10 İyul 2024 08:15
781
SİYASƏT
A- A+
Qarabağ Bəyannaməsi türk birliyinin daha da inkişafında həlledici rol oynayacaq

Qarabağ Bəyannaməsi türk birliyinin daha da inkişafında həlledici rol oynayacaq

 

"Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-rəsmi sammitinin ildə bir dəfə keçirilməsi təşəbbüsü Prezident İlham Əliyevə məxsusdur. Təşkilata üzv dövlətlər tərəfindən Azərbaycan Prezidentinin bu təşəbbüsü dəstəklənib və Şuşa şəhərində TDT-nin dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşü baş tutub".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, bu, böyük tarixi hadisədir. Zirvə görüşündə iştirak edən dövlət başçıları Şuşanı türk dünyasının həmrəyliyinin rəmzi hesab edirlər. 
Prezident İlham Əliyev sammit çərçivəsində çıxış edərək Türk Dövlətləri Təşkilatını müasir dövrdə qlobal siyasətdə yeri olan çox təsirli bir subyekt kimi görmək istədiyini bir daha vurğuladı. Azərbaycanın təşəbbüsləri digər platformalarda olduğu kimi, Türk Dövlətləri Təşkilatının da strukturunun təkmilləşdirilməsinə xidmət edir, əməkdaşlıq imkanlarının genişləndirilməsini şərtləndirir. Ümumiyyətlə, təşkilatın daha perspektivli bir subyektə çevrilməsinə imkan verir. Prezident İlham Əliyev də bu məqama xüsusi toxunaraq hazırkı strukturun, maliyyələşməsinin bütövlükdə təşkilata üzv olan ölkələrin resurslarına tam uyğun olmadığını bildirdi. "Bu baxımdan Prezident İlham Əliyev bir nümunə də göstərdi. Türk Dövlətləri Təşkilatının Katibliyinin hesabına Azərbaycan tərəfindən 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüldüyünü bildirdi. Hesab edirəm ki, dövlət başçısı bununla gələcəkdə Türk Dövlətləri Təşkilatının daha funksional olması və bir təşkilat kimi daha sürətlə strukturlaşması istiqamətində ilk addımı atdı. Bundan sonrakı mərhələdə digər üzv ölkələrin də analoji addımı atacağını düşünürəm", - deyə deputat əlavə edib.
 Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində prioritet əməkdaşlıq istiqamətlərinə də diqqət çəkdiyini qeyd edən E.Mirbəşiroğlu bildirib ki, dövlətimizin başçısı nəqliyyat, logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, bu istiqamətdə Azərbaycanın malik olduğu infrastrukturun əhəmiyyətinə toxunub, ayrıca olaraq ölkəmizin atdığı addımları xatırladıb. Bu bir daha ona dəlalət edir ki, nəqliyyat, logistika sahəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin maraqlarına uyğun əməkdaşlıq sisteminin qurulması Azərbaycan üçün prioritetdir və bu istiqamətdə dövlətimizin praktiki addımları kifayət qədər təsirlidir. 
Prezident vurğuladı ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların həcmi bir milyon tondan 5 milyon tona qədər yüksəldilib. Nəzərə almaq lazımdır ki, bu imkanın yaradılmasında Azərbaycan dövlətinin həlledici rolu olub. Ayrıca olaraq Ələt Beynəlxalq Dəniz Ticarəti Limanının yük keçiricilik qabiliyyətinin 15  milyon tondan 25 milyon  tona yüksəldilməsini də ölkə rəhbəri qeyd etdi. Bu məqamlar bir daha göstərir ki, Azərbaycan həqiqətən də gələcək unikal əməkdaşlıq üçün çox əlverişli imkanlara sahibdir. 
Deputat xatırladıb ki, tədbir iştirakçıları Azərbaycanın COP29-a evsahibliyinin əhəmiyyətini vurğulayaraq, bunu çox önəmli hadisə adlandırıblar: "Prezident İlham Əliyev türk dövlətləri rəhbərlərinin işğaldan azad edilmiş ərazilərə səfərlərini minnətdarlıq hissi ilə xatırladıb, onlara təşəkkürünü bildirib. Orada bərpa-quruculuq işlərinə göstərilən mənəvi dəstəklə bağlı fikrini bölüşüb. Eyni zamanda təhsil ocaqlarının, yaradıcılıq mərkəzinin tikilməsinə görə müvafiq ölkələrin rəhbərlərinə də təşəkkürünü bildirib". 
Deputatın fikrincə, qeyri-rəsmi Zirvə görüşünün əsas nəticəsi məhz Qarabağ Bəyannaməsinin imzalanması oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ Bəyannaməsinin imzalanması Türk Dövlətləri Təşkilatının bundan sonrakı inkişafında çox həlledici rol oynayacaq. 31 maddədən ibarət sənəddə türk dövlətlərinin gələcək əməkdaşlıqla bağlı mövqeləri sərgilənir. Çox vacib məsələlərlə bağlı strateji yanaşmalar öz ifadəsini tapıb". 
E.Mirbəşiroğlu hesab edir ki, Qarabağ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının konstitusiyasıdır. Bu bəyannamə təşkilatın sürətli inkişafını şərtləndirəcək bir fəaliyyət strategiyasıdır. Bu baxımdan Azərbaycan növbəti dəfə çox mühüm tarixi  səhifə yazdı. Türk Dövlətləri Təşkilatının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşü işğaldan azad edilmiş ərazilərimizə, xüsusilə Qarabağın incisi olan Şuşaya dünyanın diqqətini növbəti dəfə çəkdi və bu, çox əlamətdar hadisə idi. Ən əsası isə Azərbaycan türk dünyasında həmrəyliyin möhkəmləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsi, qarşılıqlı maraqlara cavab verən mövqelərin formalaşdırılması baxımından növbəti dəfə olduqca təsirli addım atdı.

Ə.QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın XİN başçısı Azərbaycanın Cammu və Kəşmirlə bağlı mövqeyini bir daha açıqlayıb

13:41
22 İyun

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:39
22 İyun

Almaniyada COP29 Sədrliyi iqlim şəffaflığı sahəsində qlobal təşəbbüsləri müzakirə edib

13:37
22 İyun

ABŞ İranın üç nüvə obyektini vurub

13:35
22 İyun

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

13:34
22 İyun

Respublika üzrə iyun ayının pensiya ödənişi yekunlaşıb

13:31
22 İyun

Rəsmi Tehran AEBA-nın Rəhbərlər Şurasının təcili iclasının keçirilməsini istəyib

13:29
22 İyun

İran BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib

10:20
22 İyun

İran XİN: Nüvə obyektlərinə hücumun uzunmüddətli nəticələri olacaq

10:17
22 İyun

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

10:10
22 İyun

Bilmək istəyirəm

09:45
22 İyun

Baxışlar, baxışlar...

09:40
22 İyun

İsrail-İran qarşıdurması: gərginlik səngimir

09:35
22 İyun

Tarixi keçmişimizin əzəmətini daş yaddaşında yaşadan Əsgəran qalası

09:30
22 İyun

Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olmuş bir nəslin üç nümayəndəsi

09:25
22 İyun

Qələbənin sərhədsiz gücü 

09:20
22 İyun

Olimpiya hərəkatında Azərbaycan nümunəsi

09:15
22 İyun

Göygöl rayonunda yeni turizm obyekti açılıb

09:10
22 İyun

Ərçivanlıların xahişi: qəsəbədə Qarabağ şəhidlərinin Xatirə Kompleksi yaradılsın

09:07
22 İyun

Qazaxda arpa biçini davam edir

09:05
22 İyun

Bu il Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında ümumilikdə 72 min hektardan çox sahədə taxıl əkilib

09:02
22 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!