21 Aprel 2023 02:50
514
Mədəniyyət
A- A+
Ramazan humanizm və bərabərlik bayramıdır

Ramazan humanizm və bərabərlik bayramıdır

 

"İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycanda Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur".

İlham ƏLİYEV

 

Bu gün  dünyanın hər yerində müsəlmanlar müqəddəs ramazan ayının bitməsini, "orucluq ayı"nın başa çatmasını bayram edirlər. Ramazan bərəkət, rəhmət, məğfirət, günahlardan təmizlənmə ayıdır. Ramazan üç fəzilətli ayın sonuncusudur. 
Bu ayın Allah yanında qiyməti o qədər böyükdür ki, minillərdir işığına yol getdiyimiz dörd müqəddəs kitabını "Zəbur"u, "Tövrat"ı "İncil"i və "Quran"ı Allah on bir ayın sultanı sayılan bu şərafətli ayda nazil etmişdir.
Ramazan bayramı mənəviyyat, bərabərlik, birlik bayramıdır. Əslində, insanlar düşüncələrinin, iradələrinin hisslərinə, nəfislərinə qalib gəldiklərini bayram edirlər. Ramazanda insanlar aclıqla, yuxusuzluqla, hətta gözü, könlü toxluqla da sınağa çəkilirlər. Ramazan eyni zamanda könlünə, nəfsinə toxluq verməyin, ruhun cism üzərində qələbəsinin bayramıdır. Bu ayın fəzilətlərini İslam Peyğəmbəri Həzrət Məhəmməd belə qiymətləndirib: "Allah yanında ən gözəl ay olan mübarək ramazan ayının günləri və gecələri o qədər üstündür ki, hətta oruc tutan adamın nəfəs çəkməyi, yatmağı belə zikr, ibadət sayılır. Bu ayda olunan dualar və ibadətlər məqbul, hacətlər müstəcəb olur".
Ramazan ruzisini bölməyi bacaranların, kasıbı sevindirənlərin, ehtiyacı olanlara əl tutanların, günahı anlayıb günah etməkdən çəkinənlərin ayıdır. Ramazan əsl insanlıq ayıdır. Bu ayda imanlı insanlar oruc tutmaqla, Tanrıya yaxınlaşmaqla həm də həyat fəlsəfəsini daha çox anlamaqla insanlara sevgi, mərhəmət və qayğı hissləri nümayiş etdirirlər. Oruc imkansızlara kömək göstərmək, onların yaşadıqları hissləri duymaq məqsədilə vacib buyrulub. İmkanlılar orucluq günlərində imkansız insanların yaşadığı anları yaşayır, və bu, insanlarda şəfqət və mərhəmət hisslərinin oyanmasına kömək edir.
Oruc insanın dünya malı ilə öz arasında yaratdığı mənəvi sərhəddir. Oruc daxilimizdə nizamı bərqərar edir, ruhumuzu və iradəmizi gücləndirir, arzu və ehtiraslarımızın önünə bir qalxan kimi sədd çəkir. Oruc insanın gözünü, qulağını, dilini və bədəninin digər üzvlərini təmizləyir, yersiz və günahyönümlü işlərdən çəkindirir. Oruc vicdanın səsini dinləməyi öyrədir insana. İnsan oruc sayəsində mənəviyyatı, əxlaqı, iç dünyası ilə üzləşmə fürsəti əldə edir və sınağa çəkilir.
Bu ayda küsülülər barışır, varlı varından yoxsula pay verib, onu sevindirir. Ramazan günahların bağışlanıldığı tövbənin qəbulu, haqqa tapınma fürsətini verir. Ramazan xeyrin şər üzərində qələbə ayıdır.

 

Savab əməllərin sevincini yaşadan müqəddəs ay 

 

Ramazan bayramı bu il bizim üçün bir qədər də fərqlidir. İnsanlarımız bu il müqəddəs Ramazan bayramını işğaldan azad edilmiş doğma torpaqlarımızda da könül xoşluğu ilə qeyd edirlər. İllərlə onlar Uca Yaradana əllərini açıb yurd həsrəti ilə dualar etmişdilər. "Növbəti bayramımızı Qarabağda keçirə bilək" niyyəti ilə bitərdi duaları. Artıq Şərqi Zəngəzur və Qarabağa köç başlayıb. Onlar yurda dönüş sevincinə görə şükranlıqlarını bildirirlər. Bu il 30 ildən sonra Zəngilan rayonunun Ağalı kəndində bayram namazı qılınacaq. Adamlar alınlarını illərlə həsrətini çəkdikləri müqəddəs torpağa qoyub səcdə edəcəklər. Talış kəndində insanlar onları qoruyan əsgərlərə dua edib,  bayram sovqatına qonaq edəcəklər. Şuşadan səmaya yüksələn azan yurdumuzu yenidən bərpa edən insanları bayrama səsləyəcək. Füzuli, Zəngilan hava limanlarına eniş etmiş təyyarələrdən düşənlərin dilindən "şükür" kəlməsi  əskik olmayacaq. Şuşaya gedən maşınların sayı birə beş artacaq... Bu il vətənin torpağı da, daşı da sevinir. İllərlə  yağı düşmənin tapdağında qalan torpaqlarımızda həyat canlanır. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq, abadlıq, bərpa işləri görülür.
Ramazan barış deməkdir, sülh, əmin-amanlıq deməkdir. İslami dəyərlərin qoruyucusu, mənəvi dəyərlərimizi yaşadan və öz siyasətində  həmişə bu amilə  üstünlük verən Azərbaycan Prezidenti İlham Əliyev də düşmənə səhvini anlamağı, hikkədən çəkinməyi, müharibəyə, qana son qoymağı, sülh müqaviləsini  imzlamağı təklif edir. Bu yöndə ardıcıl olaraq ortalığa qəti mövqe qoyub. Ya torpaqlarımızda yaşayanlar sülhü qəbul edib, Qarabağda ucalan zəfər bayrağımızın altında yaşayacaqlar, yaxud da özlərinə yaşamaq üçün başqa yer axtaracaqlar!
Vətənə can dedik. Elə isə bu müqəddəs bayram günündə ilk duamız canımız Azərbaycana, dövlətimizin daha da qüdrətlənməsinə olsun. Vətənin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə Tanrıdan rəhmət, qazilərimizə, əsgərlərimizə, vətəni sevən və qoruyan oğullarımıza cansağlığı diləyək. Diləkləriniz xoş, niyyətləriniz təmizdir, inşallah, Uca Tanrı dualarınızı qəbul edər.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!