18 Fevral 2024 10:30
997
SİYASƏT
A- A+
"Qisas" əməliyyatı ermənilərə və onların havadarlarına tutarlı cavabdır

"Qisas" əməliyyatı ermənilərə və onların havadarlarına tutarlı cavabdır

 

Ermənilərin Zəngilan rayonu istiqamətində  törətdikləri təxribata cavab olaraq Dövlət Sərhəd Xidmətinin keçirdiyi "Qisas" əməliyyatı Ermənistan üçün ağır nəticələndi. Bir hərbi qulluqçumuzun yaralanmasına qarşı 4 erməni hərbçi məhv edildi, biri yaralandı. Uğurlu əməliyyat nəticəsində Ermənistan ordusunun postu darmadağın edildi. Azərbaycan Silahlı Qüvvələri isə güclü, qüdrətli və məğlubedilməz olduğunu  bütün dünyaya göstərdi. 
Görünür ki, ermənilər "dəmir yumruğ"u unutmuşdular. Uğurla başa çatan  "Qisas" əməliyyatı zamanı ağır itki verən düşmən 2020-ci ildəki "dəmir yumruğ"un zərbəsini bir daha daddı. Ermənistan çox gözəl bilirdi ki,  cəbhədə təxribat törətsə, Azərbaycandan layiqli cavabını alacaq. Bilə-bilə də belə bir təxribat törətdi. Elə ilk addımlardan hiss olundu ki, təxribatın arxasında insan amili deyil, siyasi maraqlar dayanır. Əsas məqsəd dünyada nüfuzu daim artan Azərbaycan haqqında mənfi rəy yaratmaqdır. Yəni İrəvan üçün maraqlı olan nə qədər itki verməsi deyil, baş verən təxribatdan ölkəmiz əleyhinə necə istifadə etməsidir. Odur ki, cəbhədə törətdiyi hərbi təxribatı tez bir zamanda ölkəmiz əleyhinə siyasi təxribata çevirməyə çalışdı. Təxribat törədilən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tələm-tələsik özünü Brüsselə, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin rəhbəri C.Borelin yanına çatdırdı. Amma erməni nazir nə qədər dəridən-qabıqdan çıxsa da, cəbhədə törətdikləri hərbi təxribatı Azərbaycana qarşı siyasi təxribata çevirə bilmədi. Çünki Fransadan başqa dünya birliyi erməni yalanlarından bezib, artıq onlara inanmır.
Ermənilərin bu təxribatdan ölkəmizə "qarayaxma" kampaniyası aparacağı Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasından da hiss olundu. Rəsmi İrəvan açıqlamada Azərbaycanı "danışıqları pozmaqda", "sərhəddə eskalasiya yaratmaqda" ittiham etməyə başladı. Ermənistanın bu iddiaları bölgədə heç nəyi dəyişdirməsə də, hiss olunurdu ki, Avropa strukturları "Qisas" əməliyyatını "Azərbaycanın hücumu" olaraq göstərməyə və bundan Bakıya qarşı təzyiq kimi istifadə etməyə cəhd edir. Məhz buna görə Ermənistan məsuliyyətdən yayınmaq üçün Bakının "Qisas" əməliyyatına səbəb olan snayper atəşinin onun iradəsindən kənarda baş verdiyini bildirdi. Gülünc doğuran odur ki, Ermənistan Xarici İşlər Nazirliyi hərbçilərinin günahını təsdiqləməkdənsə, ölkəmizə qarşı şər-böhtanlar yağdırmağa başladı. Belə yerdə ataların: "Utanmasan oynamağa nə var ki!" misalı yada düşür. Amma bu misalın ermənilərə heç bir aidiyyəti yoxdur. Çünki onlarda nə utanan sifət, nə də abır-həya var. Əgər bu insani keyfiyyətlər ermənilərdə olsaydı, nə təxribat törədər, nə də belə sərsəm-sərsəm danışardılar.
Azərbaycanın fevralın 13-də keçirdiyi "Qisas" əməliyyatı ətrafında baş verən hadisələr bir daha onu göstərir ki, Ermənistanı Azərbaycana qarşı təxribat törətməyə sövq edən qara qüvvələr mövcuddur. Belə ki, Ermənistan Müdafiə Nazirliyi bu ərəfədə özünün hərbi arsenalını şaxələndirməyə nail olduğu, 8 ölkədən müasir silahlar almaqla bağlı razılaşmalar əldə etdiyi barədə məlumat yayıb. Rəsmi İrəvan son aylar ərzində təkcə hərbi-texniki yardımla deyil, həm də siyasi dəstəklə himayə olunur. Bu da onu Azərbaycana qarşı təxribatlar törətməyə həvəsləndirir. 44 günlük Vətən müharibəsindəki acı məğlubiyyətini unudur. Özünü güclü hiss etməyə başlayır. Ona görə də əvvəlki işğalçılıq xəyalları ilə yaşaya-yaşaya cəbhədə təxribat törədir. Ertəsi gün isə Azərbaycandan sarsıdıcı zərbə alır. Görünür, məğlub ölkə olduğunu belə uğurla həyata keçirilən "Qisas" əməliyyatları ilə tez-tez Ermənistanın yadına salmaq lazımdır. Yəqin ki, Azərbaycandan aldığı sarsıdıcı zərbə ermənilərə də, onların havadarlarına da yaxşıca dərs olacaq. Ermənistan bir daha görəcək ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə, ondan sonrakı uğurla həyata keçirilən əməliyyatlarda onun hərbi arsenalının əksər hissəsini məhv edən Azərbaycan Ordusu ötən 4 ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında özünün hərbi imkanlarını artırıb, daha güclü, daha qüdrətli olub.
Ermənilər təxribat törətdikləri gün - 12 fevral 2024-cü ildə Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılıb. Həmin missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu qeyd edilib. Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən "binokl diplomatiyası"nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb. 
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinqdə bildirib ki, Azərbaycan-Ermənistan sərhədində hərbi toqquşmalar barədə məlumatlardan narahatdırlar. Gücdən istifadə danışıqlara xələl gətirir. Davamlı sülhə aparan yeganə yol danışıqlar masası arxasındadır. Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç də Azərbaycan və Ermənistan sərhədində baş vermiş atışmadan narahat olduğunu bildirərək tərəfləri güc tətbiqindən çəkinməyə çağırıb. Bildirib ki, dialoq davamlı sülhün yeganə yoludur. Amma bu məlumatlardan təəssüf doğuran odur ki, hadisəyə münasibət bildirənlər yenə də erməni təxribatını pisləmirlər. Yalnız ümumi sözlərlə kifayətlənir, təxribatçı Ermənistanın əleyhinə bir söz demirlər.  Zərərçəkənlə zərərvuranı tərəzinin eyni gözünə qoyurlar. Elə buna görə də həqiqəti görə bilmirlər.
Dövlət Sərhəd Xidmətinin bölmələrinin Ermənistan silahlı qüvvələrinin fevralın 12-də törətdikləri təxribata cavab olaraq keçirdiyi "Qisas" əməliyyatı təkcə işğalçılıq niyyətindən əl çəkməyən Ermənistana deyil, həm də onun arxasında dayanan qara qüvvələrə çox tutarlı cavab oldu. Bu cür qətiyyətli addımı ilə Azərbaycan bütün dünyaya göstərdi ki, şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönəldilən bütün təxribatlara layiqli cavab veriləcək. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!