10 Aprel 2024 09:15
1397
Mədəniyyət
A- A+
Ramazan ayının fəlsəfəsi - nəfsi tox, əməlisaleh, amalı yaxşılıq olan insan tərbiyə etmək

Ramazan ayının fəlsəfəsi - nəfsi tox, əməlisaleh, amalı yaxşılıq olan insan tərbiyə etmək

 

Bu gün sevgi, yaxşılıq, xeyirxahlıq duyğuları  ilə yaşayan insanların bayramıdır. Təkcə oruc tutanların yox, bu ayın fəzilətini anlayıb mərhəmət, şəfqət paylayanların xoş günüdür. Allaha yaxınlıqdan dolayı saflaşdığımız,  hər gününü bir pillə sayıb addım-addım yüksəldiyimiz ayın sonuna çatdığımız andır. 
Ramazanda oruc tutanlar, ibadət edənlər özlərini Yaradana daha yaxın hesab edirlər. Çünki Allah onun sevgisinə qarşılıq verən bəndəsinin haqqını verir, onu layiq olduğu mərtəbəyə ucaldır. Ən uca mərtəbə insanın etdiyi yaxşılığa görə qazandığı dualardır, başqalarının ona sevgisidir, haqqında layiq olduğu sözləri danışmasıdır.  Bundan böyük mükafat, bundan uca məqam yoxdur.
Ramazan təkcə 30 gün nəfsinə qalib gəlib müəyyən zaman ac-susuz qalmaq ayı deyil. Ramazan insanların bir-birinə olan sevgisinin, yaxşılığının Allah tərəfindən qiymətləndirildiyi aydır. Ramazanda edilən yaxşılıqlar, göstərilən diqqət və qayğıkeşlik ən yaxşı, ən böyük əməldir. Həmin günlərdə içdən gələn mərhəmət, şəfqət, humanizm duyğuları insanı ucaldır, mənəvi cəhətdən pak edir.
Yaxşı əməl nədir? Bir yetimin başına sığal çəkib onun könlünü almaq, bir acın qarnını doyurmaq, dərddən, kədərdən əyilən bir qamətin dikəlməsinə yardım etmək, gözdən axan yaşı silmək, imkansız xəstəyə dərman almaq, ya da ki, ona şəfa olacaq ümidverici sözlər söyləmək, sənə uzanan əli geri qaytarmamaq və s.-dir yaxşı əməl. Bunların hər biri ilk baxışda kiçik görünə bilər, amma bu əməllər insanlığın ən müqəddəs vəzifəsidir. Yaxşılığın kiçiyi, böyüyü olmur. Çünki yaxşı əməl sahibləri onu edərkən bu haqda fikirləşmirlər, qarşılarındakına yuxarıdan baxmırlar. Onlar əməlləri ilə Allah ucalığına az da olsa yaxınlaşa bilirlər.
Nə yazıq ki, pisliyi özünə peşə edən adamlar da var. Bu cür insanlar yaxşı  əməl sahiblərini anlaya bilmirlər. Pis əməl törətmək gözlərini o qədər kor edib ki, hətta dünyada yaxşılığın olduğuna inanmırlar. Bəzən çalışsalar da yaxşı bir iş görsünlər, yenə də alınmır. Çünki belə doğulublar, bu cür böyüyüblər. 
İbrətamiz bir hekayədə deyilir: "Çox qəddar olan və bundan dolayı günahlarla yüklənmiş adam ölür. Cəhənnəm mələyi onu qarşılayaraq deyir ki, bilirəm, cəhənnəmə getmək istəməyəcəksən. Ona görə də həyatın boyu balaca da olsa etdiyin bir yaxşılığı xatırlasan kifayət edər ki, cəhənnəm əzabından xilas olasan. Adam fikirləşir, çox həyəcanlanır, dost-tanış, qohum-qonşunu gözünün önünə gətirir, hansı birinə yaxşılıq etdiyini yadına salmaq istəyir, olmur. Axı kimsənin qolundan tutmayıb. Bunu başa düşən cəhənnəm mələyi onu cəhənnəmə atmaq istəyəndə adam nəyisə xatırlayıb qışqırır: "Dayanın, yadıma düşdü. Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor qurmuş hörümçək gördüm. Yuvası pozulmasın, qurduğu tor qırılmasın deyə yanından ehtiyatla keçib getdim". Mələk gülümsəyir, üzünun nuru günahkar adamın gözünü qamaşdırır. Elə bu vaxt göydən bir hörümçək gəlib torunu qəddar adama uzadır ki, onu xilas etsin. Adam tordan yapışıb cəhənnəmdən yuxarıda yerləşən cənnətə doğru qalxmağa başlayır. Onunla eyni vaxtda başqa günahkarlar, zalımlar, qəddarlar da tordan yapışmağa cəhd edirlər. Hətta bir neçəsi buna nail olur. Adam qorxur ki, bu qədər günahkarın ağırlığı toru qıra bilər, cənnətə çata bilməz. Ona görə də yalnız özünü düşünür, xilas olması üçün ayağı ilə tordan yapışanları vurub yerə salır. Elə bu an tor qırılır və düşür cəhənnəmin dibinə. Adamın günahlarının üstünə hopmuş qorxusu və rahatsızlığı həmin məqamdaca qəzəbə və paxıllığa çevrilib özünün "başını yeyir". Mələk ona deyir ki, burada da pis əməlindən qalmadın, son anda heç olmasa bir-iki insana balaca da olsa yaxşılıq edib ömrün boyu etmədiyin bir əmələ əl atmış olardın. Sən bu şansı da itirdin".
Günəş istisini, ay işığını kainata təmənnasız paylayır. Biz də elə olmalıyıq. Etdiyimiz əməldən təmənna, əvəz gözləməməliyik. Xüsusilə Ramazan günlərində. Bu ay qapımız açıq olmalıdır ki, dualarımız Allah qatına qədər gedib çatsın, günahlarımız bağışlansın. Ramazanda mədə ac olsa da, mənəviyyat tox olmalıdır. Mənəviyyat toxluğu yaxşılığın zinyətidir. Kim ki, bu zinyətdən məhrumdur, onun tutduğu oruc da, qıldığı namaz da bir fayda verməz. Gündüzlər ac qalıb, axşamlar yeməklə bitmir orucluq ibadəti. Orucluq həm də haramdan uzaq durmaq, günah əməllərdən yan gəzmək, xoşagəlməz ifadələr işlətməməkdir. Ona görə də gəlin elə yaşayaq ki, sonradan peşman olmayaq, "kaş ki..." deməyək, son nəfəsimizə qədər saleh əməl sahibi olaq. Ramazan ayının fəlsəfəsi də elə budur. 

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Oman münasibətlərinin inkişafı diqqət mərkəzində olub

19:06
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:04
10 Mart

Bob Blekmen: Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilir  

18:47
10 Mart

Gürcüstanın Apellyasiya Məhkəməsi Mixeil Saakaşvili barədə qərarı qüvvədə saxlayıb

18:17
10 Mart

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

18:05
10 Mart

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir

17:56
10 Mart

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

17:46
10 Mart

DSMF: Müavinətlərin proaktiv təyini sosial xidmətlərin daha sürətli, şəffaf və rahat göstərilməsinə kömək edəcək  

17:42
10 Mart

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb  

17:35
10 Mart

“ƏDV geri al” çərçivəsində 35 milyon manatadək vəsait istehlakçılara qaytarılıb

17:29
10 Mart

Energetik içkilərdə orqanizm üçün təhlükəli maddə aşkarlanıb

17:21
10 Mart

Kolumbiyanın ölkəmizdəki yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib  

17:12
10 Mart

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşların müraciətlərini dinləyib

16:58
10 Mart

Çinin idxalının kəskin artması 120 günlük neft ehtiyatını təmin edəcək

16:50
10 Mart

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

16:49
10 Mart

MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir

16:47
10 Mart

Qlobal neft tələbatının təxminən 70%-i strateji dəniz boğazları vasitəsilə nəql olunur. Rəqəmlər və faktlar 

16:46
10 Mart

İrandan xarici vətəndaşların təxliyəsi davam edir: Daha 3 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib  

16:44
10 Mart

Xankəndi və Xocalının bir sıra təhsil müəssisələrində tədris prosesi izlənilib

16:43
10 Mart

Qətər XİN: İranın enerji obyektlərinə hücumları təhlükəli presedent yaradır

16:41
10 Mart

Kreml Ukrayna üzrə danışıqların davam etdirilməsini istəyir

16:33
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!