23 Mart 2026 15:09
248
İQTİSADİYYAT
A- A+
Bakı və Abşeron yarımadasında mövcud nəqliyyat problemlərinin köklü həlli üçün mühüm addımlar atılır

Bakı və Abşeron yarımadasında mövcud nəqliyyat problemlərinin köklü həlli üçün mühüm addımlar atılır

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu üçün Dövlət Proqramı” çərçivəsində paytaxt və Abşeron yarımadasında mövcud nəqliyyat problemlərinin köklü həlli üçün mühüm addımlar atılır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, sürətli urbanizasiya və paytaxtətrafı qəsəbələrin genişlənməsi mövcud infrastrukturun qarşısında yeni əngəllər yaradır. Gündəlik olaraq on minlərlə vətəndaşın eyni saatlarda şəhər mərkəzinə doğru və ya yarımadanın fərqli tərəflərinə hərəkət etməsi əsas magistral yollarda ciddi sıxlıq yaradır. Hazırda ətrafdan, xüsusilə də M4, M1, M3 – Ələt və ümumilikdə Bakıətrafı yollardan gələn, lakin əslində şəhər mərkəzinə daxil olmaq istəməyən sürücülər alternativ dəhlizlər olmadığı üçün məcburi tranzit olaraq mərkəzə daxil olmalı, yəni şəhərin əsas yollarından istifadə etməli olurlar. Mövcud yollar artıq tələbatı ödəyə bilmədiyi üçün sürücülər məcburiyyət qarşısında onsuz da həddindən artıq yüklənmiş mərkəzi arteriyalardan istifadə edirlər.

Dövlət Proqramında nəzərdə tutulan layihələrin əsas hədəflərindən biri də yol hərəkəti iştirakçılarının şəhər mərkəzinə və sıxlıq olan yollara daxil olmadan istədikləri istiqamətə rahat və fasiləsiz hərəkətini təmin etməkdir. Məhz bu məqsədlə hazırda 3 yeni irimiqyaslı strateji yolun inşası planlaşdırılıb.

Birinci vacib layihə Bilgəh–Novxanı–Xırdalan–M4 avtomobil yoludur. Bu nəhəng infrastruktur layihəsi Abşeron yarımadasının şimal-şərqindəki yaşayış məntəqələrini Bakı şəhərinə daxil olmadan birbaşa şimal istiqaməti və Bakı-Şamaxı-Yevlax magistralı ilə birləşdirəcək. Beləliklə, şimal və qərb zonası ilə daha səmərəli nəqliyyat əlaqəsi qurulacaq.

İkinci mühüm layihə Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yoludur. Bu yol yarımadanın şərqindəki Sabunçu rayonu ilə qərbdəki Sulutəpə qəsəbəsi arasında birbaşa və sürətli nəqliyyat əlaqəsi yaradacaq. Sabunçu, Zabrat, Kürdəxanı, Sulutəpə və Binəqədi ərazilərində əhalinin sürətlə artdığı bir dövrdə bu yol yeni alternativ marşrut rolunu oynayacaq. Nəticədə nəqliyyat axını mərkəzi yollara daxil olmadan yönləndiriləcək və şəhərdaxili tıxaclar əhəmiyyətli dərəcədə azalacaq.

Üçüncü istiqamət isə Bakı Dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yoludur. Məlumdur ki, hazırda Dairəvi-1 avtomobil yolu natamam olduğu üçün M1 yoluna, yəni Bakı-Sumqayıt şosesinə əlavə böyük yük düşür. Bu birbaşa bağlantı sayəsində şəhərin əsas nəqliyyat arteriyalarının inteqrasiyası güclənəcək. Xırdalan və Sumqayıt istiqamətindən gələn nəqliyyat axını "20 Yanvar" dairəsinə daxil olmadan birbaşa metronun "Koroğlu" stansiyası istiqamətinə hərəkət edə biləcək. Bu da həm mərkəzi yolların, həm də Ziya Bünyadov prospekti üzərindəki nəqliyyat yükünü azaltmağa kömək edəcək.

Bu layihələrin vətəndaşlara qazandıracağı rahatlığı real nümunələr üzərindən göstərək:

Məsələn, Respublikanın şəhər və rayonlarından, xüsusilə də Müşfiqabad, 28 May qəsəbələrindən Bilgəh istiqamətinə getmək istəyən sürücülər Bilgəh–Novxanı–Xırdalan–M4 avtomobil yolundan istifadə etməklə şəhərə daxil olmadan bu səfəri yerinə yetirə biləcəklər.

Sulutəpədən Aeroport şosesinə çıxmaq istəyənlər isə Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolunu seçərək tıxaca düşmədən, maneəsiz şəkildə hərəkət edəcəklər.

Yaxud, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərindən Binə qəsəbəsi, metronun “Koroğlu” və ya “Əhmədli” stansiyaları istiqamətinə və ya əksinə getmək istəyən vətəndaşlar layihə çərçivəsində tamamlanacaq Bakı Dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yolundan istifadə edərək şəhər mərkəzini yükləmədən, birbaşa və kəsintisiz şəkildə mənzilbaşına çatacaqlar.

Artıq Bilgəh–M4 avtomobil yolunun inşası aparılır, 2027-ci ildə isə bu magistralın istifadəyə verilməsi planlaşdırılır. Bu yolun ümumi uzunluğu təxminən 29 kilometr təşkil edəcək və 6 zolaqlı olacaq.

Dövlət Proqramında nəzərdə tutulan bu 3 layihə vətəndaşların ümumi şəhər yollarına daxil olmadan və mərkəzi küçələrdən istifadə etmədən istədikləri istiqamətə rahat gediş-gəlişini təmin edəcək. Bu layihələrin yekunlaşması ilə şəhərin mərkəzinin və əsas magistralların yükü kəskin şəkildə azalacaq.





Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IDEA İctimai Birliyi və “Reza Visual Academy” uşaqlar üçün “FotoBax” milli fotomüsabiqəsinə start verir

17:13
23 Mart

Tramp İran enerji infrastrukturuna hərbi zərbələri 5 gün müddətinə təxirə salmağı tapşırıb

17:01
23 Mart

Azərbaycan XİN: Rusiya tərəfindən Mariya Zaxarovanın son açıqlaması ilə bağlı izahat gözləyirik

16:53
23 Mart

Aleksandr Sırski: Rusiya qoşunları cəbhə boyunca bir neçə istiqamətdə hücum əməliyyatlarını gücləndirib

16:43
23 Mart

Ağdam Sənaye Parkı gənc kadrlar üçün yeni imkanlar açır

16:24
23 Mart

Nazirlik: PUA-ların Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları təşkil olunacaq VİDEO  

16:02
23 Mart

Bakı və Abşeron yarımadasında mövcud nəqliyyat problemlərinin köklü həlli üçün mühüm addımlar atılır

15:09
23 Mart

Ukrayna ordusu Rusiyanın yanacaq-enerji infrastrukturlarına hava zərbələri endirib

14:51
23 Mart

Dünya bazarına sıxılmış qaz ixracı tamamilə dayana bilər?

13:40
23 Mart

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

13:36
23 Mart

Prezident İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib

13:34
23 Mart

Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

12:19
23 Mart

Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib

12:15
23 Mart

Dünya birjalarında neft bahalaşıb

11:32
23 Mart

ABŞ İranın Xarq adasını ələ keçirmək üçün quru əməliyyatı planlaşdırır

11:28
23 Mart

Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib

11:23
23 Mart

Qızılın qiyməti 5 yanvardan bəri ilk dəfə 4400 dollardan aşağı enib

10:30
23 Mart

Media: İran raketləri Londona çata bilir

10:27
23 Mart

Əraqçi: ABŞ və İsrail İranın nüvə obyektlərinə dəyən ziyanı kompensasiya etməlidir

23:54
22 Mart

Höteborqda Azərbaycan Baharı: Milli adət-ənənələrimiz İsveçdə yaşadılır  

22:29
22 Mart

Gürcüstanın sabiq Patriarxı II İlya dəfn olunub

19:53
22 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!