24 Mart 2026 13:08
208
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Özbəkistan arasında aqrar sahədə anlaşma memorandumu imzalanıb

Azərbaycan və Özbəkistan arasında aqrar sahədə anlaşma memorandumu imzalanıb


Özbəkistanda səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu ölkənin kənd təsərrüfatı naziri İbrokhim Abduraxmonov ilə görüşüb.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanla Özbəkistanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının mövcud vəziyyəti barədə müzakirələr aparılıb.

Görüşdə Özbəkistanın kənd təsərrüfatı naziri İbrokhim Abduraxmonov Azərbaycanla dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanın sığorta modelinə əsaslanaraq Özbəkistanın öz sığorta modelini qurduğunu, ölkəmizin kənd təsərrüfatı sahəsindəki nailiyyət və təcrübəsini qardaş ölkə ilə bölüşməyə hazır olduğunu qeyd edib.

Görüşdə aqrar sahədə əməkdaşlığın gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələrinin qısa zamanda həyata keçirilməsi, iş adamları arasında əlaqələrin gücləndirilməsi, azərbaycanlı iş adamlarının Özbəkistanda fəaliyyətinin genişləndirilməsi, hər iki ölkədə təşkil edilən beynəlxalq sərgi və yarmarkalarda iş adamlarının iştirakının təşviq edilməsi, müasir texnologiyaların transferi, aqrar elmi-tədqiqat və aqrar təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Tədqiqatlar Mərkəzi (ATM) ilə Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatı Bilikləri və İnnovasiya Sistemi (AKIS) arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi ATM-in direktoru Rəşad Hüseynov və AKİS-nin direkor müavini Oybek Amanov imzalayıblar. Memorandumda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər aqrar tədqiqat və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq kompleksi - “Şirvan Aqro” 

15:28
24 Mart

Sahibə Qafarova Asiya Boao Forumuna qatılmaq üçün Çinə səfər edib

14:41
24 Mart

Dövlət Baxçalı: Regionda eskalasiya getdikcə gözlənilməz hala gəlir  

13:53
24 Mart

Qazaxıstan və Çin Trans-Xəzər nəqliyyat marşrutu üzrə konteyner xidmətlərini inkişaf etdirir

13:26
24 Mart

Azərbaycan və Özbəkistan arasında aqrar sahədə anlaşma memorandumu imzalanıb

13:08
24 Mart

ÜST: Dünyada 350 milyondan çox insan depressiyadan əziyyət çəkir

12:50
24 Mart

Sabah Bakıda buludlu, rayonlarda isə yağıntılı hava şəraiti gözlənilir

12:48
24 Mart

Avropa Komissiyasının rəhbəri: Aİ Hörmüz boğazına yalnız münaqişədən sonra gəmilər göndərə bilər

12:44
24 Mart

DİN: Ötən gün 8 kiloqramdan çox narkotik vasitə və xeyli sayda silah-sursat aşkar edilib

12:40
24 Mart

Ukraynaya kütləvi hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

12:38
24 Mart

Azərbaycan üzərindən Ermənistana növbəti tranzit: 270 tondan çox gübrə və 1 vaqon qarabaşaq yola salınır 

10:36
24 Mart

Media: İran Hörmüz boğazından keçən gəmilər üçün rüsum almaq hüququnu axtarır

10:01
24 Mart

Pentaqon İrana qarşı əməliyyatda hava-desant qoşunlarından istifadə etməyi nəzərdən keçirir

09:26
24 Mart

Pakistan İran, ABŞ və İsrail nümayəndələri ilə danışıqlara ev sahibliyi etməyə hazırdır

09:11
24 Mart

Hesabat: Yer kürəsinin iqlimi görünməmiş qeyri-sabitlik mərhələsinə daxil olub  

21:57
23 Mart

Tramp: Biz İrana beş gün vaxt veririk  

21:42
23 Mart

Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub  

21:23
23 Mart

Braziliya naziri vətəndaşlarının və diplomatların İrandan təxliyə dəstəyinə görə Azərbaycana minnətdarlıq edib  

21:19
23 Mart

Tramp razılaşmanın bir hissəsi olaraq ABŞ-nin İranın zənginləşdirilmiş uranından istifadə edəcəyini bildirib  

18:51
23 Mart

Türkiyənin xarici işlər naziri 7 ərəb dövlətinin səfirlərini qəbul edib

18:36
23 Mart

Tramp: Biz İranla razılaşma əldə etmək üçün real imkanların astanasındayıq

18:31
23 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!