21 Aprel 2026 09:00
183
İQTİSADİYYAT
A- A+
Qeyri-neft sektorunun inkişafı sayəsində ölkə iqtisadiyyatının rəqabətə davamlığı artır

Qeyri-neft sektorunun inkişafı sayəsində ölkə iqtisadiyyatının rəqabətə davamlığı artır


Azərbaycan dünyada neft-qaz ölkəsi kimi ad-san qazanmaqla yanaşı, iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirmək üçün də böyük potensiala malikdir. Ölkədə qeyri-neft sektorunun inkişafı bir sıra zəruri şərtlərdən irəli gəlir. Bunlar dövlət büdcəsinə daxilolmaların tarazlaşdırılması, regionların inkişaf etdirilməsi, ixrac sektorunun formalaşdırılması və digər şərtlərdir. 

Son illər respublikada qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu sektorun potensial imkanları genişlənmiş, yeni istehsal sahələri yaradılmış, idxalı əvəz edən məhsulların yerli istehsalı hesabına qeyri-neft məhsulları ilə təminolunma səviyyəsi yüksəlmiş, ixrac qabiliyyəti artmışdır.

Qeyri-neft sektorunun inkişafını daha da sürətləndirmək üçün bu sahəyə birbaşa xarici investisiyalar cəlb etməklə daxili istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi və yerli məhsullarla özünü təminetmə səviyyəsinin daha da yüksəldilməsi, qeyri-neft sektorunun ixrac imkanlarının artırılması - bunlar Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində strateji məqsədlər kimi müəyyən edilmişdir. 

Göründüyü kimi, dövlətimiz hələ xeyli əvvəl təbii resurslardan istifadə edərək iqtisadiyyatı şaxələndirməyi, neftdən asılılığı minimuma endirməyi qarşıya prioritet kimi qoymuşdur. Bunun nəticəsidir ki, indi qeyri-neft sektorunun kənd təsərrüfatı, turizm, nəqliyyat, İTK, tikinti sektorlarında nəzərəçarpan nailiyyətlər əldə olunur. 

Deyilənlərə misal olaraq cari ilin əvvəlindən qeyri-neft sektorunun bir neçə sahəsində görülən işləri, qazanılan nailiyyətləri Dövlət Statistika Komitəsinin təqdim etdiyi fakt və rəqəmlərlə çatdıraq. Əvvəla qeyd edək ki, bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər istehsalı 1,2 faiz azalmış, qeyri-neft-qaz sektorunda 0,2 faiz artmışdır. 

Qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd təsərrüfatında ümumi məhsul real ifadədə keçən ilin yanvar-mart ayları ilə müqayisədə 1,1, o cümlədən heyvandarlıqda 0,9, bitkiçilikdə 5,5 faiz artım əldə edilmişdir. Aprelin 1-nə kimi 119,2 min hektar sahədə yazlıq bitkilər əkilmişdir. İlin birinci rübü ərzində heyvandarlıqda quş əti də daxil olmaqla ət istehsalı 1,8 faiz artmışdır. 

Ölkənin nəqliyyat sektorunda da işlər ahəngdar gedir. Üç ayda 56,6 milyon ton və ya keçən ilin birinci rübünə nisbətən 1,2 faiz çox yük, 508,5 milyon (7,7 faiz çox) sərnişin daşınmışdır. Yüklərin 60,9 faizi avtomobil, 28,4 faizi boru kəməri, 7,2 faizi dəmir yolu, 3,4 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınmışdır. Sərnişinlərin isə 88,8 faizi avtomobil, 10,5 faizi metro, qalanları digər nəqliyyat növlərindən istifadə etmişlər. 

İnformasiya və rabitə müəssisələri bu ilin yanvar-mart aylarında 931,7 milyon manat məbləğində xidmət göstərmişlər. Bu da keçən ilin həmin dövrünə nisbətən 9,2 faiz çoxdur. 

Sənaye sektorundakı mənzərəni də bir neçə sahənin timsalında təqdim edək. Emal sənayesində  əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalı 10, tütün məmulatlarının istehsalı 23,2, içki istehsalı 1,3 faiz artmışdır. Bu sahələrin əsas məhsullarından olan duru bitki yağlarının, siqaret və pivələrin istehsalında artım müşahidə edilmişdir. 

Toxuculuq sənayesi, geyim, dəri və ayaqqabı istehsalı sahələrində vəziyyət necədir? Burada  xüsusilə toxuculuqda və geyim istehsalında qazanılan nailiyyət nəzərə çarpır - artım müvafiq olaraq 33,3 və 9,4 faizdir. 

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində buraxılan məhsulun həcmi 439,1 milyon manat təşkil etmişdir. Burada əczaçılıq məhsullarının istehsalı 45,4 faiz artsa da, digər məhsulların istehsalı azalmışdır. 

Tikinti materiallarının istehsalında artım müşahidə olunur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artım 12,4 faizdir. Beton yığma tikinti konstruksiyalarının və əhəngin istehsalında rəqəmlər bu göstəricidən xeyli yüksəkdir - 38,3 və 24,6 faiz. 

Sənayenin qeyri-neft sahəsində metallurgiyanın özünəməxsus yeri var. Rəqəmlər bu sahə barədə nə deyir? Metallurgiya sənayesi məhsullarının istehsalı 7,6 faizi artmış, hazır metal məmulatlarının istehsalı 16,8 faiz azalmışdır. Sahədə keçən ilin eyni dövründə olduğundan çox alüminium məmulatları və armatur buraxılmışdır. 

Ölkənin tikinti sektorunda da böyük canlanma var. Belə ki, cari ilin yanvar-mart aylarında sosial və iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2025-ci ilin ilk 3 ayı ilə müqayisədə 14,9 faiz çox investisiya yönəldilmişdir. Qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi üstünlük təşkil etmişdir. 

Bu ilin əvvəlindən "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası, Sumqayıtda Güzgü Vərəqələrin İstehsalı Zavodu, karton və qutu taralarının istehsalı müəssisəsi, "Abşeron" Batereya Enerji Saxlanc Mərkəzi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi istifadəyə verilmişdir. İstismara daxil olan yeni müəssisə və obyektlər sırasında Qarabağda və Şərqi Zəngəzurda tikilənlərin xüsusi önəmi var. Belə ki, ötən aylarda Ağdərə rayonunda "Qozlukörpü" Su-Elektrik Stansiyası, Xocalı rayonunda Soyqırımı Memorialı  və digər obyektlər istifadəyə verilmişdir.

Prezident İlham Əliyevin 2025-ci il sentyabrın 22-də Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətində vurğulanıb ki, 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7 faiz artmış və onun ümumi iqtisadiyyatda payı 68 faizə yüksəlmişdir: "Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artmışdır. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir".

Son rəqəmlər də göstərir ki, qeyri-neft-qaz sektorunda istehsal artmaqda davam edir.  


Flora SADIQLI,

"Azərbaycan"   

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün 36 cinayətin açılması təmin olunub

10:44
21 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:31
21 Aprel

Dünya bazarında qızıl 24 dollar ucuzlaşıb

10:26
21 Aprel

Azərbaycan nefti 110 dollara satılıb

10:21
21 Aprel

Şimşək çaxır, yağış və qar yağır – FAKTİKİ HAVA  

10:15
21 Aprel

ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər

10:13
21 Aprel

Pulu qazanmaq çətindir, yoxsa xərcləmək 

10:05
21 Aprel

Qəsəbəmiz yağış yağanda keçilməz olur

10:00
21 Aprel

Leysanın fəsadları qısa zamanda aradan qaldırıldı

09:55
21 Aprel

Su ötürücülərinin tikintisi mərhələlərlə həyata keçiriləcək

09:53
21 Aprel

Çiçəkləri sevməyi, yaşıllığı qorumağı öyrənməliyik 

09:50
21 Aprel

Qocalma prosesini ləngitməyin yeni yolu araşdırılır

09:45
21 Aprel

Vacib mövzularda keçirilən tədbirlər bizi maarifləndirir

09:45
21 Aprel

Lerikdə doğuldu, Bakıda ali təhsil aldı, indi sorağı Almaniyadan gəlir

09:40
21 Aprel

Yaponiyada təlim zamanı tank partlayıb, azı iki hərbçi həlak olub

09:37
21 Aprel

Keçmiş məcburi köçkün: Doğma el-obama dönüşüm mənim üçün böyük qürur mənbəyidir

09:36
21 Aprel

Ağdam sakini: Allaha şükür edirəm ki, uzun illər çəkdiyimiz yurd həsrəti sona çatdı

09:35
21 Aprel

Keçmiş məcburi köçkün: Ağdama qayıtmaq mənim üçün böyük xoşbəxtlikdir

09:35
21 Aprel

Müqəddəs Məryəm Ananın Dua Örpəyi Kilsəsi

09:35
21 Aprel

“Böyük Qayıdış” davam edir: Ağdam şəhərinə daha 92 ailə yola salınıb

09:34
21 Aprel

Nazir: Macarıstana “Drujba” kəməri ilə neft tədarükü bu gün bərpa oluna bilər

09:33
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!