14 May 2025 08:42
395
SİYASƏT
A- A+
Qərb də Ermənistandan üz döndərir

Qərb də Ermənistandan üz döndərir


Erməni xalqının Nikol Paşinyana bağladığı ümidlər və gözləntilər olduqca yüksək idi. Reallıqlar isə bu ümidləri sabun köpüyü kimi dağıtmaqdadır. 

Nikol Paşinyanın baş nazir kimi Ermənistan parlamentindəki pafoslu çıxışları bir daha göstərdi ki, etirazçı kütləni tələblə, populist vədlərlə ələ alan yeni siyasi fiqurlar ölkənin daxili və xarici siyasətində əhəmiyyətli islahatlar aparmaq, rasional, reallıqlara söykənən təkliflər irəli sürmək, ən nəhayət, onları həyata keçirmək potensialına malik deyillər. 

Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, iqtisadiyyatın böyük sıçrayışlarla inkişaf etdirilməsinə, ölkəsinin guya regionun "lider dövləti"nə çevrilməsinə dair Paşinyanın səsləndirdiyi iddialar və bol vədlər əslinə qalsa, gerçəklikdən tamamilə uzaqdır və Ermənistanın düşdüyü böhranlı vəziyyəti, ölkənin acınacaqlı mənzərəsini  özündə əks etdirmir.

Siyasi strateq Armen Badalyan Paşinyanın parlamentdəki son isterik hərəkətlərini şərh edərkən deyib ki, baş nazirin əsəbiliyi birbaşa onun "xarici krışa" tapa bilməməsi ilə bağlıdır: "Ermənistanda indiki hakim komanda üç əsas məqsədə nail olmaq üçün hakimiyyətə gəlib: Artsaxı təslim etmək, Zəngəzur dəhlizini təmin etmək və Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq. Cənubi Qafqaz və orada baş verən proseslər onları maraqlandırmır, bu o deməkdir ki, ABŞ artıq Paşinyanın başının üstündə "çatı" deyil".

Badalyanın sözlərinə görə, bunu əvvəllər, xüsusən də daxili siyasi iğtişaşlar zamanı Ermənistanın indiki hakimiyyətini dəstəklədiyini dəfələrlə bəyan edən, nazirlərlə, hətta baş prokurorla fəal görüşən ABŞ səfirinin passivliyi də sübut edir. O, əmindir ki, hakimiyyət dəyişikliyi prosesi başlasa və qarşıdan gələn seçkilərdə Vaşinqton Ermənistanın indiki hakim elitasına dəstək göstərməyəcək: "Paşinyan da Avropa Birliyinə ümid edə bilməz, çünki ABŞ-nin siyasətindəki dəyişiklik səbəbindən Avropa bütün resurslarını Ukraynanı dəstəkləməyə cəmləmək məcburiyyətindədir. Cənubi Qafqaz regionu ən azı indiki mərhələdə avropalılar üçün əhəmiyyətini itirib. Zəngəzur dəhlizi layihəsi, ümumiyyətlə, avropalılar, ABŞ üçün daha maraqlı deyil. Onlara yalnız bir şey lazımdır: Rusiyanın təsirini Ermənistanda azaltmaq. Sülh müqaviləsinin imzalanıb-imzalanmaması onları maraqlandırmır".

O əlavə edib ki, Aİ-nin regiona marağının aşağı səviyyəsi Paşinyana ölkə daxilində mövqelərini gücləndirmək üçün onlardan dəstək almağa imkan vermir: "Paşinyanın komandasının münasibətlərini korladığı Rusiya da potensial "xarici siyasət damı" hesab edilmir. Avropalı müşahidəçiləri dəvət etməklə Paşinyan Rusiya ilə münasibətlərdə "qırmızı xətti" keçdi. Onun etiraf etmək cəhdləri heç bir nəticə verməyəcək, çünki Rusiya çox gözəl başa düşür ki, Paşinyanın yenidən seçilməsi onun növbəti 5 il - 2031-ci ilə qədər Ermənistanda hakimiyyətdə qalmasını təmin edəcək". 

Beləliklə, Ermənistanda hazırda baş verənlər bu ölkəni daha sürətlə hərtərəfli iflasa doğru aparır. Çünki xarici himayədarları olmadan yaşaya bilmək iqtidarında olan ölkə deyil.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!