10 İyun 2025 15:27
410
CƏMİYYƏT
A- A+
Qəhrəmanlıq səhifəsi: İğdırı erməni quldur dəstələrindən müdafiə edən azərbaycanlı

Qəhrəmanlıq səhifəsi: İğdırı erməni quldur dəstələrindən müdafiə edən azərbaycanlı

Şərqi Anadoluda yüz ildən çox əvvəl İğdırın erməni quldur dəstələri tərəfindən işğalının qarşısını alan azərbaycanlının xatirəsi indi də yaşayır.

Silahdaşları ilə birgə səylərlə “Dro” kimi tanınan Drastamat Kanayanın başçılıq etdiyi ermənilərin silahlı dəstələrinin qanlı cinayətlərinə son qoyan Hacı Əkbər Tufan haqqında hekayələr Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd rayonlarının sakinləri tərəfindən ağızdan-ağıza dolaşır. Sonralar faşistlərlə əməkdaşlıq edən, Vermaxt bayrağı altında “Erməni legionu” yaradan və ömrünün son illərini Yaxın Şərqdən qaçaraq Bostonda keçirən də həmin “Dro” olub.

Faşistlərin əlaltısının nəşi 2000-ci ildə Aparanda (Ermənistan) yenidən dəfn edilib və bu cəllad milli qəhrəman rütbəsinə qaldırılıb. ABŞ Prezidenti Vudro Vilson general Ceyms Harbordu Anadoluya göndərəndə Amerika nümayəndə heyətini 1919-cu ilin oktyabrında Hacı Əkbər Tufan müşayiət edib.

Harbordun səfərindən sonra hazırlanan və Antanta ölkələrinin nümayəndələrinə verilən hesabatda deyilirdi: “Böyük Ermənistan” adlanan torpaqlarda heç bir erməni görmədim”.

Sənəd Lozanna Sülh Müqaviləsi iştirakçıları tərəfindən nəzərə alınıb, ona görə də İğdır Türkiyə sərhədləri daxilində qalıb.

Qəhrəmanın nəvəsi Əli Əkbər Tufan bu gün də məşhur babasının işini davam etdirir, Türkiyə-Azərbaycan İcmaları Federasiyasının (TADEF) baş əlaqələndiricisi qismində iki qardaş ölkə arasında əlaqələrin inkişafına tutarlı töhfələr verir. O, AZƏRTAC-a müsahibəsində bildirib ki, Osmanlı dövlətinin son illərində Şərqi Anadoluda erməni quldur dəstələrinin fəallaşması İğdır əhalisini fəal hərəkətə keçməyə məcbur etmişdi: “1917-ci ilin aprelində babam Hacı Əkbər Tufanın rəhbərliyi ilə İğdırda İcraiyyə Komitəsi yaradıldı, 1918-ci il mayın əvvəllərində isə İğdır Milli Hökumətinin yaradılması elan olundu. Bu hökumətin məqsədi Osmanlı qoşunlarının geri çəkilməsi fonunda dinc əhalini ermənilərin fitnələrindən qorumaq idi”.

Onun sözlərinə görə, 1918-ci ilin noyabrında paytaxtı İğdır olan Araz Türk Cümhuriyyəti yaradılıb və “Dro”nun dəstələri ilə mübarizədə uğurlu addımlar atılıb. Mələkli-Kirələr döyüşündə başqaları ilə yanaşı, erməni dəstələri də darmadağın edilib.

1920-ci ilin noyabrında Kazım Qarabəkirin komandanlığı ilə Osmanlı ordusu bölgəyə daxil olanda H.Ə.Tufanın çağırışı ilə irəliləyən qoşunların sıralarına 10 mindən çox könüllü qatıldı. O, daşnak dəstələrini Araz çayı yaxınlığındakı ərazilərdən qaçmağa məcbur etdi.

Hacı Əkbər Tufan türk xalqının milli azadlıq mübarizəsinə fəal töhfə verib, uzun ömür sürüb və 1970-ci ilin noyabrında İğdırda vəfat edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!