31 Avqust 2026 11:10
135
SİYASƏT
A- A+
Qazax politoloqlar: Azərbaycanın ŞƏT ilə əməkdaşlığı və Orta Dəhlizdəki rolu mühüm əhəmiyyət daşıyır  

Qazax politoloqlar: Azərbaycanın ŞƏT ilə əməkdaşlığı və Orta Dəhlizdəki rolu mühüm əhəmiyyət daşıyır  


Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığı, Orta Dəhlizin inkişafındakı rolu və Mərkəzi Asiya ilə nəqliyyat əlaqələri qazaxıstanlı ekspertlərin də diqqət çəkdiyi əsas məsələlər sırasındadır.

Bu barədə AZƏRTAC-a açıqlamalarında qazaxıstanlı politoloqlar Janat Momınkulov və Aman Mambetaliyev bildiriblər.

Politoloq Janat Momınkulov Azərbaycanın dialoq tərəfdaşı qismində ŞƏT sammitində iştirakının Qazaxıstan üçün böyük əhəmiyyət daşıdığını bildirib.

“Qazaxıstan və Azərbaycanın Orta Dəhlizin, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, liman infrastrukturunun inkişafı və multimodal marşrutların əlaqələndirilməsi ilə bağlı ortaq maraqları var. Qazaxıstan bu məsələyə praqmatik nöqteyi-nəzərdən yanaşır. Çünki bu gün Azərbaycan ŞƏT məkanında və Mərkəzi Asiya üçün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının qovuşduğu əsas məntəqələrdən biridir. Bu halda söhbət, xüsusilə, Mərkəzi Asiya-Qafqaz istiqamətindən gedir”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycan ŞƏT ölkələri üçün strateji əhəmiyyət daşıyır. Ənənəvi Şimal və Cənub marşrutlarının müəyyən geosiyasi və logistik məhdudiyyətlərlə üzləşməsi fonunda Orta Dəhlizin əsas alternativ istiqamətlərdən biri kimi rolu artır.

“Əlbəttə, Orta Dəhliz yeganə marşrut deyil, lakin bu nəqliyyat axınlarının əhəmiyyətli hissəsi Azərbaycan ərazisindən keçir. Buna görə də Azərbaycanın ŞƏT-də iştirakı və təşkilatla əməkdaşlığının daha da genişləndirilməsi üzv dövlətlərin maraqlarına uyğundur”, - deyə Janat Momınkulov qeyd edib.

Politoloq vurğulayıb ki, bu, ilk növbədə, Qazaxıstan üçün vacibdir. Çünki həm siyasi rəhbərlik, həm də xarici işlər nazirlikləri səviyyəsində nəqliyyat əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruriliyi ilə bağlı aydın qarşılıqlı anlaşma mövcuddur.

Janat Momınkulovun sözlərinə görə, Trans-Xəzər dəhlizi Azərbaycan üçün Mərkəzi Asiya və oradan daha geniş Asiya bazarlarına çıxış imkanı yaradır. Hazırda region ölkələri ilə tərəfdaşlıq fəal şəkildə genişlənir.

“ŞƏT çərçivəsində status məsələsi isə əsas məqsəd deyil. Çünki ölkə artıq öz geostrateji əhəmiyyətini nümayiş etdirib və Avrasiyanın nəqliyyat-logistika sisteminin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan ölkənin Çin üçün də əhəmiyyəti artır. Pekin Avrasiya nəqliyyat dəhlizlərinin inkişafında və regionlar arasında bağlantıların gücləndirilməsində maraqlıdır. Bu sistemdə Azərbaycan əsas tranzit məntəqələrindən biridir”, - deyə ekspert bildirib.

Onun fikrincə, Qazaxıstan-Azərbaycan əməkdaşlığı Asiya ilə Avropa arasında nəqliyyat bağlantılarının inkişafında mühüm rol oynayacaq.

Politoloq Aman Mambetaliyev isə bildirib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı kimi fəal siyasət yürüdür və təşkilatın tamhüquqlu üzvü olmağa çalışır.

“Düşünürəm ki, yaxın gələcəkdə bu məsələ müsbət həllini tapa bilər və Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü ola bilər”, - deyə ekspert bildirib.

Aman Mambetaliyevin sözlərinə görə, Azərbaycan bu gün fəal xarici siyasət yürüdərək müxtəlif beynəlxalq platformalarda, o cümlədən əvvəllər ölkənin daha az fəal təmsil olunduğu platformalarda öz mövqelərini möhkəmləndirir.

“Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirə biləcəyi platformalardan biridir. Çünki təşkilatda Azərbaycanın sıx əlaqələr saxladığı bir çox dövlət təmsil olunur”, - politoloq bildirib.

O qeyd edib ki, təhlükəsizlik, ekologiya, elm, təhsil, iqtisadiyyat və xarici siyasət də daxil olmaqla bir çox məsələlər üzrə yanaşmalar oxşardır.

“Düşünürəm ki, Türk dünyası dövlətləri, ilk növbədə Qazaxıstan, Özbəkistan və Qırğızıstan təşkilat daxilində Azərbaycanın mövqeyini fəal şəkildə dəstəkləyəcəklər. Buna görə də Azərbaycanın burada öz mövqelərini gücləndirmək istəyi tamamilə təbiidir”, - Aman Mambetaliyev vurğulayıb.

Politoloqun fikrincə, geosiyasi dəyişikliklər fonunda formalaşan yeni iqtisadi paradiqmada Azərbaycanın, Qazaxıstanın və ümumilikdə Türk dövlətlərinin rolunu nəzərə almaq lazımdır.

Onun sözlərinə görə, əsas logistika marşrutları bu gün əhəmiyyətli dərəcədə dəyişir. Bu, həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərinə aiddir.

“Yaxın Şərqdəki münaqişə, Ukraynadakı müharibə və sanksiya siyasəti Türk dövlətlərinin inteqrasiyası üçün yeni imkanlar yaradıb. Orta Dəhliz böyük əhəmiyyət daşıyır. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın bu məsələdə ortaq mövqeyi təkcə dövlətlərimiz üçün deyil, həm də onların tərəfdaşları üçün logistika, iqtisadiyyat, malların, xidmətlərin və insanların hərəkəti baxımından unikal imkanlar yaradır”, - deyə ekspert bildirib.

Aman Mambetaliyevin fikrincə, bu güclənmə siyasi əməkdaşlığa da təsir göstərəcək. İqtisadi imkanların genişlənməsi Azərbaycanın təhlükəsizlik və iqtisadiyyat da daxil olmaqla geniş məsələləri əhatə edən Şanxay Əməkdaşlıq Təşkilatındakı mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“GeoCamp” tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi ilə görüş

12:12
31 Avqust

Siyasi şərhçi: Azərbaycan–ŞƏT əməkdaşlığı Avrasiyanın artan geostrateji əhəmiyyəti fonunda yeni imkanlar açır

12:10
31 Avqust

Azərbaycanın ŞƏT-də iştirakı ölkəmizin siyasi və iqtisadi imkanlarını daha da genişləndirir

12:06
31 Avqust

Sentyabrın hava proqnozu açıqlanıb: Bəzi yerlərdə temperatur yüksək olacaq

12:04
31 Avqust

Aygün Attar: Azərbaycan ilə əməkdaşlıq ŞƏT üçün ciddi üstünlük yaradır

12:00
31 Avqust

Polşa Milli Olimpiya Komitəsinin rəhbəri həbs olundu

11:55
31 Avqust

Qrand Kanyonda daşqın nəticəsində təxminən 15 nəfər itkin düşüb

11:52
31 Avqust

ABŞ-İran savaşı yenidən qızışdı

11:50
31 Avqust

DİN: 24 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb

11:47
31 Avqust

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

11:45
31 Avqust

Qırğızıstan və Çin əbədi mehriban qonşuluq, dostluq haqqında müqavilə imzalayıb

11:35
31 Avqust

Yağışlı havada sürəti azaltmaq təhlükəsizliyin əsas şərtlərindən biridir – BDYPİ-dən çağırış

11:30
31 Avqust

Faktiki hava: Bəzi yerlərdə leysan yağır

11:27
31 Avqust

Trinidad və Tobaqo Respublikasının Prezidenti Zati-aliləri xanım Kristin Karla Kanqaluya

11:25
31 Avqust

Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur  

11:20
31 Avqust

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimə

11:15
31 Avqust

Qazax politoloqlar: Azərbaycanın ŞƏT ilə əməkdaşlığı və Orta Dəhlizdəki rolu mühüm əhəmiyyət daşıyır  

11:10
31 Avqust

Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Sadır Japarova  

11:08
31 Avqust

On nəfər Azərbaycan vətəndaşı HTP çərçivəsində Latviyada təhsil alacaq

11:07
31 Avqust

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti Tatyana Anodinadan

11:05
31 Avqust

Şimali Kipr Türk Respublikasının Prezidenti Zati-aliləri cənab Tufan Erhürmana

10:55
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!