14 Iyul 2024 10:15
742
Təhsil
A- A+

Qazi və şəhid övladları üçün açılan yay düşərgəsi başa çatmışdır

 

ADA Universiteti, ADA Universitetinin Qazax Mərkəzi (Qazax Müəllimlər Seminariyası) və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qazaxda region məktəbliləri üçün "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunmuş yay düşərgəsi başa çatmışdır. 
Beş gün davam edən düşərgədə Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonlarından olan 8-9-cu siniflərdə təhsil alan şəhid və qazi övladları iştirak etmişlər. Beş gün ərzində məktəblilərlə əlavə bilik və bacarıqlar qazanılması, yeniyetmələr arasında ətraf mühitə, təbiətə qarşı həssas yanaşmanın təşviq edilməsi ilə bağlı söhbətlər aparılmışdır. Bundan başqa, aparılan təlimlərdə məktəblilərə iqlim dəyişikliyi, ekologiya və digər mövzularda yeni biliklər verilmiş, onlara praktik olaraq təbiətin mühafizəsi, tullantılardan səmərəli istifadə yolları öyrədilmiş, düzgün peşə seçimi, psixoloji dəstək və fərdi inkişaf mövzularında intellektual oyunlar keçirilmiş, regionun zəngin mədəni irsini, təbii gözəlliklərini daha yaxından tanımaq imkanı yaradan ekskursiyalar təşkil edilmişdir. 

S.ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video