10 Yanvar 2025 08:35
124
CƏMİYYƏT
A- A+
Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək

Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək


Ötən ilin əlamətdar hadisələrindən biri də Qazax rayonunun dörd kəndinin Ermənistanın işğalından azad edilməsi oldu. Bu da Azərbaycan dövlətinin doğru və qətiyyətli siyasəti sayəsində reallaşdı. Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində diqqətə çatdırdığı kimi, Ermənistan Azərbaycan ərazilərinin bir santimetrini belə azad etmək istəmirdi. Ancaq Azərbaycan dövlətinin ardıcıl həyata keçirdiyi uğurlu siyasət, qurduğu güclü, şücaətli ordu işğalçı Ermənistanı geri çəkilməyə, qəsb etdiyi ərazilərimizi tərk etməyə vadar etdi.

"Düşünürəm ki, Ermənistanı könüllü surətdə, belə desək, könüllü-məcburi şəkildə bu kəndləri qaytarmağa vadar edən bir neçə amil var. Birincisi, Vətən müharibəsi və onun nəticələridir. İkincisi, antiterror əməliyyatı. Zənnimcə, o, erməni rəhbərliyinin onlarla birlikdə Azərbaycana qarşı duracağı ilə bağlı bütün illüziyaları artıq yox etməli idi", - dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində dedi.

Artıq işğalçı ölkənin nə "böyük Ermənistan" xülyası, nə də "yenilməz Ermənistan ordusu" mifi var. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu əsl gücün, qəhrəmanlığın, məğlubedilməzliyin nümunəsini nümayiş etdirdi. Ermənistanın müstəqilliyimizi yeni bərpa etdiyimiz, ağır sınaqlarla üzləşdiyimiz vaxtlarda - 1990-cı illərdə xarici havadarlarından hər cür yardımlar alaraq ələ keçirdiyi və otuz ilə yaxın işğal altında saxladığı kəndlərimiz, qəsəbələrimiz, rayonlarımız, şəhərlərimiz Vətən müharibəsində bir-bir Ermənistan silahlı qüvvələrindən azad edildi. Qarabağ və Şərqi Zəngəzurda  arzu etdiyimiz kimi, Azərbaycan bayrağı dalğalandı. Müzəffər Azərbaycan Ordusu yenə də təxribat və terror əməllərini Qarabağda qalaraq davam etdirməyə səy göstərən Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinə və separatçılara son zərbəni isə 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları zamanı vurdu. Düşmən məğlubiyyətə uğrayaraq təslim bayrağını qaldırdı. Beləliklə, Azərbaycan öz suverenliyini tam bərpa etdi.

Dörd ildir ki, Azərbaycan işğalçı Ermənistanın otuz il ərzində xarabalığa çevirdiyi Qarabağı və Şərqi Zəngəzuru dirçəltmək, həmin ərazilərin sakinləri olan keçmiş məcburi köçkünlərin geri qayıtmalarına şərait yaratmaq üçün Böyük qayıdış proqramı həyata keçirir. Azərbaycan dövləti öz gücü ilə Qarabağ və Şərqi Zəndəzuru yenidən qurur. Aparılan tikinti-bərpa, quruculuq işləri külli miqdarda vəsait və işçi qüvvəsi tələb edir.

Bu gün də Azərbaycan xalqının və dövlətinin ən böyük məqsədi, niyyəti sülhün bərqərar olmasıdır. Təəssüf ki, Ermənistan rəhbərliyi bunun əksini nümayiş etdirir. Açıq-aşkar silahlanmaqla niyyətinin sülh olmadığını göstərir. Ermənistan bəzi ölkələr, bir sıra qüvvələr tərəfindən cidd-cəhdlə silahlandırılır. Şübhəsiz ki, bu, regionun təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində nəzərə çatdırdı ki, Ermənistanda gedən silahlanma prosesi, əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Müsahibə zamanı dövlət başçısına ünvanlanan suallardan biri də bu oldu: "Bu proses bizim Böyük qayıdışımıza mane olmayacaq ki? Ləngiməyəcəyik ki?" Prezident İlham Əliyev bildirdi ki, əlbəttə, müəyyən dərəcədə mane olur: "Çünki böyük vəsait hərbi və təhlükəsizlik məsələlərinə ayrılır. Əgər Ermənistanın silahlanma siyasəti olmasaydı, mən deyə bilərəm ki, 8,4 yox, bəlkə də hərbi və təhlükəsizlik məsələləri üçün 4 milyard manat kifayət edərdi, əgər biz yenə də potensial təhlükə ilə üz-üzə qalmasaydıq. Ona görə əlbəttə ki, bu vəsaitin bir hissəsi gedəcəkdi Qarabağın bərpasına, bir hissəsi gedəcəkdi digər bölgələrin inkişafına, bir hissəsi gedəcəkdi sosial proqramlara". Dövlət başçısı diqqətə çatdırdı ki, amma buna baxmayaraq, Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir: "Bu il ən azı 4 milyard manat ayrılacaq. Amma mən hesab edirəm ki, biz daha çox vəsaiti səfərbər edə bilərik. Biz üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik və artıq mətbuatda da bu gedib. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar, inşaatda, dövlət işlərində və digər sahələrdə".

Prezident İlham Əliyev açıqladı ki, bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. Bildirdi ki, o şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kənddə, şəhərdə indi inşaat işləri getdiyini və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlərin məskunlaşacaqlarını deyən dövlət başçısı onu da qeyd etdi ki, biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq: "Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su-elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq. Amma yenə də əgər biz dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə və bu keyfiyyətlə bərpa etməyib. Yəni biz burada da həm peşəkarlıq, həm də çox ciddi yanaşma göstəririk. Burada sadəcə olaraq, söhbət maliyyə resurslarından getmir, yəni resurslar ola bilər, amma gərək sənin insan potensialın olsun. Yəni biz son illər ərzində kadr hazırlığına da böyük investisiyalar qoymuşuq, texniki imkanlarımız da genişdir".


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

15:14
10 Yanvar

Avropa çempionatı: Xorvatiya-Azərbaycan oyununun hakimləri açıqlanıb

14:57
10 Yanvar

“Lenovo” innovativ noutbukunu təqdim edib

14:41
10 Yanvar

Ötən il Azərbaycanın qeyri-neft-qaz ixracı 3 milyard dolları ötüb

14:40
10 Yanvar

Əfqanıstan hökuməti Qərb ölkələrindən təzminat tələb edib

14:39
10 Yanvar

Yanvarın 16-da Mars adi gözlə görünən ən zəif ulduzdan 900 dəfə parlaq olacaq

14:37
10 Yanvar

Belçikalıların Kralı Filipdən

14:34
10 Yanvar

Ötən il 48,2 min şəxsə əlillik təyin edilib

14:32
10 Yanvar

Azərbaycanlı şagirdlər ABŞ-da Beynəlxalq Olimpiadada uğur qazanıb 

14:31
10 Yanvar

SOCAR “yaşıl istiqraz”ların buraxılışına başlayır

14:16
10 Yanvar

Metronun yeni tikiləcək 10 stansiyasından 6-sının yeri müəyyənləşdirilib

14:16
10 Yanvar

Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək  

14:05
10 Yanvar

Sabah hava əsasən yağmursuz olacaq

13:51
10 Yanvar

Dövlət Sərhəd Xidmətində ötən ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib  

13:33
10 Yanvar

S.R.Şərifovun Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında  

13:21
10 Yanvar

S.R.Şərifovun Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilməsi haqqında  

13:10
10 Yanvar

Tramp Putinlə görüşə hazırlıq görüldüyünü bildirib

12:59
10 Yanvar

TDT-nin Baş katibi “2024. Dünya Turizm Lideri” mükafatına layiq görülüb  

12:53
10 Yanvar

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatının birgə tədbirlər planı imzalanıb  

12:35
10 Yanvar

“Samsung” üç ekranlı smartfon üzərində çalışır

12:33
10 Yanvar

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir

11:36
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!