07 Sentyabr 2024 08:45
284
CƏMİYYƏT
A- A+
Qazaxın işğaldan azad edilmiş kəndlərində mina təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilmişdir

Qazaxın işğaldan azad edilmiş kəndlərində mina təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilmişdir

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi və uğurlu siyasəti nəticəsində 2024-cü il aprelin 19-u qazaxlıların, xüsusilə Qazax rayonunun uzun illər işğalda qalmış kəndlərin sakinlərinin yaddaşına əlamətdar tarix kimi yazılıb. 
Həmin gün Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar nəticəsində Qazax rayonunun Aşağı Əskipara, Bağanis Ayrım, Qızılhacılı və Xeyrimli kəndlərinin bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olundu. Mayın 15-də müvafiq protokol imzalandı, mayın 24-də isə adları çəkilən kəndlərin əraziləri Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüldü. 
Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı abadlıq işləri yaxın zamanda Qazaxın işğaldan azad edilmiş kəndlərində də həyata keçiriləcəkdir. Həmin kəndlər də yenidən qurulacaq, evlər tikiləcək, infrastruktur yaradılacaq, çoxsaylı digər layihələr icra ediləcək ki, bu da sakinlərin doğma yurdlarına qayıtmağına imkan verəcək. Hazırda isə işğaldan azad olunmuş torpaqlarda minalardan təmizlənmə işləri həyata keçirilir. Mina təhlükəsizliyi tədbirlərinə əməl etmək isə hər bir vətəndaşın borcudur və bu sahədə onların üzərinə böyük məsuliyyət düşür.  
Elə bu məqsədlə Qazax şəhərində məskunlaşan məcburi kökünlərlə maarifləndirici görüş keçirilmişdir. Görüşdə rayon icra hakimiyyətinin başçısı, rayon polis şöbəsinin rəisi və Dövlət Sərhəd Xidməti "Qazax" Əlahiddə Sərhəd diviziyasının komandiri iştirak etmişlər. RİH-in başçısı Rəcəb Babaşov çıxış edərək Qazaxın 4 kəndinin bir güllə belə atılmadan geri qaytarılmasını dövlətimizin və ölkə başçısının növbəti qələbəsi kimi dəyərləndirmişdir. Görüşdə minaların təmizlənməsi işlərinin təkcə Qarabağ və Şərqi Zəngəzur istiqamətində deyil, eyni zamanda həmin kəndlərdə aparıldığı bildirilmişdir. İndiyədək aparılan minatəmizləmə prosesi nəticəsində kəndlərin xeyli sayda mina və partlamamış hərbi sursatlardan təmizləndiyi vurğulanmışdır. Bildirilmişdir ki, təhlükəsizlik tədbirləri görülmədən və rəsmi icazə verilmədən həmin ərazilərə getmək qadağandır və bunun məsuliyyətini hər bir vətəndaş, hər bir kənd sakini dərk etməlidir.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!