04 Yanvar 2019 01:06
874
İQTİSADİYYAT
A- A+
Qışın da öz yeri var

Qışın da öz yeri var


Amma gərək ona vaxtında hazırlaşasan


Payız ömrünü başa vurmuş, yurdumuza, elimizə, obamıza qış gəlmişdir. Hər fəslin öz əlamətləri ilə yeri var. O cümlədən, qış da çovğunu, qarı, şaxtası ilə gözəldir. Qış sərt keçəndə, qar çox yağanda məhsul da bol olur. Amma qışın bu xüsusiyyətləri ona daha ciddi hazırlaşmağı tələb edir. Tədbirli olanlar qışın necə gəlib-getdiyini hiss etmirlər. Vaxtında tədbir görməyənlər isə əziyyət çəkir, çətinliklərlə üzləşirlər.

Lənkəranda hələ yay aylarından payız-qış mövsümünə hazırlıq işləri görülmüşdür. Şəhər icra hakimiyyətinin rəhbərliyi ilə aidiyyəti qurumların fəaliyyəti bu məsələyə yönəldilmişdir. Görülən işlərin vəziyyəti həmin idarə, müəssisə, təşkilat rəhbərlərinin iştirakı ilə icra hakimiyyətinin şura iclasında müzakirə edilmiş, ortaya çıxan bir sıra çatışmazlıqların aradan qaldırılması nəzarətə götürülmüşdür.

Məlumdur ki, indi həyatı, məişəti elektrik enerjisi olmadan təsəvvür etmək çətindir. Bu baxımdan qışda davamlı elektrik enerjisi ilə təminat birinci yerdə durur. Lənkəran Elektrik Şəbəkəsi ötən ilin payızından xidmət ərazisində olan bütün hava xətlərinə və yarımstansiyalara baxış keçirmiş, mövcud nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görmüşdür. İstismara yararsız 398 izolyator, 211 elektrik dirəyi yenisi ilə əvəzlənmişdir. Yarımstansiyalarda transformatorlara yağ əlavə edilmiş, 15 min 360 metr naqil əvəz olunmuş, yeni SİP kabelləri çəkilmiş, hava xətləri ağac budaqlarından təmizlənmiş, 50 transformator yarımstansiyasında təmir işləri görülmüşdür.

"Azərişıq” ASC tərəfindən isə Haftoni qəsəbəsində, Şağlaser, Separadi, Şirinsu kəndləri ərazisində 410 dayaq qaldırılmış, 15,6 min metr SİP kabel çəkilmiş, Sərnəkaran yarımstansiyası, həmin yarımstansiyadan Kənarmeşə, Seyidəkəran kəndlərini və Aşağı Nüvədi qəsəbəsini qidalandıran hava xətləri yenilənmiş, 6 yeni elektrik transformator məntəqəsi quraşdırılaraq istifadəyə verilmişdir. Bunlarla yanaşı, yeni Lənkəran II yarımstansiyası da istifadəyə verilmişdir.

Lənkəran Regional Qaz İdarəsi də qış mövsümünə payız aylarından hazırlaşmışdır. Qazpaylayıcı stansiyalarda yenidənqurma işləri aparılmış, şəhərin bir sıra küçələrində, rayonun Digah və Şirinsu kəndlərində 5,6 min p/metr yeni qaz xətti çəkilmiş, müxtəlif ərazilərdə 4 qaztənzimləyici şkaf istismara verilmiş, istismar müddəti bitmiş 768 qaz sayğacı yenilənmişdir. "Azəriqaz” İstehsalat Birliyinin tikinti təşkilatı tərəfindən rayonun Haftoni qəsəbəsində və Xanlıqlı kəndində yeni qaz xəttinin çəkilişi başa çatdırılmış, həmin yaşayış məntəqələrinə "mavi yanacaq” verilmiş, natamam qazlaşdırılmış Lənkəran və Liman şəhərlərinin, eləcə də Separadi, Şirinsu, Şiləvar, Digah, Girdəni kəndlərinin tam şəkildə qazlaşdırılması üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldırılmış, Şovu, Əşlə və Mollakənd kəndlərinə qaz xəttinin çəkilişinə başlanılmışdır.

Mövsümə hazırlıqla əlaqədar sukanal idarəsi tərəfindən də təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Belə ki, Xanbulan-Lənkəran su xəttinin Bürcəli, Xanbulan, Kosalar kəndləri ərazisindəki qəza vəziyyətində olan hissələrinə, habelə şəhərin müxtəlif yaşayış binalarına xidmət göstərən su və kanalizasiya nasos stansiyalarının elektrik avadanlıqlarında təmir işləri aparılmış, bir sıra çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki kanalizasiya xətlərində nasazlıqlar aradan qaldırılmışdır. "Azərsu” ASC tərəfindən rayona ezam olunmuş xüsusi təyinatlı avtomaşınla şəhərin magistral kanalizasiya xətləri yuyularaq təmizlənmiş, sıradan çıxmış 15 lük yenisi ilə əvəz olunmuş, qış aylarında su sayğaclarının şaxtadan qorunması üçün qabaqlayıcı tədbirlər görülmüşdür. Burada da idarənin balansında olan maşın-mexanizmlər əsaslı təmir olunaraq qış mövsümü üçün işlək vəziyyətə gətirilmişdir. Lənkəran şəhərinə bitişik Sütəmürdov, Vələdi, Şiləvar, Digah kəndlərinə su da çəkilməkdədir.

İstilik sistemləri istismarı sahəsi tərəfindən qazanxanaların istilik xətləri, qaz boruları və digər avadanlıqları təmir edilmişdir. Rayondakı 48 nömrəli "Yol İstismarı” MMC tərəfindən mövsümə hazırlıqla əlaqədar idarənin balansında olan avtomobil yollarında çalalara asfalt-beton çəkilmiş, çınqıl örtüklü yollarda yeniləşdirmə-hamarlama işləri aparılmış, suötürücü borular, küvetlər lildən təmizlənmiş, körpü məhəccərləri rənglənmiş, sıradan çıxan yol kənarları yenilənmişdir. Rayonun ucqar dağ kəndlərinə gedən avtomobil yollarına şəhər icra hakimiyyətinin yaxından köməyi ilə qum-çınqıl materialı tökülərək ağır texnikalar vasitəsilə genişləndirmə və hamarlama işləri görülmüş, 22 kilometrlik Hirkan-Daşdatük-Biləsər kəndlərarası avtomobil yolu yenidən qurulmuşdur.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında və onun tabeliyində olan tibb müəssisələrində, Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin obyektlərində təmir işləri başa çatdırılmış, onlar odun yanacağı ilə təmin edilmişlər. Telekommunikasiya Qovşağında, "Lənkəran-Sərnişin” ASC-də, Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsində, Lənkəran Neft Terminalı Bazasında aidiyyəti üzrə zəruri tədbirlər görülmüş, mövcud maşın-mexanizmlər, avadanlıqlar saz vəziyyətə gətirilmişdir.

Seyran CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!