02 Noyabr 2024 16:41
484
COP29
A- A+
Qazaxıstan mediası: COP29 Azərbaycana böyük imkanlar yaradır

Qazaxıstan mediası: COP29 Azərbaycana böyük imkanlar yaradır

Uzun müddətdir ki, böyük neft və qaz ehtiyatları ilə tanınan Azərbaycan son vaxtlar yaşıl enerjiyə keçidini sürətləndirib. Ölkə qlobal dekarbonizasiya məqsədlərinə cavab verən dayanıqlı enerji infrastrukturunu inkişaf etdirmək məqsədilə neft ixracından əldə edilən gəlirlərdən istifadə edir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Kazinform” beynəlxalq informasiya agentliyinin “Neft dollarlarını yaşıllaşdırmaq: resursla zəngin ölkələr təmiz enerjini necə inkişaf etdirir” sərlövhəli məqaləsində deyilir.

Agentlik qeyd edir ki, dünyada yaşıl enerjiyə keçidin sürətləndiyi bir vaxtda bir çox ölkələr davamlı təcrübələri inteqrasiya etmək və qazıntı yanacaqlarından asılılığı azaltmaq üçün unikal yanaşmalar tətbiq edir. Azərbaycan, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Qazaxıstan kimi neft və qaz ölkələri coğrafi, iqtisadi və siyasi amillərlə formalaşan fərqli strategiyaları təmsil edir.

Məqalədə neft hasil edən ölkələrin yaşıl enerjinin inkişafına investisiyaları araşdırılır.

Azərbaycanla bağlı hissədə qeyd olunur ki, respublika müstəqillik əldə etdikdən sonra neft ixracı, xüsusilə də Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hesabına xeyli sərvət toplayıb. 2023-cü ilə qədər ARDNF-də əsasən neft və qaz gəlirləri hesabına 53 milyard dollardan çox vəsait toplanıb. Əvvəlcə infrastrukturun inkişafı və sosial proqramlar üçün istifadə edilən bu vəsait indi ölkənin enerji kompleksinin şaxələndirilməsi məqsədilə qismən yaşıl enerji layihələrinə ayrılır.


Agentlik yazır: “Azərbaycan neft sərvətinin artan hissəsini yaşıl enerji mənbələrinə sərf edir. Rəsmilərin dediyinə görə, külək, günəş və su elektrik enerjisinə sərmayələr də daxil olmaqla, bərpaolunan enerji layihələrinə 1,5 milyard dollardan 2 milyard dollara qədər vəsait ayrılıb. Məqsəd milli enerji balansında 2030-cu ilə qədər neft hesabına maliyyələşdirilən investisiyalar tərəfindən dəstəklənən bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmaqdır.


Ölkənin qazıntı yanacaqlarından asılılığının azaldılmasında əsas rol oynayacağı gözlənilən 240 MVt gücündə Xızı Abşeron külək stansiyası və 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası kimi irimiqyaslı bərpaolunan enerji layihələrinə əhəmiyyətli investisiyalar yatırılıb”.


Məqalədə qeyd edilir ki, Azərbaycan yaşıl enerji sahəsində “Masdar (BƏƏ) və “ACWA Power” (Səudiyyə Ərəbistanı) kimi şirkətlərin təcrübəsindən bərpaolunan enerji layihələrində istifadə etməklə onlarla əməkdaşlıq edir. Ölkə “ACWA Power”ın külək layihələrindən 2,5 GVt daxil olmaqla, ümumi gücü 7 GVt olan böyük günəş və külək elektrik stansiyalarının tikintisini planlaşdırır”.


Materialda daha sonra diqqətə çatdırılır: “Azərbaycan, həmçinin Yaşıl Enerji Dəhlizi çərçivəsində Xəzər dənizi vasitəsilə Avropaya yaşıl enerji ixrac etmək planlarını hazırlayır. Respublika 2027-ci ilə qədər səkkiz günəş və külək elektrik stansiyasının tikintisi də daxil olmaqla 2,8 milyard dollar dəyərində enerji layihələrini həyata keçirməyi planlaşdırır.


Bundan əlavə, Azərbaycan Qazaxıstan və Özbəkistanla bu dəhliz üzrə müştərək müəssisənin yaradılması barədə razılıq əldə edib. Azərbaycan, Gürcüstan və Avropa arasında yaşıl enerjinin nəqli üçün Qara dəniz kabel layihəsi hazırda texniki-iqtisadi əsaslandırma mərhələsindədir və əsas nəticələrin Bakıda COP29-da təqdim olunacağı gözlənilir”.


Məqalədə vurğulanır ki, BMT-nin qarşıdan gələn iqlim dəyişikliyi konfransı - COP29 Azərbaycana böyük imkanlar yaradır.


Kazinform qeyd edir: “Yaşıl enerji layihələrinə və bərpaolunan enerji mənbələrinə sadiqliyini nümayiş etdirən Azərbaycan yeni beynəlxalq investisiyalar almağa və qlobal maliyyə institutları ilə əməkdaşlığı gücləndirməyə ümid edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İspaniya polisi krala palçıq atanların kimliyini müəyyən edəcək

21:22
04 Noyabr

Vatikan rəsmisi ilə Heydər Əliyev Fondunda görüş keçirilib  

20:31
04 Noyabr

Azərbaycan və İraq arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  

20:29
04 Noyabr

Azərbaycanlı rəqqaslar beynəlxalq müsabiqədə birinci yerə layiq görülüblər  

19:57
04 Noyabr

Hərbi İnstitut Cənubi Koreyada “12-ci Beynəlxalq Kursantlar Həftəsi”ndə təmsil olunub

19:55
04 Noyabr

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 çərçivəsində keçiriləcək tədbirləri açıqlayıb  

19:52
04 Noyabr

COP29 ərəfəsində ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi yekunlaşıb  

19:37
04 Noyabr

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Neft” bədii filmi kinoteatrlarda nümayiş olunacaq  

19:23
04 Noyabr

Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib  

19:06
04 Noyabr

ASCO emissiyaların 25 faiz azalmasına səbəb olacaq 65 ədəd köhnəlmiş gəmini donanmadan çıxarır  

18:54
04 Noyabr

MTM: Alternativ enerjiyə keçid qlobal iqlim dəyişiklikləri ilə mübarizənin başlıca şərtidir

18:39
04 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib  

18:31
04 Noyabr

Bakıda və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb

18:11
04 Noyabr

Rumıniya mediası Bakıda keçiriləcək COP29-dan yazır  

18:02
04 Noyabr

Kişi voleybolçular arasında Azərbaycan Kubokunun qalibi müəyyənləşib  

17:47
04 Noyabr

Qazaxıstan və Rusiya sərhədlə bağlı danışıqlar aparıb  

17:41
04 Noyabr

Viktor Orban: Macarıstan Aİ-yə cərimə ödəməyəcək

17:39
04 Noyabr

Azərbaycan COP29 iştirakçıları üçün pulsuz xüsusi vizanı tətbiq edib

17:16
04 Noyabr

AYNA Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə mediatur təşkil edib

16:58
04 Noyabr

Muxtar Babayev Çinin müvəqqəti işlər vəkili ilə COP29-a hazırlıq tədbirlərini müzakirə edib  

16:53
04 Noyabr

10 milyard smartfon tullantıya çevriləcək  

16:51
04 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!