15 Yanvar 2026 14:29
158
İQTİSADİYYAT
A- A+
Qlobal iş yerlərinin 40 faizinin süni intellektə dair dəyişikliklərə məruz qalması ixtisarlarla bağlı narahatlıqları artırır  

Qlobal iş yerlərinin 40 faizinin süni intellektə dair dəyişikliklərə məruz qalması ixtisarlarla bağlı narahatlıqları artırır  


Qlobal miqyasda iş yerlərinin təxminən 40 faizi süni intellektlə idarə olunan dəyişikliklərə məruz qalıb. Bu da iş yerlərinin itirilməsi və bəzi qruplar üçün imkanların azalması ilə bağlı narahatlıqları artırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgievanın bloq yazısında bildirilib.

Qeyd olunub ki, hazırda əmək bazarındakı transformasiya işçilər arasında narahatlıq doğurur, çünki onlar süni intellekt səbəbindən işlərini itirməkdən narahatdırlar. Bu da işçi qüvvəsini işin gələcəyinə hazırlayan və süni intellektdən əldə edilən qazancın geniş kütlə arasında yayılmasını təmin edən proaktiv və əhatəli siyasətlərə olan ehtiyacın vacibliyini göstərir. Hazırda yeni bacarıqlar əldə edən işçilər daha yüksək gəlir əldə edirlər. Süni intellektlə əlaqəli bacarıqlar yüksək əməkhaqqı gəliri təmin edir, lakin bu, hələlik digər yeni sahələrdə olduğu qədər məşğulluq artımına töhfə verməyib. Bu vəziyyət, xüsusən də başlanğıc səviyyəli iş yerlərinin süni intellektə daha çox məruz qaldığı üçün karyeralarına yeni başlayan gənclərə əlavə çətinliklər yaradır. Siyasət seçimləri işçilərin və şirkətlərin süni intellekt inqilabına nə dərəcədə hazır olduqlarını müəyyən edəcək. Çünki süni intellektin iqtisadiyyatları nə dərəcədə gücləndirəcəyi bu hazırlıq səviyyəsindən asılıdır. Bu kontekstdə bacarıqlara investisiya qoyuluşu, iş yerlərində dəyişikliklər zamanı işçiləri dəstəkləməsi və bazarları rəqabətli saxlamaqla innovasiyanın bütövlükdə cəmiyyətə fayda verməsinin təmin edilməsi vacibdir.

Vurğulanır ki, Bacarıqların Bərabərsizliyi İndeksinə üzrə ölkələr mövcud şərtlərə görə iki qrupa bölünüb. Yeni bacarıqlara tələbatın yüksək, lakin təklifin qeyri-kafi olduğu Braziliya, Meksika və İsveç kimi ölkələrin elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində təhsilə daha çox investisiya qoymalıdır. İstedadlarla bağlı təklifin nisbətən bol və tələbatın daha məhdud olduğu Avstraliya, İrlandiya və Polşa kimi ölkələrin üzləşdiyi əsas çətinlik innovasiyanı təşviq etmək və şirkətlərin mövcud istedadlardan daha effektiv istifadə etməsinə imkan yaratmaqdır. Bu baxımdan da, innovasiyanı və yeni şirkətlərin yaradılmasını dəstəkləyən və biznesin maliyyə resurslarına çıxışını asanlaşdıran islahatlar daha faydalı ola bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yanvarın 17-dən 22-dək ölkə ərazisində hava şəraiti yenidən yağıntılı olacaq – XƏBƏRDARLIQ  

15:30
15 Yanvar

Media: ABŞ İrana “Tomahawk” raketləri ilə zərbə endirə bilər  

14:54
15 Yanvar

Hakan Fidan: Zəngəzur dəhlizinin Azərbaycanın istədiyi kimi həyata keçəcəyinə inanırıq

14:52
15 Yanvar

Türkiyəli ekspert: Zəngəzur dəhlizi yalnız iqtisadi deyil, geosiyasi amil kimi qiymətləndirilməlidir  

14:49
15 Yanvar

Türkiyə Müdafiə Nazirliyi: “C-130” təyyarəsinin qəzaya uğraması səbəblərinin müfəssəl təhqiqi davam edir  

14:49
15 Yanvar

İran hakimiyyəti etirazçıya ölüm cəzası verilməsi barədə məlumatı təkzib edib  

14:32
15 Yanvar

Almaniya iqtisadiyyatında iki ildən sonra artım qeydə alınıb

14:30
15 Yanvar

Qlobal iş yerlərinin 40 faizinin süni intellektə dair dəyişikliklərə məruz qalması ixtisarlarla bağlı narahatlıqları artırır  

14:29
15 Yanvar

Türkiyə Müdafiə Nazirliyi İranla sərhəddə təhlükəsizliyə xüsusi diqqət yetirdiyini bildirib  

14:28
15 Yanvar

Rusiya Böyük Britaniya səfirliyi əməkdaşının akkreditasiyasını ləğv edib  

14:23
15 Yanvar

Britaniyalı diplomat Rusiyadan çıxarılır  

14:21
15 Yanvar

Bu il Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 96, 6 faizi əhaliyə ödənişlərə sərf olunacaq  

14:20
15 Yanvar

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq  

14:19
15 Yanvar

Dövlət Komitəsi keçmiş məcburi köçkün Orxan Fətəliyevin müraciəti ilə bağlı açıqlama yayıb  

14:16
15 Yanvar

DSMF ötən il 10 milyard manata yaxın sosial ödənişlər həyata keçirib  

14:15
15 Yanvar

Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir  

13:23
15 Yanvar

Prezident İlham Əliyev “Qərb Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb  

13:20
15 Yanvar

Avropa ölkələrinin ilk hərbi personalı Qrenlandiyaya gəlib  

13:17
15 Yanvar

Pakistan həbsxanalarından 221 əfqan məhbus azad edilərək ölkələrinə qaytarılıb  

13:13
15 Yanvar

Ötən il 76 mindən çox aztəminatlı ailəyə 420 milyon manat məbləğində ünvanlı sosial yardım ödənişi həyata keçirilib  

13:09
15 Yanvar

Ötən il dünyanın bir çox yerində temperatur orta göstəricilərdən yüksək olub 

13:01
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!