"Qoca qitə" gənc üzvünə etibar edir
Azərbaycan bu etibarı güvənli tərəfdaş olması ilə qazanıb
Avropa ilə iqtisadi əməkdaşlığın ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyi yeni fakt deyil. Çünki "qoca qitə" dünya iqtisadiyyatının əsas məkanlarından biridir və Azərbaycan da Avropanın bir parçası kimi onun imkanlarından yararlanmağa çalışır. Məsələn, Avropa yüksək alıcılıq qabiliyyəti olan bazar olduğu üçün biz enerji daşıyıcılarımızı burada yüksək qiymətə sata bilirik.
Amma Rusiya-Ukrayna müharibəsi indi Azərbaycanın Avropa qitəsi üçün iqtisadi əhəmiyyətini artırıb. Səbəbi sirr deyil: Avropa Rusiya qazından asılılığına son qoymaq barədə qərar qəbul etdiyi üçün ölkəmizdən qaz və elektrik enerjisinin idxalını artırmaq istəyir. Düzdür, Azərbaycanın Avropaya idxal etdiyi qaz qitə ölkələrinin tələbatının elə də yüksək faizini təmin etmir. Amma Azərbaycanın etibarlı tərəfdaş olması və gələcəkdə qaz ixracını artırmaq perspektivləri ölkəmizi bu sahədə Avropanın yaxın tərəfdaşı etmişdir.
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri zamanı digər məsələlərlə yanaşı, enerji sahəsində əməkdaşlığa üstünlük verilməsi də elə bununla bağlıdır. Səfər çərçivəsində dövlətimizin başçısının Almaniyanın öndə gedən şirkət rəhbərləri ilə görüşü zamanı alman şirkətlərinin Azərbaycana böyük marağının bir daha şahidi olduq. Şahidi olduq ki, alman iş adamları Azərbaycana bütün sahələr üzrə etibarlı tərəfdaş və fayda gətirəcək partnyor kimi baxırlar. Bununla belə, görüş zamanı müzakirə olunan məsələlərdə qaz və elektrik enerjisi ixracı yenə də əsas yer tuturdu.
Məlumdur ki, Avropa bir neçə il əvvəl alternativ enerjiyə keçid barədə qərar qəbul etmişdir. Rusiya-Ukrayna müharibəsindən sonra bu məsələyə diqqət daha da artmışdır. "Qoca qitə" bu yolla Rusiyadan enerji asılılığına son qoymaqla yanaşı, ətraf mühiti qorumaq da istəyir. Yaxşı haldır ki, ölkəmiz bu sahədə də zəngin potensiala malikdir.
Prezident İlham Əliyev görüşdə ölkənin bərpaolunan enerji imkanları barədə demişdir: "Qarabağ və Şərqi Zəngəzur bölgələrini artıq "yaşıl enerji zonası" elan etmişik. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək. Eyni zamanda bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Ola bilsin, biz bu mövzunu görüşümüz zamanı daha geniş şəkildə müzakirə edə bilərik. Lakin deyə bilərəm ki, Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Beləliklə, hazırda biz nəinki xarici sərmayədarları cəlb etməkdə davam edirik, o cümlədən həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını da yaradırıq".
Dövlət başçısı bildirmişdir ki, bu gün bizim icra olunan iki müqaviləmiz var. Onlardan biri "Masdar", digəri isə "ACWA Power" ilə imzalanıb. Bunlar iki qlobal enerji şirkətləridir və onlar bərpaolunan enerjiyə böyük sərmayə yatırırlar. 470 meqavatlıq həmin iki müqavilə icra olunmaqdadır. Əlavə olaraq hazırda Azərbaycan bərpa edilən enerji sahəsində dünyanın qabaqcıl şirkətləri ilə anlaşma memorandumları və müqavilələr imzalayıb və onların həcm səviyyəsi 25 giqavatdır.
Aparılan ilkin araşdırmalara görə, hazırda ölkəmizin bərpaolunan enerji imkanları 200 giqavata yaxındır. Təkcə Xəzər dənizindəki imkanlarımız 157 giqavatdır. Bunlar ilkin mərhələdə aparılan araşdırmalar nəticəsində təsdiq olunmuş potensialdır. Gələcəkdə isə bu rəqəmlərin yüksəlmək ehtimalı istisna edilmir.
Prezident İlham Əliyev həmişə siyasi və iqtisadi layihələri vaxtında və düzgün dəyərləndirməyi bacaran liderdir. Bu, dəfələrlə sınaqdan çıxmış bir həqiqətdir. Məsələn, dövlət başçısı indi Orta dəhliz adlandırılan "Şərq-Qərb" nəqliyyat marşrutunun fəaliyyəti üçün lazım olan bütün tədbirləri vaxtında görmüşdür. Bu istiqamətdə yaradılan süni maneələr də zamanında dəf olunmuşdur. Marşrutun Gürcüstan ərazisindən keçən hissəsinin ölkəmiz tərəfindən maliyyələşdirilməsi buna misaldır. İndi də Avropa "yaşıl enerji"nin ixracından əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan, Rumıniya arasında elektrik enerjisinin ötürülməsi barədə dəhlizin yaradılması üçün saziş imzalanmışdır.
Almaniya Kansleri Olaf Şolts Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında Azərbaycan-Almaniya və Avropa əlaqələrini yüksək qiymətləndirərək demişdir: "Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Ölkənin həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün böyük potensialı mövcuddur, Azərbaycan öz töhfəsini verə bilər və eyni zamanda bərpaolunan enerji də bizim əməkdaşlığımızın bir mövzusudur". Avropanın lokomativ ölkəsinin hökumət başçısının bəyanatından da aydın olur ki, "qoca qitə" gənc üzvünə etibar edir.
Rüstəm KAMAL,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb
02 Aprel
Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidi təmin edilib
02 Aprel
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb ...
02 Aprel
Azərbaycan-Çin münasibətləri tarixi İpək Yolu üzərində ənənəvi dostluq nümunəsidir ...
02 Aprel
Laçın-Xankəndi yolu: Ekoaksiya 112 gündür davam edir
02 Aprel
Türkiyənin Kastamonu şəhərində zəlzələ baş verib
02 Aprel
Səfir: Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünə hörmət etməli və daxili işlərinə qarışma...
02 Aprel
Laçın-Xankəndi yolu: Bu gün ekoaksiya ərazisindən 92 avtomobil sərbəst keçib
02 Aprel
Lələtəpə qələbəsi Böyük Zəfərin ilk müjdəsi idi
02 Aprel
Qərbi Azərbaycandan olan soydaşlarımız da əzəli torpaqlarına qayıdacaqlar
02 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
“Dəmir yumruq" Laçın yolunu tam nəzarətə götürdü31 Mart 2023

Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması...28 Mart 2023

Türk dünyası daha böyük coğrafiyanı əhatə edir19 Mart 2023

Qardaşlığın Ankara Zirvəsi18 Mart 2023

Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

ÇOX OXUNANLAR
Dövlət kapital qoyuluşunda daha fəaldır01 Aprel 2023

Zəfərin yaratdığı yeni idarəetmə modeli30 Mart 2023

Qalibin məğlublara yeganə şərti28 Mart 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Talış kəndində görülən işlərlə tanış olubla...18 Mart 2023

Tarixin ən qüdrətli Azərbaycanı Heydər Əliyev ideyalarının təntənəsidir17 Mart 2023

Avropanın ümid yeri Azərbaycandır15 Mart 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!