24 Yanvar 2024 10:15
857
İQTİSADİYYAT
A- A+
Qış turizmi: imkanımız malik olduğumuzdan çoxdur

Qış turizmi: imkanımız malik olduğumuzdan çoxdur

 

Yay mövsümündən sonra növbə qış turizminindir. Bu  fəsildə də tətilə çıxıb istirahət etmək, qarlı havanın dadını çıxarmaq  istəyənlər az olmur. Son illərə qədər imkan və vaxt baxımından fərqlənənlər qış aylarında daha çox xarici ölkələrə üz tuturdular. Amma müşahidələr göstərir ki, daxili qış turizminin inkişafı xaricə gedənlərin sayında  bir qədər azalmaya səbəb olub.
Dünyada qış turizmi ilə məşhur olan məskənlər çoxdur və onlar öz ölkələrinin iqtisadiyyatında kifayət çəkiyə malikdirlər. ABŞ-nin Çikaqo şəhəri, Yellouston Milli Parkı, Estoniyanın Tallin, Belçikanın Brügge, Çexiyanın Praqa şəhərləri,  Finlandiyada Laplandiya, Avstriyada Halştad, Sloveniyada Bled gölü, İsveçrədə Alp dağları, qardaş Türkiyənin Uludağ, Palandöken, Kartepe, Kartalkaya, Sarıkamış, Erciyes, Davras bölgələri qış turizminin döyünən ürəyi sayılır. Deyilən bu ərazilərdə hokkey, konkisürmə, buzda balıq ovu, qarda atsürmə, xizəksürmə, qış festivalları və digər qış turizm əyləncələrindən ləzzət almaq mümkündür. 
Azərbaycanda turizmin inkişafı 2011-ci ildən başlayıb. Məhz həmin ildən başlayaraq ölkədə yay və qış turizmi üçün müasir infrastruktur yaradılıb. Xüsusilə hotelçilik və turizm biznesinə sərmayə qoyuluşu  bu sektorda irəliləyişə səbəb olub. Dünyanın ən məşhur  hotel brendləri də Azərbaycana maraq göstəriblər. İndi əsasən paytaxtda  həmin brendlər adı altında fəaliyyət göstərən hotellərin sayı kifayət qədərdir. Bu sahədə tədbirlər indi də davam edir. Çünki bütövlükdə turizm qeyri-neft sektorunun inkişafında əsas sahələrdən biri sayılır. 
Ölkəmizdə qış turizm mövsümünə  əsasən dekabrın 1-dən başlanılır. Turistlər  qış aylarında da Quba, Qusar, Qəbələ, Şamaxı, İsmayıllı, Şəki, Lerik, Lənkəran rayonlarında dincəlməyə üstünlük verirlər. Bu rayonlarda yerləşən 3 və 4 ulduzlu, həmçinin ulduz kateqoriyası olmayan kottec tipli hotellər fəaliyyət göstərirlər. 
Hazırda ölkəmizdə 3 əsas qış turizm mərkəzi - "Şahdağ" Turizm Mərkəzi, "Tufandağ" Qış-Yay Turizm Kompleksi və Naxçıvan Muxtar Respublikasında yerləşən "Ağbulaq" İstirahət Mərkəzi var. Peşəkar  xizəkçilərin çoxuna  "Şahdağ" Qış-Yay Turizm Kompleksi cəlbedici görünür. Qeyd edək ki, bu kompleks istifadəyə verildikdən sonra ölkəmizdə qış turizminə böyük maraq yaranıb. Şəhər mühitindən uzaqlaşmaq istəyənlər üçün "Şahdağ" mükəmməl qış istirahət zonasıdır. Şəraitlə əlaqədar burada süni qar yağdıran qurğular işə salınır. Süni qar xizəklə sürüşməyə tam şərait yaradır. Xizək sürməyə marağı olmayan turistlər üçün isə digər əyləncələr - motorlu xizək, asma kanat, snoubord, dağ yolları ilə turlar, velosiped gəzintisi, yamac paraşütçülüyü təklif olunur. 
Bənzərsiz  gözəlliyi ilə seçilən yerlərdən biri də "Tufandağ" Dağ-Xizək Kompleksidir. Xüsusi hazırlanmış 15 kilometrlik yamaclar snoubordinq və xizəklə sürüşmək üçün əla məkandır. İlk dəfə xizək sürənlər üçün istirahət kompleksinin xizəksürmə məktəbi də fəaliyyət göstərir. Xizək həyəcanından söz düşəndə  Naxçıvandakı "Ağbulaq" İstirahət Mərkəzi haqqında söz deməsək  fikrimiz yarımçıq qalmış olar. Şahbuz dağlarının qoynunda yerləşən bu mərkəz qış aylarında dağ-xizək, yay aylarında isə dağ turizmini seçənlərə xidmət göstərir. Kəndin gözəl təbiəti, səfalı yerləri insanları qış aylarında da bura cəlb edir.  Mərkəzdə uzunluğu 1580, eni 18-30 metr olan dağ-xizək sahəsi turistlərin xidmətində durur.
Son günlər yağan qar  insanların ağ təbiətin seyrinə çıxmaq marağını bir qədər də artırdı, xüsusən şimal istiqaməti üzrə turist axınına səbəb oldu. Onların arasında xarici qonaqlar da var idi. Dövlət Turizm Agentliyinin (DTA) məlumatına görə, təkcə 2023-cü ilin dekabr ayında  Azərbaycana 192 min 869 əcnəbi vətəndaş səfər edib ki, bu da 2022-ci ilin göstəricisindən (143 min 814) 34,11 faiz çoxdur. Onlar Rusiya (47 min 347 nəfər), Türkiyə (36 min 372 nəfər), Hindistan (17 min 524 nəfər), İran (17 min 526 nəfər), Birləşmiş Ərəb Əmirlikləri (11 min 374 nəfər), Gürcüstan (10 min 781 nəfər), Pakistan (6009 nəfər), Qazaxıstan (4823 nəfər), Özbəkistan (4441 nəfər) və Səudiyyə Ərəbistanı vətəndaşları (4174 nəfər) olublar. 
Qış mövsümünün möcüzələri təkcə şimal regionunda  və Naxşıvanda deyil, işğaldan azad edilmiş ərazilərdə də var. Bu gün  Qarabağ və Şərqi Zəngəzurda aparılan  bərpa-quruculuq işlərinin sürəti ondan xəbər verir ki, yaxın illər bu regionda həm də turizm sahəsi inkişaf edəcək. Laçında, Kəlbəcərdə qış turizmi üçün kəşf edilməmiş, insan ayağı dəyməyən cəlbedici məkanlar var. Məlumdur ki, DTA-nın əsas hədəfi ölkəyə daha çox əcnəbi turist cəlb edilməsinə nail olmaqdır.  Bu baxımdan yay turizmi üçün Qarabağın, qış turizmi üçün Şərqi Zəngəzurun turizm potensialı böyükdür. Ümumiyyətlə, bu yerlərin relyefi, təbiəti, tarixi abidələri onu deməyə əsas verir ki, gələcəkdə region hətta dünyanın turizm bölgələrindən birinə çevriləcək. İki hava limanı və tikilməkdə olan üçüncü aeroport həm də məhz buna xidmət edir. 
Dünya Turizm Təşkilatının hesablamalarına görə, dünyada turist gəzintisinə  çıxmaq istəyənlərin 35 faizə qədəri qış turizminə üstünlük verirlər, baxmayaraq ki, bu, dünyada ən bahalı turizm növüdür. Buna baxmayaraq, yaxın qonşularımız Gürcüstan və Türkiyə qış turizminin inkişafı sahəsində böyük irəliləyişlər əldə ediblər. Etiraf edək ki, Azərbaycanın da bu sahədə potensialı az deyil. Sadəcə, qalır həmin potensialdan səmərəli istifadə edərək ölkəmizin bu sahədə indiki 71-ci pillədən layiq olduğu yerə qalxması üçün tədbirlər görmək.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiya silah ixracı qaydalarını yumşaldıb  

18:42
21 Aprel

Dövlət Su Ehtiyatları Agentliyi Kür və bəzi dağ çaylarında son vəziyyəti açıqlayıb

18:31
21 Aprel

Asiya İnkişaf Bankı Azərbaycanda ticarət və “Yaşıl inkişaf “ layihəsini nəzərdən keçirir

18:31
21 Aprel

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib  

18:30
21 Aprel

Respublika üzrə aprel ayının pensiya ödənişləri yekunlaşdırılıb

18:29
21 Aprel

Bahar Muradova: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür  

18:28
21 Aprel

Qazaxıstanlı ekspert: Azərbaycan Orta Dəhlizdə ən məsuliyyətli mövqedə yerləşir  

18:27
21 Aprel

Azərbaycan rəssamı Aida Mahmudovanın əsərləri İtaliyada nümayiş olunur  

18:26
21 Aprel

Böyük Britaniyada elektrik qiymətlərini sabitləşdirmək üçün yeni plan hazırlanıb

18:24
21 Aprel

Türkiyə atom energetikasının astanasında

18:23
21 Aprel

İspaniya ilə iqtisadi tərəfdaşlıq genişləndirilir

18:21
21 Aprel

Naxçıvanda gənclərin “Hədəf-2026” təlimi reallaşıb 

18:20
21 Aprel

Tramp İranla atəşkəsi uzatmaq istəmədiyini bildirib

18:18
21 Aprel

General Den Keyn: İrana qarşı böyük döyüş əməliyyatlarını hər an bərpa etməyə hazırıq  

18:16
21 Aprel

Leyla Əliyevanın təşəbbüsü ilə icra edilən “Gənc arıçı” layihəsinin növbəti ünvanı Yevlax olacaq  

18:15
21 Aprel

Xarici səyahətlər: Azərbaycan vətəndaşlarının 2026-cı ilin ilk rübündə getdiyi ölkələr və nəqliyyat vasitələri  

18:13
21 Aprel

London metrosunda işçilər tətilə hazırlaşır

18:06
21 Aprel

Yaxın Şərqdən gələn enerji Çin üçün vacibdir

17:57
21 Aprel

Türkiyə təhsil nümayəndə heyəti Sumqayıt Sənaye Parkında iqtisadi əməkdaşlıq perspektivlərini öyrənib  

17:46
21 Aprel

Qadın sahibkarlar üçün maliyyə təlimi: “Bank of Baku”dan dayanıqlı biznesin inkişafına dəstək

17:33
21 Aprel

700 dərəcə istiliyinə davam gətirə bilən çip hazırlanıb

17:26
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!