03 Mart 2026 19:01
413
İQTİSADİYYAT
A- A+
SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  


Bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının mövzusu bizə həm nailiyyətlərimiz barədə düşünməyə, həm də sürətlə inkişaf edən enerji bazarlarını nəzərə alaraq əməkdaşlığın növbəti mərhələsini müəyyən etməyə gözəl şərait yaradır. Bu gün Cənub Qaz Dəhlizi (CQD) 21-ci əsrin ən mühüm əhəmiyyət kəsb edən enerji infrastruktur layihələrindən biridir.

AZƏRTAC xəbər verir ki, bunu SOCAR vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov Cənub Qaz Dəhlizi sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, CQD dəyəri təxminən 33 milyard dollar məbləğində qiymətləndirilən 7 ölkənin və bir çox şirkətlərin birbaşa iştirakı ilə reallaşdırılan mürəkkəb və həqiqətən transmilli enerji dəyər zəncirini təşkil edir.

“Texniki mükəmməlliyi və geniş investisiya cəlb olunması ilə seçilən bu layihə güclü siyasi öhdəlik, sıx koordinasiya və bütün tərəfdaşlar arasında ortaq bir strategiya üzərində qurulub. Məşvərət Şurası Cənub Qaz Dəhlizinin ilk mərhələsindən hazırkı genişlənmə mərhələsinə qədər çox mühüm rol oynayıb. Bu platforma hökumətləri, şirkətləri, maliyyə institutlarını və beynəlxalq maraqlı tərəfləri bir araya gətirərək onlar arasında səmərəli koordinasiya işinin qurulması, çətinliklərin praktik olaraq həll edilməsi və strateji uyğunluğun qorunub-saxlanılması baxımından əhəmiyyətli rol oynayaraq texniki cəhətdən iddialı bir layihəni davamlı tərəfdaşlığa çevirməyi bacarıb. İstismara verilməsidən 1 fevral 2026-cı il tarixinədək “Şahdəniz 2” yatağının işlənməsinin mərhələsi çərçivəsində 87 milyard kubmetr də daxil olmaqla, “Şahdəniz” yatağından 267 milyard kubmetr təbii qaz və 52,7 milyon ton kondensat hasil edilib. “Şahdəniz” yatağından təkcə keçən il 27,4 milyard kubmetr qaz və 3,8 milyon ton kondensat hasil edilib. Cənub Qaz Dəhlizi enerji mənbələrinin şaxələndirilməsini təmin edərək, Avropanın enerji xəritəsini kökündən dəyişdirib. O, daha çox karbon tutumlu yanacaqlara daha təmiz alternativ təqdim etməklə və enerji sektorunun davam edən transformasiyası zamanı sistem sabitliyinə töhfə verməklə Aİ-nin yaşıl keçid üzrə hədəflərini dəstəkləyərək enerji təhlükəsizliyini daha da möhkəmləndirir”, - deyə SOCAR-ın vitse-prezidentinin müavini vurğulayıb.

TRIPP layihəsinin təkcə ticarət və tranzit üçün deyil, həm də Orta Asiya, Azərbaycan, Türkiyə və Avropa bazarları arasında neft, təbii qaz və elektrik enerjisi axınları üçün imkanları genişləndirəcəyini deyən Vitaliy Bəylərbəyov bununla da bu layihənin mövcud enerji əlaqələrini gücləndirməklə yanaşı, yaşıl enerjinin ötürülməsi və aşağı karbonlu enerji sistemlərinin inteqrasiyası üçün yeni perspektivlər açdığını sözlərinə əlavə edib: “Marşrutların şaxələndirilməsini, sistemin dayanıqlığını və regional qarşılıqlı asılılığı artırmaqla TRIPP layihəsi Orta Dəhlizi daha da inkişaf etdirəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təxliyə davam edir: Gün ərzində 46 vətəndaşın təhlükəsiz keçidi təmin edilib

20:35
08 Mart

Xarici diplomatların təxliyəsi davam edir

19:36
08 Mart

Macarıstanın İrandakı səfiri və səfirlik əməkdaşları təxliyə olunub 

19:09
08 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:41
08 Mart

Almaniya XİN İranın Naxçıvana dron hücumunu kəskin şəkildə pisləyib

18:19
08 Mart

Tom Berendsen Niderland vətəndaşlarının operativ qaydada təxliyəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib

17:55
08 Mart

Nazir Nadejda Neynski İranda qalan Bolqarıstan vətəndaşlarının ölkəmizin ərazisindən keçidinə göstərilən dəstəyə görə təşəkkür edib

17:49
08 Mart

Ceyhun Bayramovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri arasında telefon danışığı olub

17:45
08 Mart

Misli Premyer Liqası: Şamaxıda qalib müəyyənləşməyib

17:15
08 Mart

Livanda 450 mindən çox insan daxili köçkünə çevrilib 

16:47
08 Mart

Türkiyə ordusunun qadın zabitləri Atatürkün xatirəsini yad ediblər

16:39
08 Mart

Azərbaycanın həyata keçirdiyi təxliyə tədbirləri İordaniya mediasında

16:23
08 Mart

Naxçıvanla İğdır arasında sərnişindaşıma üçün xüsusi avtobuslar ayrılıb  

15:57
08 Mart

Türkiyənin müdafiə və xarici işlər nazirləri İran ətrafında vəziyyətlə bağlı parlamentə məlumat verəcəklər

14:09
08 Mart

Pakistan Senatının sədri Azərbaycana dron hücumlarından narahatlığını ifadə edib

13:35
08 Mart

Təxliyə davam edir: Qazaxıstan diplomatları və Rusiya vətəndaşları təxliyə olunub

13:24
08 Mart

Azərbaycan qadınları cəmiyyətin inkişafında mühüm rol oynayırlar

13:23
08 Mart

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qar yağacağı proqnozlaşdırılır

13:07
08 Mart

Azərbaycanın uğurlarında qadınlarımızın böyük rolu var

12:59
08 Mart

İrandan növbəti təxliyə: Alman və ispan diplomatik nümayəndələri Azərbaycana təxliyə olunub

11:07
08 Mart

Azərbaycan qadınları güclü dövlətimizin zərif siması və qüdrətin simvoludur

10:57
08 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!