15 Yanvar 2026 14:49
460
İQTİSADİYYAT
A- A+
Türkiyəli ekspert: Zəngəzur dəhlizi yalnız iqtisadi deyil, geosiyasi amil kimi qiymətləndirilməlidir  

Türkiyəli ekspert: Zəngəzur dəhlizi yalnız iqtisadi deyil, geosiyasi amil kimi qiymətləndirilməlidir  


Zəngəzur dəhlizi Türkiyə üçün geosiyasi xarakter daşıyaraq Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticarət əlaqələrini genişləndirir, qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsini təmin edir. Eyni zamanda, Azərbaycandan ayrı düşmüş Naxçıvan Muxtar Respublikasının da Türkiyə ilə nəqliyyat və tranzit sahəsində dərin əməkdaşlıq əlaqələrinin inkişafına təkan verəcək.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı türkiyəli iqtisadçı-ekspert Hakan Topkurulu deyib.

O bildirib ki, bu dəhlizin iqtisadi mahiyyəti ilə yanaşı siyasi xarakteri də var.

“Dəhliz Türkiyə ilə Azərbaycanı eləcə də Mərkəzi Asiyadakı Türk dövlətlərini birləşdirir, onların daha yaxın əməkdaşlığını, bir-birini beynəlxalq arenada əsaslı dəstəkləməsini təmin edir, iqtisadi, siyasi, sosial və mədəni birliyin yaranaraq qlobal siyasi proseslərdə layiqli mövqe tutmasına imkan verir. 6 müstəqil Türk dövləti birlikdə 4,7 milyon kvadrat kilometr ərazini əhatə edir. Müqayisə üçün qeyd edək ki, Avropa İttifaqı ölkələrinin ərazisi ümumilikdə 4 milyon kvadrat kilometrdir. Həmçinin, 6 müstəqil Türk dövləti birlikdə ümumi dünya əhalisinin 2 faizindən çoxunu təşkil edir. Bu gün müstəqil Türk dövlətlərinin toplam göstəricilərinə baxdıqda, ərazilərinə görə dünya ölkələri arasında 7-ci, əhali sayına görə 9-cu, ümumi daxili məhsul (ÜDM) istehsalına görə 16-cı, təbii qaz ehtiyatlarına görə Rusiya, İran və Qətərdən sonra 4-cü, neft istehsalına görə 9-cu, qızıl və bor ehtiyatlarına görə 1-ci, uran ehtiyatına görə isə 2-ci yerdə dayanır. Qeyd edək ki, 1,1 trilyon dollar milli gəliri və 560 milyard dollarlıq xarici ticarət dövriyyəsi ilə Türk dövlətləri böyük iqtisadi potensiala malikdirlər”, - deyə ekspert nəzərə çatdırıb.

H.Topkurulu vurğulayıb ki, Zəngəzur dəhlizi bu potensialı dünya bazarına çıxaracaq, nəqliyyat və tranzit yükdaşımanı təmin edərək hər bir dövlətin iqtisadi inkişafına töhfə verəcək: “Orta Dəhlizin davamı olaraq Zəngəzur dəhlizi ABŞ və Avropanı maraqlandırdığı üçün onun beynəlxalq əhəmiyyəti böyükdür. Zəngəzur dəhlizi yalnız iqtisadi deyil, həmçinin geosiyasi bir amil kimi qiymətləndirilməli və gələcəkdə türk birliyinin yaranaraq vahid gücə çevrilməsi üçün həyata keçirilən layihə kimi dəyərləndirilməlidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səudiyyə Ərəbistanında muzeydə ən böyük “Qurani-Kərim” sərgilənir  

10:09
16 Fevral

Şamil Ayrım: Türkiyə beynəlxalq arenada Şimali Kiprin maraqlarını müdafiə etməkdə tam qərarlıdır  

10:07
16 Fevral

MN: İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək  

09:50
16 Fevral

Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

21:17
15 Fevral

Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib YENİLƏNİB 

20:01
15 Fevral

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə, “Araz-Naxçıvan” “Sumqayıt”a qalib gəlib

20:00
15 Fevral

Vuçiç: Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir  

19:59
15 Fevral

Azərbaycan Prezidenti: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq  

19:58
15 Fevral

Prezident İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır  

19:34
15 Fevral

Azərbaycan Prezidenti: Bizim Serbiya ilə gələcək üçün də açıq-aydın planlarımız var

18:50
15 Fevral

Prezident: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir

18:49
15 Fevral

Prezident İlham Əliyev: Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır

18:47
15 Fevral

Vuçiç: Serbiyada və Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədədir

18:45
15 Fevral

Aleksandar Vuçiç: Serbiya ilə Azərbaycanın bir çox ortaq dəyərləri var

18:45
15 Fevral

Azərbaycan-Serbiya sənədləri mübadilə olunub YENİLƏNİB

17:59
15 Fevral

Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilib

16:49
15 Fevral

Suriya ordusu ABŞ-dən növbəti hərbi bazanı təhvil alıb  

16:39
15 Fevral

Prezident İlham Əliyev Belqradda Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib 

16:01
15 Fevral

Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

15:53
15 Fevral

Moldovanın nüfuzlu portalı Azərbaycan Prezidentinin müsahibəsinə geniş yer ayırıb  

15:39
15 Fevral

Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib 

15:21
15 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!