29 Sentyabr 2024 08:50
2969
Mədəniyyət
A- A+
Qubadlının tarixini yaşadan məkan

Qubadlının tarixini yaşadan məkan


Şanlı-şöhrətli tarixi keçmişimizi yaşadan, dünənimizdə baş verən hadisələri unudulmağa qoymayan, obyektiv gerçəklikləri gələcək nəsillərə çatdıran məkanlardan biri də muzeylərimizdir. Dövlət rəhbərliyi vacib və əhəmiyyətli missiyanı yerinə yetirən bu mədəniyyət müəssisəsindən diqqət və qayğısını heç zaman əsirgəməyib. Tarixin danışan dili olan belə muzeylərdən biri də Qubadlı Tarix-Diyarşünaslıq Muzeyidir. 

Qədim oğuz-türk yurdu olan Zəngəzurun Qubadlı rayonu çoxsaylı tarixi abidələr və yaşayış məskənləri ilə zəngindir. Bunların içərisində qədim qəbiristanlıqlar, mağaralar, məbədlər, qalalar, türbələr, tağlı körpülər xüsusi yer tutur. 

Qubadlı 1993-cü il avqustun 31-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuşdu. Rayonun işğalını təəssüf hissi ilə qarşılayan Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının adıçəkilən bölgəsinə və buranın sakinlərinə münasibətini belə ifadə edərək bildirmişdir: "O torpaqlar əməksevər insanların qeyrət, bərəkət ünvanı idi . Qubadlılılar Qarabağa, Laçına, Kəlbəcərə Ermənistandan gələn yolun üstündə möhtəşəm qala kimi dayanmışdılar. Onun işğalından bərk sarsıldım".

Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyi də Ulu Öndərimizin sərəncamı ilə 1980-ci il mayın 6-da təsis olunub. Muzeyə qısa müddətdə minlərlə tarixi əşya toplanıb, hədiyyə edilib. Muzey qədim dövr, sovet dövrü, fauna və flora  və s. bölmələrdən ibarət idi. Burada 5000-ə yaxın eksponat vardı. İşğal nəticəsində Tarix-Diyarşünaslıq Muzeyi də erməni qəsbkarları tərəfindən dağıdılmış, eksponatları, muzey əşyaları tamamilə məhv olmuş, oğurlanmış və talan edilmişdir. 

Məcburi köçkünlük dövründə yaranan məkan problemi, əməkhaqqı, muzey işçilərinin dağınıq, fərqli şəhərlərdə məskunlaşmalarına baxmayaraq, onlar əsl vətənpərvərlik və cəfakeşlik nümunəsi göstərmişdilər. Öz işlərindən ayrılmamış, yeni əşyalar toplayaraq muzeyin fəaliyyətini bərpa etmək arzularını bildirmişdilər. Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə muzey 2013-cü ildə Sumqayıt şəhərində yerləşən icra hakimiyyətinin binasında müasir və geniş, işıqlı otağa köçürülmüşdür.

Elə muzeyin kiçik kollektivi və eksponatları ilə də orada tanış olduq. Onlar yaradılan şəraitə görə minnətdarlıqlarını bildirdilər, daim dövlətçiliyə sədaqətlərini, mədəniyyət siyasətinin icrasına hazır olduqlarını söylədilər.  Muzeyin direktoru vəzifəsini müvəqqəti icra edən Xatın Ağayeva bildirdi ki, Azərbaycan əraziləri zaman-zaman yadellilərin təcavüzlərinə və işğallarına məruz qaldıqda xalqımız toparlanaraq doğma vətənini müdafiə etmişdir: "Bu baxımdan Zəngəzur həmişə Azərbaycan xalqının alınmaz qalası olub. Zəngəzur, o cümlədən Qubadlı strateji cəhətdən və relyefinə görə ən əlverişli coğrafi mövqeli, müdafiə qabiliyyətli qədim torpaqlarımızdır. Bütün bu tarixi faktların mühüm məxəzi olan muzeyimiz də ilk olaraq 1968-ci ildə Qubadlı rayon Mədəniyyət Şöbəsinin müdiri Süleyman Rüstəmovun zəhməti ilə yaradılıb və Mərkəzi Kitabxanadakı kiçik bir otaqda yerləşdirilib". 

Qubadlı Rayon Tarix -Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi Günel Quluzadə hazırda muzeyin fondunda əsasən XX əsri əhatə edən 1091 eksponatın qorunduğunu söylədi: "Bunların içərisində mis, saxsı qablar, keramika, toxuculuq məmulatları, əslən Qubadlı rayonundan olan yazıçıların, elm, mədəniyyət xadimlərinin kitabları, fotoları, Xalq qəhrəmanı Qaçaq Nəbidən bu günə qədər -1993-cü il Qarabağ müharibəsində, 2016-cı il Aprel döyüşlərində, həmçinin 2020-ci il 44 günlük Vətən müharibəsində canını fəda edən Milli qəhrəmanlara, şəhidlərə həsr edilmiş guşə və stendlər təşkil edilib. Muzeyin ən qədim eksponatı XIX əsrə aiddir". 

Muzey hazırda 4 əməkdaşla fəaliyyət göstərir. Fond nəzarətçisi Tərlan Əsədova və başqaları işlərinə böyük məsuliyyətlə, eksponatlara qayğı ilə yanaşırlar.

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. İşğaldan azad edilmiş Qubadlı rayonunda - doğma yurdumuzda Tarix Diyarşünaslıq Muzeyinin yenidən bərpası hər bir sakinin arzusudur. 


Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətlə bağlı fikirləri reallıqdır

09:41
21 Dekabr

Maqdeburq şəhərində Milad yarmarkasında qanlı hadisəni törədən şəxsin həkim olduğu müəyyən edilib - YENİLƏNİB-2

09:33
21 Dekabr

Şuşaya köçən sakin: Artıq illərdir davam edən yurd həsrəti sona çatır

09:31
21 Dekabr

Şuşaya köçən sakin: Geri qayıtmaq olduqca qürurvericidir

09:23
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!