib - ŞƏRH  

12:39
29 Dekabr

Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub YENİLƏNƏCƏK  

12:31
29 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək  

12:30
29 Dekabr

Gəncə stadionu aprel və may aylarında oyunlar üçün hazır olacaq  

12:30
29 Dekabr

bp: “Qərbi Azəri” platformasından indiyədək 1 milyard bareldən çox neft hasil edilib  

12:27
29 Dekabr

ABŞ gələn il qanunsuz miqrantların deportasiyasını artıracaq  

12:26
29 Dekabr

Nazir: 2026-cı il üçün idmanda həm real, həm də maksimal hədəflərimiz var  

12:14
29 Dekabr

Laosda 11 ayda yol qəzalarında 782 nəfər ölüb  

12:13
29 Dekabr

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb  

12:01
29 Dekabr

Dövlət Neft Fondunun yaradılmasından 26 il ötür

11:41
29 Dekabr

Amerikalı ekspert: Təəssüf ki, Vaşinqtonda uzun illər ərzində Azərbaycana qarşı dominant qərəz olub  

11:39
29 Dekabr

Azərbaycan və BMT arasında 2026–2030-cu illər üzrə çərçivə sənədi müzakirə edilib  

11:38
29 Dekabr

Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək 

11:34
29 Dekabr

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

11:29
29 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

11:21
29 Dekabr

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan idmanı yeni inkişaf mərhələsinə qədəm qoyub 

10:42
29 Dekabr

Ukraynada Azərbaycanın Zəfərinə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunan poçt markası hazırlanıb

10:42
29 Dekabr

Kəlbəcərdə ana-bala cüyürlər görünüb  

10:37
29 Dekabr

NFC ödənişləri bütün avtobus marşrutlarında aktivləşdirilib  

10:11
29 Dekabr

Dekabrın 29-u “ASAN xidmət” işçilərinin peşə bayramı günüdür 

09:16
29 Dekabr

Donald Tramp Rusiya-Ukrayna münaqişəsində ərazi məsələsinin hələ həll olunmadığını bildirib  

08:27
29 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!