19 Dekabr 2024 08:35
371
İQTİSADİYYAT
A- A+
Qeyri-neft sənaye məhsulları: istehsal da, çeşid də, ixrac da artır 

Qeyri-neft sənaye məhsulları: istehsal da, çeşid də, ixrac da artır 


Artıq neçə ildir ölkəmizdə qeyri-neft sənayesinin inkişafında sənaye zonaları əhəmiyyətli rol oynayır. Bu zonalarda sahibkarlar tərəfindən ən son texnologiyalardan istifadə olunması istehsal edilən məhsulların xarici bazara çıxarılmasına da imkan verir. Son dövrlər ölkə üzrə qeyri-neft-qaz məhsullarının ixracının artması da bununla bağlıdır. 

Məlumdur ki, hər bir sahənin inkişafı investisiya qoyuluşu tələb edir. Ona görə də dövlət qeyri-neft-qaz sənayesində çalışan sahibkarlara hər cür dəstək verir, o cümlədən onlara güzəştli kreditlərin əldə edilməsində yardımçı olur. Bundan əlavə, sənaye parkları və məhəllələrində fəaliyyət göstərən yerli və xarici sahibkarlar bir çox vergi və rüsumlardan azaddırlar, üstəlik, onlar əlavə güzəştlərdən də yararlanırlar. 

Cari ildə də sənaye zonalarında məhsul istehsalı və ixracı artıb. Belə hal ölkəmiz üçün iki mühüm amilə görə əhəmiyyətlidir. Birincisi, yerli sənaye məhsullarının istehsalı idxalı azaldır, deməli, həm də ölkədən valyuta axınının qarşısını alır. İkincisi, yerli sənaye məhsullarının ixracının artması ölkəyə əlavə valyuta gəlməsini təmin edir. Hər iki hal ölkənin maliyyə dayaqlarının möhkəmlənməsində mühüm şərtdir.

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti "Gedik Kaynak" MMC tərəfindən ilk dəfə olaraq İraqa elektrod ixrac edilib. İlkin mərhələdə həmin ölkəyə 150 ton məhsul göndərilib. Bu həm də Azərbaycanın elektrod istehsalı sahəsində ilk məhsul ixracı hadisəsidir. Qeyd edək ki, "Gedik Kaynak" MMC 2021-ci ildə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində 2 növdə olmaqla 8 ölçüdə elektrod istehsal olunur.

Masallı Sənaye Məhəlləsində investisiya kapitalı 6,2 milyon manat olan 8 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən indiyədək görülmüş işlərə 2,1 milyon manat investisiya yatırılıb, 70 iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye məhəlləsinə əlavə olaraq 4,1 milyon manat investisiyanın yatırılması yeni 159 iş yerinin açılmasına imkan verəcək. Masallı Sənaye Məhəlləsində indiyədək 14,2 milyon manatlıq məhsul istehsal edilib.

Cari ildə də bu sənaye məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə olunur. Belə ki, əgər keçən ilin 9 ayında məhəllədə 1,9 milyon manatlıq məhsul istehsal edilmişdirsə, cari ilin müvafiq dövründə bu rəqəm 2,2 milyon manata çatıb. İstehsal olunan məhsullar əsasən daxili bazarın tələbatının ödənilməsinə yönəldilib.

Ağdam Sənaye Parkında isə ilk dəfə məhsul ixracına başlanılıb. Dövlət dəstəyi ilə yaradılan sənaye parkının rezidenti "Mister Decor" MMC Gürcüstana divar kağızları ixrac edib. Hazırda şirkət tərəfindən digər ölkələrə də məhsul ixracı ilə bağlı danışıqlar aparılır.

 Qeyd edək ki, Ağdam Sənaye Parkında ümumi investisiyanın həcmi 260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlıq subyektləri tərəfindən sənaye parkında ümumilikdə 2300-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək parkda görülmüş işlərə sahibkarlar tərəfindən 92 milyon manatdan çox investisiya yatırılıb, 370-dən artıq daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir.

Sumqayıt Kimya Sənaye Parkının rezidenti "ALCO" MMC-nin də  məhsul istehsalı və ixracında müsbət dinamika müşahidə edilir. Belə ki, ötən ilin 9 ayında zavodda 83 milyon manatlığa yaxın məhsul istehsal edilmişdirsə, cari ilin həmin dövründə bu rəqəm 27 faiz çox, yəni 105,5 milyon manat olmuşdur. Ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin 9 ayında ixrac təqribən 26 faiz artmışdır. Zavodda istehsal edilən məhsullar "Made in Azerbaijan" brendi ilə dünyanın 40-dan çox ölkəsinə ixrac edilir. Ümumiyyətlə, "ALCO" MMC tərəfindən istehsal edilən məhsulların 90 faizdən çoxu ixrac olunur.

Sumqayıt Kimya Sənaye Parkının rezidenti yeni məhsul istehsalına da başlayıb.  "Azərbaycan Vanhong Ceramics Co." MMC sürtkü yağları və mayelərin, kimyəvi qatqıların istehsalı ilə məşğul olur. Müəssisə tərəfindən hazırlanan təzə məhsullar isə ölkəmizdə yeni olması ilə seçilir. Zavodda ilk dəfə istehsal edilən qəlibli keramik plitələrdən əsasən evlərin fasadlarında istifadə edilir.

Çin kapitallı "Azərbaycan Vanhong Ceramics Co." MMC keçən ilin oktyabr ayında fəaliyyətə başlayıb. İndiyədək müəssisədə 60 milyon manatlıqdan çox məhsul satışı həyata keçirilib ki, onun da 1,85 milyon manatlığı Rusiya, Belarus, Gürcüstan, Özbəkistan və Qazaxıstana ixrac olunub. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın tanınmış güləş hakimi karyerasını başa vurub

21:11
24 Dekabr

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

20:57
24 Dekabr

Rusiyanın Rostov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Slyusardan  

20:51
24 Dekabr

“Texnologiya və innovasiyalar” işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının layihəsi müzakirə olunub  

20:41
24 Dekabr

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən

20:36
24 Dekabr

Britaniyanın Müdafiə Nazirliyi: 10 mindən çox hərbçi döyüşə yararsızdır

20:31
24 Dekabr

Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub  

20:27
24 Dekabr

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq Storçevoydan

20:17
24 Dekabr

Türkiyənin dövlət rəsmiləri Balıkesirdə meydana gələn partlayışla bağlı açıqlama veriblər  

20:07
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

20:02
24 Dekabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

19:52
24 Dekabr

Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelidən

19:51
24 Dekabr

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

19:46
24 Dekabr

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevdən

19:42
24 Dekabr

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

19:41
24 Dekabr

Avropa Parlamentinin üzvü Tierri Marianidən

19:32
24 Dekabr

Niderland Krallığı Senatının sabiq sədri Rene Van der Lindendən

19:12
24 Dekabr

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandan  

19:03
24 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçdən  

18:57
24 Dekabr

Respublika üzrə dekabr ayının pensiya ödənişi yekunlaşıb

18:49
24 Dekabr

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Pyotr Qlıboçkodan  

18:22
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!