05 İyun 2025 09:00
415
İQTİSADİYYAT
A- A+
Qlobal istiləşmə sağlamlığı da təhdid edir

Qlobal istiləşmə sağlamlığı da təhdid edir


Hava temperaturunun  kəskin artması dünyanın bir çox bölgəsində həyat şəraitini əhəmiyyətli dərəcədə dəyişdirib. İstilik dalğaları, yoluxucu xəstəliklərin yayılma arealının genişlənməsi, qida və su təhlükəsizliyinin pozulması kimi amillər insan sağlamlığına da ciddi təsir göstərir. Elmi araşdırmalar təsdiqləyir ki, qlobal istiləşmə bir sıra xroniki və ölümcül xəstəliklərin çoxalmasına səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Ümumdünya Meteorologiya Təşkilatı da daxil olmaqla 57 akademik qurum və 122 tədqiqatçı tərəfindən hazırlanan 2024-cü il hesabatında çox narahatedici nəticələr təqdim edilib. Məlum olub ki, iqlim dəyişikliyi ilə bağlı sağlamlıq risklərini izləyən 15 göstəricidən 10-u narahatlıq doğuran yeni rekord göstəricilərə çatıb.


Yüksək temperatur qadınlarda xərçəng xəstəliyinin artmasına səbəb olub


Qlobal istiləşmə, iqlimin sürətlə dəyişməsi səbəbindən insan rifahı və sağlamlığı birbaşa təhlükə altına düşüb. Misir tədqiqatçılarının son araşdırmalarına görə, hava temperaturunun yüksəlməsi xüsusilə qadınlarda xərçəng xəstəliyinin artmasına səbəb olub. Yaxın Şərq və Şimali Afrikanın 17 ölkəsini əhatə edən tədqiqat "Frontiers in Public Health" jurnalında dərc olunub. Mütəxəssislər Əlcəzair, Bəhreyn, Misir, İran, İraq, İordaniya, Küveyt, Livan, Liviya, Mərakeş, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tunis, Birləşmiş Ərəb Əmirlikləri və Fələstində xərçəngdən ölüm nisbətlərini araşdıraraq, məlumatları 1998-2019-cu illər arasındakı temperatur artımları ilə müqayisə ediblər.

Müəyyən edilib ki, hər 1 dərəcə Selsi temperatur artımı nəticəsində hər 100 min nəfərə düşən müxtəlif xərçəng növlərinə yoluxma halları 173 nəfər artaraq 280-ə çatıb. Ən böyük artım yumurtalıq xərçəngi, ən kiçik artım isə döş xərçəngi hallarında müşahidə olunub. Hər 100 min adama düşən ölüm nisbəti hər 1 dərəcə Selsi temperatur artımında 171 artaraq 332-yə çatıb. O da bildirilib ki, artım templəri ölkə və xərçəng növünə görə fərqlənir. Məsələn, Qətərdə hər bir dərəcə temperatur artımına görə döş xərçəngi hallarının sayı 100 min nəfərə 560 hal artdığı halda, Bəhreyndə cəmi 330 hal artıb. Maraqlısı isə odur ki, bu, onların əhalisinin coğrafi və etnik yaxınlığına baxmayaraq baş verib.

Tədqiqat zamanı daha bir maraqlı məqam üzə çıxıb. Belə ki, valideynlərdə xərçəng xəstəliyinin tezliyi uşaqların sayı ilə əlaqələndirilib. Məlum olub ki, xəstəlik çoxuşaqlı qadınlarda övladı olmayan və ya təkuşaqlı valideynlərə nisbətən iki dəfə azdır.


Gənclər istilik dalğalarına qarşı daha həssasdırlar


Qlobal istiləşmə yalnız fiziki deyil, həm də psixi sağlamlığa ciddi təsir edir. Avstraliyalı mütəxəssislərin araşdırması nəticəsində məlum olub ki, iqlim dəyişikliyi səbəbilə artan istilər psixi və davranış pozğunluqlarının (MBD) sayını artırır və bu vəziyyət önümüzdəki illərdə daha da pisləşəcək. Adelaida Universitetinin aparıcı tədqiqatçısı Penq Binin sözlərinə görə, əgər qlobal istiləşmə davam edərsə, 2050-ci ilə qədər psixoloji xəstəliklər 49 faizə qədər artacaq. Əgər temperatur artımı 3 dərəcəni ötməsə belə, 2050-ci ildə psixi və davranış pozğunluqları  27,5 faiz artmış olacaq.

Tədqiqat 2003-2018-ci illər arasında Avstraliyanın bütün ştat və ərazilərində toplanan sağlamlıq məlumatlarına əsaslanır. Məlum olub ki, bu dövr ərzində yüksək hava temperaturu səbəbilə xəstəxanaya yerləşdirilmə və təcili yardım müraciətləri artıb. Məsələn, 2008-ci ildə Adelaidada baş verən 15 günlük istilik dalğası uşaqlar arasında MBD ilə bağlı xəstəxanaya yerləşdirmələri 64 faiz, yaşlılar arasında isə 10 faiz artırıb.

Yüksək hava temperaturu xüsusilə yaşlı insanlara və xroniki xəstəliyi olanlara mənfi təsir edir. Diabet, ürək-damar, tənəffüs və digər xroniki xəstəlikləri olan insanlar istilik dalğalarından daha çox təsirlənirlər. Bu xəstəliklər bədənin normal funksiyalarını zəiflətdiyindən istilik stresi daha ciddi problemlərə səbəb olur.

Yaşlı insanlar bədən temperaturunu tənzimləməkdə çox çətinlik çəkirlər və istilik dalğalarına qarşı daha həssasdırlar. Onların bədən funksiyaları və müdafiə mexanizmləri yaşlandıqca zəifləyir, bu da istilik stresinə qarşı müdafiəni azaldır. Buna görə də son illər 65 yaşdan yuxarı insanlar arasında istidən ölüm halları 1990-cı illərlə müqayisədə rekord səviyyədə artaraq 167 faizə çatıb.

Son araşdırmalar göstərir ki, gənclər istilik dalğalarına qarşı yaşlılardan daha həssasdırlar. Çünki onlar bəzən kifayət qədər ehtiyat tədbiri görmür və isti havada çöldə daha çox vaxt keçirirlər. Tənzimləmə sistemləri tam inkişaf etmədiyi üçün azyaşlılar da yüksək temperatura həssasdırlar. Onların istilik vurmasına və digər istiliklə əlaqəli problemlərə qarşı müqaviməti zəifdir.

Təkcə son üç onillikdə planetdə iqlim dəyişikliyi kəskin surətdə artıb və demək olar ki, hər il yeni temperatur rekordları müəyyən edilir. Ekoloqların və meteoroloqların fikrincə, bu dəyişiklikləri gecikdirmək həm də insanların əlindədir. İctimai nəqliyyata üstünlük vermək, yaşıllıqların artırılmasında fəal iştirak, bərpaolunan enerji resurslarından səmərəli istifadə, evlərdə və iş yerlərində enerjiyə qənaət kimi tədbirlərlə hər birimiz planetimizi antropogen təsirlərdən qoruya bilərik.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!