18 Avqust 2026 09:52
420
İQTİSADİYYAT
A- A+
Qusarda aqrar biznes və I intensiv meyvə bağları festivalı keçirilib

Qusarda aqrar biznes və I intensiv meyvə bağları festivalı keçirilib


Qusarda  Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Aqrar Biznes Festivalı" və "I İntensiv Meyvə Bağları Festivalı" keçirilib. 

General Mahmud Əbilov adına Qusar Şəhər Mərkəzi Meydanında keçirilən tədbirdə intensiv meyvə bağlarının salınması və becərilməsi ilə məşğul olan təsərrüfat subyektləri, meyvəçilik təsərrüfatları, aqrar sahədə fəaliyyət göstərən şirkətlər, fermerlər və sahibkarlar iştirak ediblər.

Festivalın əsas məqsədi meyvəçilik sahəsində müasir texnologiyaların və innovativ yanaşmaların tətbiqinin təşviq edilməsi, intensiv bağçılığın inkişaf perspektivlərinin nümayiş olunması, fermer və sahibkarların dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması, qabaqcıl təcrübələrin bölüşdürülməsi və aqrar sahədə fəaliyyət göstərən subyektlər arasında əməkdaşlığın genişləndirilməsi olub.

Tədbirin açılışında çıxış edən rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov bildirib ki, Qusar əlverişli təbii-iqlim şəraiti, torpaq ehtiyatları və formalaşmış kənd təsərrüfatı ənənələri ilə meyvəçiliyin, o cümlədən intensiv bağçılığın inkişafı üçün geniş imkanlara malikdir. S.Məmmədxanov  kənd təsərrüfatının rayonda dayanıqlı inkişafında sahibkarlara dövlət dəstəyinin mühüm rolunu xüsusi qeyd edərək "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın aqrar sahənin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli də sözügedən dövlət proqramının əsas hədəflərinə toxunub. O, meyvəçiliyin aqrar sektorun mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək bu sahədə intensiv istehsalın genişləndirilməsinin, müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, dövlət proqramında meyvəçilik təsərrüfatlarının inkişaf etdirilməsi, istehsalın səmərəliyinin və məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi və sahənin rəqabətqabiliyyətliyinin yüksəldilməsi istiqamətində mühüm hədəflər müəyyənləşdirilib.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov festivalın aqrar sahədə bilik və təcrübə mübadiləsi, müasir texnologiyaların və innovativ yanaşmaların nümayişi baxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki, bu cür tədbirlər fermerlər, sahibkarlar və aqrar sahədə fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın genişləndirilməsinə və yeni biznes əlaqələrinin qurulmasına imkan yaradır.

İSFA MMC-nin rəhbəri Samir Xeyirbəyov və "Metak" şirkətinin təsisçisi Alik Kərimov festivalın fermerlərin inkişafı və aqrar sahədə təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Onlar həmçinin sahibkarlar olaraq, dövlət başçısı tərəfindən kənd təsərrüfatı sahəsində qarşıya qoyulan vəzifə və hədəflərin icrasında fəal iştirak edəcəklərini bildiriblər.

Festival çərçivəsində ölkənin müxtəlif bölgələrindən 70-dən artıq meyvəçilik təsərrüfatı subyekti, fermer və sahibkar iştirak ediblər. Tədbir çərçivəsində "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın əsas hədəf və istiqamətlərini əks etdirən məlumatlandırıcı posterlər də nümayiş olunub.

Festival çərçivəsində rayon icra hakimiyyətinin inzibati binasında "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirə də keçirilib. Paneldə Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Biznesinin İnkişafı Fondunun, Aqrar Sığorta Fondunun və "Unibank" MMC-nin nümayəndələri iştirak ediblər. Müzakirə zamanı fermer və sahibkarların dövlət dəstəyi mexanizmlərindən, maliyyə resurslarından və aqrar sığorta xidmətlərindən yararlanma imkanları barədə məlumat verilib.

Festival aqrar sahədə dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, regionlarda aqrar biznes mühitinin inkişaf etdirilməsi, müasir texnologiyaların tətbiqinin təşviqi və intensiv meyvəçilik sahəsində qabaqcıl təcrübələrin yayılması baxımından əhəmiyyətli olub. 


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

19:32
22 Sentyabr

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

19:21
22 Sentyabr

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

19:12
22 Sentyabr

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

19:03
22 Sentyabr

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

18:58
22 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır

18:56
22 Sentyabr

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

18:49
22 Sentyabr

Dublində qədim qala tapılıb

18:47
22 Sentyabr

Süni intellektə tələbat yaddaş çiplərinin qiymətini rekord həddə çatdırıb  

18:39
22 Sentyabr

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

18:34
22 Sentyabr

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

18:32
22 Sentyabr

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub

18:28
22 Sentyabr

 Şirin içkilərin tez-tez qəbulunun gizli təhlükəsi 

18:28
22 Sentyabr

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

18:18
22 Sentyabr

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

18:13
22 Sentyabr

Tarixdə ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxılıb

18:04
22 Sentyabr

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

17:54
22 Sentyabr

Göz quruluğuna qarşı təbii vasitə aşkar edilib   

17:49
22 Sentyabr

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

17:48
22 Sentyabr

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

17:45
22 Sentyabr

“ADEX 2026” və “Securex Caspian” sərgiləri 3 gün davam edəcək

17:41
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!