21 Aprel 2026 09:05
210
İQTİSADİYYAT
A- A+
Aerokosmik konfrans, Biznes Keys Müsabiqəsi və 5-ci Antalya Diplomatik Forumu...

Aerokosmik konfrans, Biznes Keys Müsabiqəsi və 5-ci Antalya Diplomatik Forumu...


Ötən həftə qlobal və regional iqtisadiyyatda bir sıra diqqətçəkən hadisələr baş verdi. Maliyyə bazarlarında dalğalanmalar müşahidə olundu, əsas iqtisadi göstəricilər açıqlanaraq bazar iştirakçılarının davranışına və ümumi bazar trendlərinə təsir göstərdi. 

Enerji qiymətlərindəki dəyişikliklər, inflyasiya ilə bağlı yeni məlumatlar və geosiyasi inkişaflar iqtisadi gündəmin diqqət mərkəzində oldu. Biz bu yazıda Azərbaycanda baş verən iqtisadi və biznes hadisələrini, həmçinin beynəlxalq səviyyədə ölkəmizin iştirakı ilə həyata keçirilən strateji təşəbbüsləri əks etdirəcəyik.

Ötən həftə iqtisadi gündəmdə diqqətçəkən hadisələrdən biri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 13-də keçirilən iclası olub. İclasda Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb,  palatanın audit və analitik fəaliyyəti çərçivəsində görülmüş işlərin nəticələri qiymətləndirilib.

İclasda vurğulanıb ki, hesabat qanunvericiliyin tələblərinə uyğun hazırlanıb və komitə öz rəyini Milli Məclisin plenar iclasına təqdim etməlidir. Palatanın 2021-2025-ci illər üzrə strateji planının icra vəziyyəti, səmərəlilik auditlərinin genişləndirilməsi, şəffaflığın artırılması və rəqəmsal transformasiya istiqamətindəki fəaliyyətləri ətraflı şəkildə iştirakçıların diqqətinə çatdırılıb. Hesabat çərçivəsində 2021-2025-ci illər üzrə strateji planın icrası, səmərəlilik auditlərinin həyata keçirilməsi və palatanın fəaliyyətində şəffaflığın artırılması istiqamətində görülən işlər təqdim olunub. 5 illik dövrdə 26 səmərəlilik auditi keçirildiyi, onların ümumi əhatə dairəsinin 4,1 milyard manatdan çox olduğu bildirilib.

2025-ci ildə 15 audit və analitik fəaliyyət həyata keçirilib, əsaslı xərclərdə qanun pozuntuları müəyyən edilib, investisiya layihələrinin maliyyə göstəricilərində düzgün hesablama və aktivlərin tanınmasında nöqsanlar aşkar olunub. Audit nəticəsində 303 tədbir müəyyən olunub və dövlət maliyyə nəzarəti sahəsində əlavə dəyər yaradılıb. Hesabat əsasında komitə öz rəyini Milli Məclisin plenar iclasına təqdim etmək qərarına gəlib.

* * *

Qlobal iqtisadi proseslər davam edərkən, Azərbaycanda ilk "Kosmik Vətən" konfransı Bakıda təşkil olunub. Tədbirin əsas məqsədi ölkədə aerokosmik sahədə fəaliyyət göstərən müxtəlif federasiyalar, ictimai birliklər, inkişaf mərkəzləri, klublar və komandaları bir araya gətirərək mövcud vəziyyəti təhlil etmək və gələcək inkişaf istiqamətlərini müzakirə etmək olub.

Konfrans çərçivəsində cari ildə ölkədə keçiriləcək IV Aerokosmik Modelçilik Festivalı barədə məlumat verilib. Tədbirin bu il Qarabağ iqtisadi rayonunda təşkil ediləcəyi, yarışların sayının artırılaraq 12 kateqoriya üzrə keçiriləcəyi bildirilib. Xüsusilə bu il ilk dəfə keçiriləcək "Naqilsiz rabitə" yarışına diqqət ayrılıb. Tədbir radiohəvəskarları və radio-modelistləri bir araya gətirəcək, bu sahənin inkişafına töhfə verəcək və iştirakçılara beynəlxalq efirə çıxış imkanı yaradacaq.

Tədbirdə həmçinin aerokosmik sahədə regional gənclərin cəlb olunmasının, texniki idman növlərinin bir platformada birləşdirilməsinin və yerli kadr potensialının formalaşdırılmasının vacibliyi vurğulanıb. Yekunda "Kosmik Vətən" anlayışının yalnız emosional deyil, həm də milli təhlükəsizlik və funksional suverenliyin təmin olunması baxımından strateji əhəmiyyəti qeyd olunub.

* * *

Aerokosmik sahədə əldə edilən uğurlardan sonra ölkədə gənclərin biznes bacarıqlarını artırmağa yönəlmiş tədbirləri həftənin iqtisadi gündəmindən dolayı önəmli yer tutub. Aprelin 14-də "Azercell"in dəstəyi ilə "Azərbaycan Biznes Keys Müsabiqəsi 2026" baş tutub.

Bu il müsabiqəyə təxminən 100 komanda müraciət edib. Seçim mərhələlərini uğurla keçən komandalar xüsusi təlim proqramlarında iştirak edərək real biznes problemləri üzərində işləyiblər. Yarışmanın final mərhələsində komandalar müxtəlif şirkət və qurumları təmsil edən münsiflər qarşısında ideya və təşəbbüslərini təqdim ediblər.

Qalib komandalar müvafiq olaraq 8000, 4000 və 2000 manat məbləğində pul mükafatları ilə təltif olunub ki, bu da gənclərin hazırlığı və praktiki bacarıqlarının inkişafına əlavə dəstək rolunu oynayıb.

* * *

İnkarolunmaz faktdır ki, dövlət və beynəlxalq səviyyədə həyata keçirilən strateji əməkdaşlıqlar ölkənin qlobal investisiya proseslərinə inteqrasiyasını gücləndirir. Bu mənada aprelin 15-də Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumunun  "Galaxy Orientis" Çin - ASEAN İnvestisiya Platformasının yaradılmasında birgə iştirakını qeyd edə bilərik.

Qeyd edək ki, ilk olaraq "Galaxy Orientis" Çin - ASEAN-ın yaradılmasına təxminən 520 milyon dollar məbləğində vəsait cəlb olunub, ümumi hədəf isə 1 milyard dollar təşkil edir. Platforma Çin və ASEAN regionu arasında uzunmüddətli investisiya imkanlarının reallaşdırılmasına və sənaye əməkdaşlığının gücləndirilməsinə xidmət edir. Əsas prioritet sahələrə sənaye, səhiyyə, istehlak, biznes xidmətləri və innovativ texnologiya daxildir.

İnvestisiyalar Çin və ASEAN şirkətlərinin bazarlara çıxışını genişləndirməyə, texnologiya və təchizat zəncirlərindən faydalanmağa yönələcək. Proqramın idarə olunmasında təcrübəli beynəlxalq tərəfdaşlar platformanın effektiv fəaliyyətinə dəstək verirlər.

* * *

Azərbaycanda  beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər iqtisadi, elmi-texniki və mədəni əlaqələrin gücləndirilməsinə mühüm töhfə verir. Bu baxımdan, Şuşada Azərbaycan-Latviya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası, eləcə də Zəngilanda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib.

Hər iki tədbirdə  tərəflər ticarət əlaqələrinin genişləndirilməsi, investisiya imkanlarının artırılması, həmçinin sənaye, texnologiya, logistika və digər strateji sahələrdə birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Həmçinin mədəni və elmi əməkdaşlıq sahəsində yeni təşəbbüslərin dəstəklənməsi, təhsil və texnoloji transfer imkanlarının artırılması kimi mövzular  gündəmdə  xüsusi yer alıb. 

Ölkədə və beynəlxalq arenada iqtisadi və diplomatik fəaliyyətlər davam edib. Lakin ötən həftənin ən yadda qalan və strateji əhəmiyyətli hadisəsi İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanın dəvətilə Türkiyəyə gedərək 5-ci Antalya Diplomatiya Forumunda iştirakı olub. Cari geosiyasi gərginliklər, dəyişən güc balansları və ticarət maneələri fonunda tədbirin  əsas mövzusu "Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək" olub. Forum liderlərə riskləri və imkanları qiymətləndirmək, strateji planlar hazırlamaq və əldə olunan razılaşmaları əməli addımlara çevirmək imkanları təqdim edib.

Builki forumda 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 başçının müavini, 39 xarici işlər naziri daxil olmaqla 50-dən çox nazir və 75 beynəlxalq təşkilat nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli nümayəndə iştirak edib. Forum çərçivəsində liderlərin panelləri də daxil olmaqla 40-dan çox tədbir və sessiya keçirilib.

Tədbirdə Azərbaycanın iştirakının məqsədi beynəlxalq əməkdaşlıq əlaqələrini gücləndirmək, iqtisadi, enerji və ticarət sahələrində yeni perspektivlər yaratmaq, həmçinin strateji müstəvidə ölkənin mövqeyini möhkəmləndirmək olub.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün 36 cinayətin açılması təmin olunub

10:44
21 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:31
21 Aprel

Dünya bazarında qızıl 24 dollar ucuzlaşıb

10:26
21 Aprel

Azərbaycan nefti 110 dollara satılıb

10:21
21 Aprel

Şimşək çaxır, yağış və qar yağır – FAKTİKİ HAVA  

10:15
21 Aprel

ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər

10:13
21 Aprel

Pulu qazanmaq çətindir, yoxsa xərcləmək 

10:05
21 Aprel

Qəsəbəmiz yağış yağanda keçilməz olur

10:00
21 Aprel

Leysanın fəsadları qısa zamanda aradan qaldırıldı

09:55
21 Aprel

Su ötürücülərinin tikintisi mərhələlərlə həyata keçiriləcək

09:53
21 Aprel

Çiçəkləri sevməyi, yaşıllığı qorumağı öyrənməliyik 

09:50
21 Aprel

Qocalma prosesini ləngitməyin yeni yolu araşdırılır

09:45
21 Aprel

Vacib mövzularda keçirilən tədbirlər bizi maarifləndirir

09:45
21 Aprel

Lerikdə doğuldu, Bakıda ali təhsil aldı, indi sorağı Almaniyadan gəlir

09:40
21 Aprel

Yaponiyada təlim zamanı tank partlayıb, azı iki hərbçi həlak olub

09:37
21 Aprel

Keçmiş məcburi köçkün: Doğma el-obama dönüşüm mənim üçün böyük qürur mənbəyidir

09:36
21 Aprel

Ağdam sakini: Allaha şükür edirəm ki, uzun illər çəkdiyimiz yurd həsrəti sona çatdı

09:35
21 Aprel

Keçmiş məcburi köçkün: Ağdama qayıtmaq mənim üçün böyük xoşbəxtlikdir

09:35
21 Aprel

Müqəddəs Məryəm Ananın Dua Örpəyi Kilsəsi

09:35
21 Aprel

“Böyük Qayıdış” davam edir: Ağdam şəhərinə daha 92 ailə yola salınıb

09:34
21 Aprel

Nazir: Macarıstana “Drujba” kəməri ilə neft tədarükü bu gün bərpa oluna bilər

09:33
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!