01 İyun 2023 01:23
614
ELANLAR
A- A+
Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi publik hüquqi şəxs açıq tender elan edir

Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi publik hüquqi şəxs açıq tender elan edir

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi publik hüquqi şəxs tərəfindən qapalı (otaqda) və açıq (çöldə) məkanlarda istifadə üçün mexaniki və sanitar-təchizatlı təkərli oturacaqların satın alınması ilə əlaqədar tenderə dəvət edir.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar.

İştirak haqqı: 1500 manat

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Hesab: AZ10AIIB380400C9444812858107 

VÖEN: 9900003611

Bank: Kapital Bank ASC Xətai filialı

Kodu: 200071

VÖEN: 1000341661

M/H: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T: AIIBAZ2X

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra-Qanun) 29.4-cü maddəsinə əsasən tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

* tenderdə iştirak etmək üçün ərizə;

* iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

* iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (sənədin əsli təqdim edilməlidir və ya surəti olduğu təqdirdə notarial qaydada təsdiq edilməlidir);

* Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq vergi orqanından alınmış arayış (sənədin əsli təqdim edilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial qaydada təsdiq edilməsi mütləqdir. Arayışın tarixi elan verilən ayı və sonrakı dövrü əhatə etməlidir);

* satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (müvafiq təsdiqedici sənədlər təqdim edilməlidir);

* öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (uçotda olduğu vergi orqanından alınmalıdır, əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir, arayışın tarixi elan verilən dövrü əhatə etməlidir);

* müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (yüklülük barədə arayış (uçotda olduğu vergi orqanından alınmalıdır, əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir, arayışın tarixi elan verilən dövrü əhatə etməlidir);

* satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (DİN və "ASAN xidmət" mərkəzlərindən məhkumluq barədə arayış (sənədin əsli təqdim edilməlidir və ya surəti olduğu təqdirdə notarial qaydada təsdiq edilməlidir, arayışın tarixi elan verilən dövrü əhatə etməlidir);

* iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (əgər sənəd elektron formada alınıbsa, notarial qaydada təsdiq edilməsi mütləqdir, 2022-ci il üzrə);

* iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin əsli təqdim edilməlidir, əgər sənəd elektron formada alınıbsa, notarial qaydada təsdiq edilməsi mütləqdir, arayışın tarixi elan verilən dövrü əhatə etməlidir);

* tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); 

* tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

* satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (notarial qaydada təsdiq olunmuş surətləri) tərtib olunmalıdır. Tender proseduru Azərbaycan Respublikasının qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 11.07.2023-cü il saat 15:00-a qədər, tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 19.07.2023-cü il saat 15:00-a qədər Bakı şəhəri, Əhmədli qəsəbəsi, Seyid Əzim Şirvani küçəsi 3 ünvanında yerləşən Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 20.07.2023-cü il saat 15:00 -da Bakı şəhəri, Əhmədli qəsəbəsi, Seyid Əzim Şirvani küçəsi 3 ünvanında yerləşən Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində tender komissiyasının iştirakı ilə  aparılacaqdır.

İddiaçı və ya onun notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil etdiyi şəxs tender prosedurlarının açılışında iştirak edə bilər. Müvafiq orqanlardan tələb olunan sənədlərin alınması cari ayı əhatə etməsi mütləqdir.

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!