18 Aprel 2021 00:26
7047
Mədəniyyət
A- A+
Qarabağın daşlaşmış tarixi: qalalar, abidələr

Qarabağın daşlaşmış tarixi: qalalar, abidələr

 

ƏSGƏRAN - Aran Qarabağdan Şuşaya gedən yolun üstündə, Qarqarın hər iki sahilində on səkkizinci əsrə aid qaladır. Çayın vadisinin ən yığcam hissəsində, hücum üçün son dərəcə əlverişli keçiddə inşa edilib. Azərbaycan ərazisində müxtəlif dövrlərdə tikilmiş qalaların heç birinə bənzəmir. Qalın divarlarına, hörgü sisteminə və bürclərinin düzümünə görə Dərbənd, Beşbarmaq, Gilgilçay qalalarını xatırlatsa da, ilk baxışda sadə görünür. Əslində, son dərəcə dəqiq düşünülmüş strateji quruluşa malikdir.

Adi qara və yonma çaylaq daşlarından tikilib. İki istehkamdan ibarətdir. Eni yüz-yüz əlli metr, uzunluğu iki yüz metr olan qalanın uca, qalın divarları boyu, künclərində irili-xırdalı səkkiz nəhəng bürcü və hamısında da mərtəbə konstruksiyaları, pilləkənlər, mazğallar, müşahidə məntəqələri, nişangahları var.

Daxili quruluşuna fikir verin: hər tərəfdən divarlarla, bürclərlə əhatə olunmuş meydan əsl “ölüm ilgəyi”dir. Yəni əgər düşmən qoşunu ağır itki bahasına mühafizə qüvvələrini yarıb, qalaya daxil olarsa, həmlənin hansı tərəfdən ediləcəyini seçə bilməyəcək. Çünki lazım gələn anda ikinci darvaza taybatay açıla və ehtiyat zərbə dəstələri döyüşə qoşula bilərdi.

Bundan əlavə, qalanın lap yuxarı tərəfində divarlara bitişik ikinci istehkam da var. Bütün əlamətlərinə görə yəqin ki, burada hərbi sursat saxlanırmış və eyni zamanda mühafizə dəstələrinin, gömrükxana növbətçilərinin, qalabəyinin yerləşməsi üçün kazarma, köməkçi otaqlar da olmuşdur.

Beləliklə, Aran Qarabağdan Şuşa qalasınadək geniş bir sahə ayıq-sayıq nəzarət altında saxlanılmış, xanlığın paytaxtına gedən əsas yol gecə-gündüz mühafizə edilmişdir.

Sağ sahildəki qalanın bürclü, ikiqat daş divarları var. Sol sahildəki qala isə dördkünc bürclüdür. Hər ikisinin divarlarının qalınlığı iki-üç metrdir. Həm Aran Qarabağ, həm də Şuşa tərəfdən giriş darvazaları olmuşdur. Qalanın etibarlı istehkam, mühafizə və gömrükxana funksiyasını səciyyələndirən əsas cəhəti onun qəsr tipli olmasıdır. Eyni zamanda yolüstü buraxılış məntəqəsi funksiyasını yerinə yetirən qalanın sol tərəfi sıx meşəlik, sağ tərəfi isə sıldırım qayalıq, dərəli-təpəlidir. Gəlib-keçən əhali axını, karvanlar burada yoxlanılırmış.

Əsgəran qalasının bir hissəsi də Qarqar çayının o biri sahilindədir. Bu hissə tamamilə başqa şəkildə qurulmuşdur və bir qədər də başqa məqsəd güdürdü. Səddin bir ucu çayın sahilində, o birisi isə dağın zirvəsindədir. Hər iki qurtaracağında möhkəm istehkam qurğuları mövcuddur. Uzunluğu üç yüz metrə qədər olan bu səddin hündürlüyü doqquz, qalınlığı isə üç metrə yaxındır. Quruluşunda isə hələ dünyanın heç yerində təsadüf edilməyən bir xüsusiyyət var. Çayın lap sahilindəki dördbucaq şəkilli istehkamdan başlayıb, yamacın sinəsi ilə qalxaraq sərt dikdirdəki böyük istehkama qovuşan bu səddin divarları müasir dəhlizlər kimi, iki qatdan ibarətdir və başdan-başa tağbənd örtüklüdür.

Böyük Çin səddində olduğu kimi, divarın üstü ilə dörd adamın yanaşı hərəkət edə biləcəyi endə yol uzanır. Deməli, döyüş zamanı əsgərlər həm qapalı dəhlizlə, həm də səddin üstü ilə aşağıdakı və yuxarıdakı istehkamlar arasında sərbəst hərəkət edir, aradakı bürclərdə yığışır və beləliklə də, istənilən anda müəyyən nöqtədən hücuma hazır olurmuşlar. Əgər çevik strateji manevr tələb olunarsa, səddin ikinci mərtəbəsindən istifadə etmək mümkündür. Ona görə ki, bütün səddboyu mazğallar və atəş açrımları düzülmüşdür.

I Rusiya-İran müharibəsi zamanı (1804-1813) rus qoşunlarının düşərgəsi Əsgəran qalası yaxınlığında olub. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları da məhz bu qalada aparılıb.

ŞAHBULAQ - Şahbulaq kəndi yaxınlığında on səkkizinci əsrə aid qala Qarabağ xanlığının ikinci paytaxtı olub. Bünövrəsi 1748-ci ilin sonlarında vaxtilə I Şah Abbasın qışlağı olmuş yerdə - Tərnəgüt adlı hündür təpə üzərində və böyük bir bulağın yanında Pənahəli xan Cavanşir tərəfindən qoyulub. Düşmən qüvvələrin Qarabağa tez-tez hücumu bu müdafiə qalasının sürətlə inşasına səbəb olmuşdu.  Ona görə də qısa müddət ərzində qalanın ətrafında bişmiş kərpicdən geniş və möhkəm müdafiə hasarı və bürclər tikilmiş, içərisində ən zəruri inzibati binalar inşa edilmişdi. Mazğallı müdafiə divarlarının hündürlüyü yeddi, bürclərininki isə səkkiz metr yarıma çatırdı. Yeganə giriş yolu şimal tərəfdən idi.

Pənahəli xan Cavanşir Qarabağın adlı-sanlı adamlarını, qulluqçuları, sənətkarları burda məskunlaşdırmış, öz iqamətgahını Bayatdan Şahbulağa köçürmüşdü. Sonra məlum olmuşdu ki, bu qala xanlığın tələbatını ödəyə bilmir. Qala-şəhər Bayata nisbətən əlverişli və möhkəm bir yerdə olsa da, düşmən qoşunları qarşısında uzun müddət davam gətirə bilməzdi. Ona görə də xan geniş məsləhət-məşvərət keçirib, paytaxt kimi başqa bir qüdrətli müdafiə qalası tikmək fikrində olduğunu bildirir. Beləliklə də, Şuşanın əsasını qoyur. Xanlığın üçüncü paytaxtını rəsmiləşdirmək barədə fərman verəndən və öz iqamətgahını ora köçürəndən sonra (1753) Şahbulaq qalası tədricən tərk edilib.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!