24 Mart 2026 15:28
207
İQTİSADİYYAT
A- A+
Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq kompleksi - “Şirvan Aqro” 

Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq kompleksi - “Şirvan Aqro” 

Müəssisədə Azərbaycanın və Cənubi Qafqazın ən böyük “Karusel” tipli süd sağımı, həmçinin “Paralel” sağım sistemləri yaradılıb


Şamaxıdakı “Şirvan Aqro” heyvandarlıq kompleksi ölkəmizdə alternativ və yaşıl enerjidən istifadə olunan ilk belə təsərrüfatdır.

Kompleksin məhsul istehsalı və realizasiya üzrə məsləhətçi Ələsgər Abbasov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, təxminən 100 hektar ərazini əhatə edən kompleksin yaradılmasında əsas məqsəd əhalinin yüksək keyfiyyətli süd və ət məhsulları ilə təmin olunması, bu məhsulların ixrac imkanlarının genişləndirilməsi, eləcə də regionun inkişafına, xüsusən Şamaxı və ətraf rayonlarda məşğulluğun artırılmasına töhfə verməkdir. Kompleksdə ümumilikdə 9000 baş heyvanın saxlanılması üçün şərait yaradılıb. Bunlardan 3200 başı südlük, 3000 başı ətlik mal-qara, 2800 başı isə buzovlardır. Hazırda burada Holşteyn-Friz, Limuzin, Aberdin-Anqus və digər cins heyvanlar bəslənilir.

Mütəxəssis bildirib ki, ən son texnologiyalarla təchiz edilən və süni intellekt vasitələri ilə idarə olunan bu kompleks Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq müəssisələrindən biridir. Kompleksdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün dünyanın qabaqcıl texnologiyalarının tətbiqini öyrədəcək Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərəcək.



Müəssisədə Azərbaycanın və Cənubi Qafqazın ən böyük “Karusel” tipli süd sağımı, həmçinin “Paralel” sağım sistemləri yaradılıb. Hər bir sağım nöqtəsində süd keyfiyyətinin onlayn analizatoru quraşdırılıb. Ölkədə südün 32 dərəcədən 4 dərəcəyədək sürətli soyudulması üçün qabaqcıl sistem, həmçinin dünyadakı ən son genetik materiallar əsasında fəaliyyət göstərən, süd həcminin artırılmasını təmin edən ilk Reproduksiya Mərkəzi yaradılıb.

Saxlanılan heyvanlar arasında xəstəliklərin erkən diaqnozu və tez bir zamanda müalicəsi üçün tətbiq olunan innovativ sürü idarəetmə sistemi mövcuddur. Burada real vaxtda sürü inkişafı monitorinqinin həyata keçirilməsi, kökəltmənin səmərəli idarə edilməsi və çəkinin elektron hesablanması üçün xüsusi tərəzi sistemi tətbiq olunur.

Heyvanların identifikasiya və sağlamlıq vəziyyətinin qeydiyyatı, eyni zamanda, mayalanmanın dəqiq vaxtının müəyyən edilməsi üçün elektron boyunbağılardan istifadə olunur.

Kompleksdə innovativ və xüsusi stasionar avadanlıqlarla təchiz edilən yem mərkəzi də fəaliyyət göstərir. Burada, həmçinin innovativ sistemlərlə təchiz olunan, “Dry Age” otağına malik ət kəsimi məntəqəsi yaradılıb.

Müəssisədə Şamaxı və ətraf rayonların 200-dən çox sakini işlə təmin olunub. Kompleksin ərazisində digər rayonlardan buraya işləməyə gələnlər və xarici mütəxəssislərin qalması üçün yaşayış binası da var.

Qeyd edək ki, bu cür müasir kompleksin istifadəyə verilməsi, ilk növbədə, kənd təsərrüfatının mühüm sahələrindən olan heyvandarlığın inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Layihənin icrası, həmçinin ümumilikdə regionun kənd təsərrüfatı potensialının artırılmasında böyük rol oynayır. Bu cür təsərrüfatlarda müasir texnologiyaların tətbiqi isə məhsuldarlığın artırılmasına, heyvanların sağlam şəraitdə saxlanmasına və istehsal xərclərinin azaldılmasına zəmin yaradır. Bu kompleksin fəaliyyətə başlaması, eyni zamanda, ölkəmizin ixrac potensialının artırılmasına müsbət təsir edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq kompleksi - “Şirvan Aqro” 

15:28
24 Mart

Sahibə Qafarova Asiya Boao Forumuna qatılmaq üçün Çinə səfər edib

14:41
24 Mart

Dövlət Baxçalı: Regionda eskalasiya getdikcə gözlənilməz hala gəlir  

13:53
24 Mart

Qazaxıstan və Çin Trans-Xəzər nəqliyyat marşrutu üzrə konteyner xidmətlərini inkişaf etdirir

13:26
24 Mart

Azərbaycan və Özbəkistan arasında aqrar sahədə anlaşma memorandumu imzalanıb

13:08
24 Mart

ÜST: Dünyada 350 milyondan çox insan depressiyadan əziyyət çəkir

12:50
24 Mart

Sabah Bakıda buludlu, rayonlarda isə yağıntılı hava şəraiti gözlənilir

12:48
24 Mart

Avropa Komissiyasının rəhbəri: Aİ Hörmüz boğazına yalnız münaqişədən sonra gəmilər göndərə bilər

12:44
24 Mart

DİN: Ötən gün 8 kiloqramdan çox narkotik vasitə və xeyli sayda silah-sursat aşkar edilib

12:40
24 Mart

Ukraynaya kütləvi hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

12:38
24 Mart

Azərbaycan üzərindən Ermənistana növbəti tranzit: 270 tondan çox gübrə və 1 vaqon qarabaşaq yola salınır 

10:36
24 Mart

Media: İran Hörmüz boğazından keçən gəmilər üçün rüsum almaq hüququnu axtarır

10:01
24 Mart

Pentaqon İrana qarşı əməliyyatda hava-desant qoşunlarından istifadə etməyi nəzərdən keçirir

09:26
24 Mart

Pakistan İran, ABŞ və İsrail nümayəndələri ilə danışıqlara ev sahibliyi etməyə hazırdır

09:11
24 Mart

Hesabat: Yer kürəsinin iqlimi görünməmiş qeyri-sabitlik mərhələsinə daxil olub  

21:57
23 Mart

Tramp: Biz İrana beş gün vaxt veririk  

21:42
23 Mart

Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub  

21:23
23 Mart

Braziliya naziri vətəndaşlarının və diplomatların İrandan təxliyə dəstəyinə görə Azərbaycana minnətdarlıq edib  

21:19
23 Mart

Tramp razılaşmanın bir hissəsi olaraq ABŞ-nin İranın zənginləşdirilmiş uranından istifadə edəcəyini bildirib  

18:51
23 Mart

Türkiyənin xarici işlər naziri 7 ərəb dövlətinin səfirlərini qəbul edib

18:36
23 Mart

Tramp: Biz İranla razılaşma əldə etmək üçün real imkanların astanasındayıq

18:31
23 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!