13 İyun 2025 15:23
491
İQTİSADİYYAT
A- A+
“Qaz təchizatı haqqında” yeni qanun layihəsi parlamentdə birinci oxunuşda təsdiqlənib  

“Qaz təchizatı haqqında” yeni qanun layihəsi parlamentdə birinci oxunuşda təsdiqlənib  

Milli Məclis “Qaz təchizatı haqqında” yeni qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, qaz təchizatı sektorunda aşağıdakı işlər bu qanun və “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq verilən icazələr əsasında həyata keçiriləcək:

• qazın nəqli;

• qazın paylanması;

• sənaye qaz qurğusunun istismarı;

• qazın saxlanması.

Qazın nəqli, paylanması və sənaye qaz qurğusunun istismarı üçün icazə tənzimləyici (2028-ci il iyulun 1-dən qüvvəyə minir), qazın saxlanması üçün icazə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən veriləcək.

İcazə şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qaz təchizatı sisteminə dair qaydalarla müəyyən ediləcək.

Eyni zamanda, qaz təchizatının dayandırılması ilə bağlı yeni qaydalar müəyyənləşir. Layihəyə əsasən, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru tərəfindən istehlakçıya qazın verilməsi aşağıdakı hallarda dayandırılır:

- istehlakçının müvafiq yazılı müraciəti (qazın verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

- qazın sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra istehlakçı tərəfindən 1 (bir) ay müddətində tam məbləğdə ödənilmədikdə qaz satıcısının təşəbbüsü ilə;

- qaz satıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda;

- təmir-profilaktika və qəza işləri görüldükdə, habelə baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun təşəbbüsü ilə;

- məhkəmənin qərarı ilə;

- dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında;

- qazpaylayıcı sistem operatorunun işçilərini müayinə keçirilməsi üçün mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda;

- qazpaylayıcı sistem operatorunun işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 18-ci və 19-cu maddələrinin tələblərini yerinə yetirmədikdə;

- təhlükə potensiallı obyektlərdə texniki normativ hüquqi aktların tələblərinin pozulması hallarında təhlükəsizlik üzrə dövlət nəzarətini həyata keçirən orqanın (qurumun) göstərişi əsasında;

- istehlakçının qaz qurğusu texniki reqlamentlərin tələblərinə cavab vermədikdə.


Bundan başqa, istehlakçıya qazın verilməsinin dayandırılması (bu Qanunun 15.1.4-cü və 15.1.6-cı maddələrində nəzərdə tutulan hallar istisna olmaqla) yalnız fərdi qaydada həyata keçiriləcək. Qazın dəyərini və sabit tarifi vaxtında ödəməyən istehlakçıya qaz verilməsinin dayandırılması, qazın dəyərini və sabit tarifi vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.

Bu Qanunun 15.1.2-ci və 15.1.3-cü maddələrində nəzərdə tutulan hallarda, habelə illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işləri aparılarkən istehlakçıya 3 (üç) gün əvvəl elektron poçt (olduğu halda) və ya digər kommunikasiya vasitələri ilə yazılı xəbərdarlıq göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.

Qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru istehlakçıya verdiyi qazın həcmini yalnız sayğacın göstəricilərinə əsasən müəyyən etməli və sabit tarif barədə istehlakçıya hər ay bildiriş, habelə bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi qazın dəyərini tam hesablayaraq qaz satıcısının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab qaz satıcısı tərəfindən təqdim edilməlidir (göndərilməlidir). Hesabda istehlakçının qaza görə sayğacının son göstəricisinə uyğun mövcud qalıq borcu, sabit tariflə bağlı qalıq borcu və ödənişin son tarixi göstərilməlidir. İstehlakçı tərəfindən qazın hesabında göstərilən dəyəri tam ödənildikdən sonra qaz satıcısı yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin ödənilməsini istehlakçıdan tələb edə bilməz.

Qazın verilməsinin dayandırılması barədə yazılı xəbərdarlığın istehlakçı tərəfindən rəsmi qaydada alınmasını sübut etmək vəzifəsini qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru daşıyır.

Bu Qanunun 15.1-ci maddəsində göstərilən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazın verilməsi bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) aşağıdakılar olacaq:


- qazın topdansatış tarifləri;

- qazın nəqli tarifləri;

- qazın saxlanması xidmətlərinin tarifləri;

- qazın paylanması tarifləri (2027-ci il yanvarın 1-dən qüvvəyə minir);

- istehlakçılara qazın pərakəndə satış tarifləri;

- qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri;

- qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri;

- sabit tarif.

Qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi sabit tarif hesab ediləcək.

Qazın paylanması tarifləri 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-dək, digər tariflər isə bu qanunun qüvvəyə mindiyi gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Bunlar nəzərə alınmaqla tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək. Qaz təchizatı sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər bu qanunda nəzərdə tutulan qaydalara uyğun olaraq hesablanacaq.

2028-ci il iyulun 1-dən qaz təchizatı subyektləri və onlarla istehlakçılar arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi ilə bağlı məsələlər kommersiya uçotu qaydaları ilə tənzimlənəcək.

Qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru və qazın saxlanması sistem operatoru, habelə topdan və pərakəndə qaz satıcıları tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödəniləcək. Tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!