01 Noyabr 2024 08:55
2162
Elm və texnika
A- A+
Qış vaxtına keçək, yoxsa yayda qalaq?

Qış vaxtına keçək, yoxsa yayda qalaq?


Hər il oktyabrın və martın son bazar günü bəzi ölkələrdə saatların əqrəbi bir saat irəli və ya geri çəkilir. Bu siyahıda əvvəllər bütün ölkələrin adları olsa da, zaman içərisində onların əksəriyyəti bu və ya digər səbəblərdən yay və qış saat keçidindən imtina etdilər.

Saat əqrəblərinin mövsümi olaraq irəli və geri çəkilməsinin ideoloji ilhamvericisinin Benjamin Franklin olduğu bildirilir. O, Günəşin yüksəkdə olduğunu və insanların daha bir saat işləyə biləcəyini qeyd edərək, saatın əqrəbinin irəli və geri çəkilməsinə ehtiyac yarandığını bildirmişdi. 1916-cı il aprelin 30-da əqrəblər bir saat irəli, 1916-cı il oktyabrın 1-də isə bir saat geri çəkilmişdir.

Saatın əqrəbləri ilk dəfə Birinci Dünya müharibəsi zamanı Almaniyada çəkilib. 1918-ci il martın 9-da ABŞ Konqresi elektrik enerjisi istehsal etmək üçün istifadə olunan yanacağa qənaət etmək məqsədilə yay vaxtından istifadəni tətbiq edib. 

Hazırda dünyanın təxminən 160-dan çox ölkəsində yay və qış vaxtına keçid tətbiq edilmir. Azərbaycan da uzun illərdir bu ölkələr sırasındadır. Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 nömrəli qərarı ilə saat əqrəbinin irəli-geri çəkilməsi dayandırılıb, yəni ölkəmiz qış rejimində qalıb.


Avropada insanlar saat əqrəblərinin dəyişdirilməsinə qarşı çıxırlar


Avropa hələ ki, payız və yaz aylarında saat əqrəblərinin dəyişdirilməsi ənənəsini qoruyur. Lakin insanlar onun ləğvini tələb edirlər. Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə payızdan yaza və geriyə vaxt dəyişikliyini ləğv etmək vədini yerinə yetirmək tələbi göndəriblər.

"Araşdırmalar göstərir ki, vaxtın dəyişdirilməsi yuxu rejiminə mənfi təsir göstərir, infarkt və insult riskini artırır, yol qəzalarının sayının artmasına səbəb olur", - 60 deputatın məktubunda deyilir.

2018-ci ildə aparılan sorğu Avropa İttifaqı vətəndaşlarının 84 faizinin vaxtı dəyişməkdən yorulduğunu göstərib. Nəticədə Avropa Parlamenti onun ləğvinin lehinə səs verib və Aİ-nin ozamankı rəhbəri Jan-Klod Yunker bu qərarı həyata keçirəcəyinə söz verib. 2019-cu ildə Ursula fon der Lyayen Yunkerin yerinə keçib, onun vədini isə miras alıb.

Beynəlxalq araşdırmalar göstərir ki, saatların irəli-geri çəkilməsi heç də bütün ərazilərdə fayda vermir. Tropik və ekvatorial en dairələrində gündüzün uzunluğu il ərzində demək olar ki, dəyişmir. Qütblərdə, ona yaxın ərazilərdə uzun gecə və ya gündüzlər də bu addımı səmərəsiz edir.

Saatların irəli-geri çəkilməsi bəzi insanlara psixoloji, fizioloji və bioloji təsir edir. Belə ki, xüsusilə meteohəssas insanlar özlərini təxminən 10 gün narahat hiss edirlər. Onların birdən-birə bioloji saatları dəyişir. Yəni həmişə saat 8-də yuxudan durmağa öyrəşmiş, yaxud axşam 10-da yatmağa öyrəşmiş insan rejimini bir saat önə və yaxud da geri çəkmək məcburiyyətində qalır. Təbii ki, insanın potensial imkanları geniş olduğundan tədricən buna da öyrəşir.


Payız və yaz saat rejiminə keçid şimal ölkələri üçün uyğundur


Mütəxəssislər payız və ya yaz saatının daimi tətbiqinin mənfi tərəflərinin daha çox olduğunu bildirirlər. Ankara Universitetinin Tibb fakültəsinin alimləri yay saatının daimi tətbiqinin bioloji ritmi pozduğunu və bunun da hüceyrədəki DNT təmir mexanizmini zədələdiyini irəli sürüblər. Əgər DNT özünü bərpa edə bilmirsə, hüceyrə xərçəng hüceyrəsinə çevrilir. Onların fikrincə, Türkiyədə xərçəng xəstəliklərinin artmasının ən başlıca səbəblərindən biri də məhz yay vaxtının qalıcı olmasıdır. Beş-altı il öncə Türkiyədə 160 min xərçəng xəstəsi var idisə, indi 250 minə yaxındır.

Əslində, payız və yaz saat rejiminə keçidin ləğvinin əsas məqsədi elektrik enerjisinə qənaət idi. 2016-2017-ci illərdə həyata keçirilən ilk tətbiqdən sonra başda Türkiyənin Elektrik Mühəndisləri Palatası istehlak məlumatlarını araşdıraraq, təhlillər apararaq elektrik enerjisi istehlakında qənaət edilmədiyini ortaya çıxarıb. Qurum müraciətin ilk ilində elektrik enerjisi istehlakında əvvəlki ilin eyni aylarına nisbətən 7 milyard kilovat-saat artım olduğunu və bu artımın yalnız iqtisadi artım rəqəmləri ilə izah edilə bilməyəcəyini açıqlayıb. Məlum olub ki, ölkədə qış vaxtından imtina nəinki elektrik istifadəsinə qənaət etmədi, əksinə, istehlakın artmasına səbəb oldu.

Əslində, saatların irəli-geri çəkilməsində böyük problem olmadığı kimi, ciddi ehtiyac da yoxdur. Saat dəyişimi daha çox şimal ölkələrinə hansısa təsir göstərə bilər. O ölkələrdə açıq, işıqlı hava az olduğundan, saat dəyişimi nəticəsində daha çox günəş işığı görülür. Bütün bunlar nəzərə alınaraq demək olar ki, payız və yaz saatına keçidin ölkəmizin yerləşdiyi saat qurşağı səbəbindən ciddi əhəmiyyət kəsb etmir. Bizim üçün müsbət olmadığı kimi, mənfi tərəfi də yoxdur.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XİN: Blinkenin qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik

23:30
11 Dekabr

Qərbi Azərbaycana həsr olunmuş silsilə markaların təqdimat mərasimi keçirilib  

23:27
11 Dekabr

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

21:18
11 Dekabr

Baş nazir Əli Əsədov Moskvada işgüzar səfərdədir

21:16
11 Dekabr

Bakıda keçiriləcək Nazirlər Konfransının təşkili məsələsi BMqT-nin nümayəndəsi ilə müzakirə edilib  

19:51
11 Dekabr

Həftəsonu Geminid meteor selinin piki olacaq

19:48
11 Dekabr

Daxili Qoşunların Hərbi İnstitutunda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

19:48
11 Dekabr

Dekabrın 14-də Bakıda sulu qar yağacaq

18:19
11 Dekabr

BMT: 2020-ci ildən bəri dünyada insan alveri qurbanlarının sayı 43% artıb  

17:54
11 Dekabr

Londonda fermerlərin etiraz aksiyası 

17:53
11 Dekabr

Olimpiya mükafatçımız ilin ən yaxşıları arasında

17:53
11 Dekabr

Olimpiya çempionu dünya rekordunu yeniləyib

17:52
11 Dekabr

Güləş məşqçilərinin ümumrespublika seminarı başa çatıb

17:50
11 Dekabr

Moldovada enerji sektorunda fövqəladə vəziyyət tətbiq olunacaq

17:49
11 Dekabr

Suriyada PKK/YPG terrorçuları TRT jurnalistlərinə hücum edib

17:48
11 Dekabr

“Sora” istifadəyə verilib

17:46
11 Dekabr

Yeni insan növünə aid kəllə sümüyü tapılıb

17:46
11 Dekabr

Yol qəzalarının qarşısının alınmasına həsr olunmuş beynəlxalq iclas keçirilib  

17:38
11 Dekabr

Kənd təsərrüfatı nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

17:35
11 Dekabr

Baş Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib  

17:34
11 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib

17:33
11 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!