14 Oktyabr 2024 17:01
2214
Qəbullar
A- A+
Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin inkişaf edəcəyinə ümidvar olduğunu bildirirək, səfirə fəaliyyətində uğurlar arzuladı.

Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən şərəf hissi duyduğunu deyən Julyen de Frepon fəaliyyəti dövründə ikitərəfli münasibətlərin müxtəlif, o cümlədən iqtisadi və siyasi sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini dedi.

Azərbaycanda COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir bu tədbiri iqlim dəyişmələri ilə bağlı qlobal çağırış kimi dəyərləndirdi.

O, eyni zamanda, Belçikanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirdi. Səfir COP29-un enerji keçidi və iqlim dəyişmələri ilə bağlı fəaliyyət göstərən Belçika şirkətlərinin öz imkanlarını və “yaşıl enerji” sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək üçün də bir fürsət olacağını vurğuladı.

Regional sabitliyin Belçika üçün də böyük önəm daşıdığını deyən diplomat Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. O, Ermənistan-Azərbaycan münasibətlərilə də bağlı regional sabitlikdə Belçikanın maraqlı olduğunu dedi. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə son dövrlərdəki irəliləyişi qeyd edən səfir bu istiqamətdə atılan addımları Belçikanın təşviq etdiyini söylədi. O, eyni zamanda Azərbaycanın üzləşdiyi mina çağırışları məsələsində də Belçikanın ölkəmizə, həmçinin ANAMA-nın fəaliyyətinə göstərdiyi dəstəyini bundan sonra da davam etdirəcəyini vurğuladı.

Belçikanın Avropa İttifaqının əsasını qoyan üzv dövlətlərdən biri olduğunu deyən Julyen de Frepon ölkəsinin Azərbaycan ilə Avropa İttifaqı arasında enerji keçidi, iqlim dəyişmələri, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıqda maraqlı olduğunu bildirdi.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı potensialın mövcudluğunu qeyd edərək iki ölkənin xarici işlər nazirləri arasında keçirilən görüşlərin əməkdaşlığın gündəliyi məsələsinin müzakirəsi üçün faydalı olduğunu dedi.

Prezident İlham Əliyev COP29-a hazırlıq işlərinin yekun mərhələdə olduğunu bildirdi. Hazırlıq işlərinə bir ildən az vaxt olduğunu deyən dövlətimizin başçısı COP-öncəsi tədbirinin bu işlərin uğurla həyata keçirilməsini nümayiş etdirdiyini vurğuladı. Prezident İlham Əliyev növbəti ildə Azərbaycanın COP-a sədrliyi dövründə də dünyanın müxtəlif bölgələri arasında körpü rolu oynamaq əzmində olduğunu dedi. Dövlətimizin başçısı, eyni zamanda, yaşıl enerjiyə keçidin də bizim geniş gündəliyimizdə duran mühüm məsələ olduğunu bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, planlaşdırdığımız layihələrin artıq bir hissəsinin həyata keçirildiyini nəzərə alsaq, qarşıdakı illərdə enerji sektorumuzda bərpaolunan enerjinin payı əhəmiyyətli dərəcədə artacaq və biz bu sahədə Belçika şirkətləri ilə əməkdaşlıq etməyə hazırıq.

Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan Prezident İlham Əliyev qeyd etdi ki, Brüssel Ermənistanla Azərbaycan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə danışıqların uğurla keçirildiyi bir məkan olmuşdur və həqiqətən orada mühüm irəliləyişə nail olunmuşdur. Lakin əfsuslar olsun ki, Ermənistan tərəfi Brüssel prosesi adlanan bu prosesi davam etdirməmək qərarına gəldi. Ancaq hər bir halda bu çox yaxşı nəticə və təcrübə verən müsbət proses idi.

Prezident İlham Əliyev qeyd etdi ki, hazırkı şəraitdə daha çox diqqət ikitərəfli müstəviyə cəmlənib. Dövlətimizin başçısı vurğuladı ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Prezident İlham Əliyev bu baxımdan Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirdi və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğuladı.

Dövlətimizin başçısı qeyd etdi ki, torpaqlarımızın işğalı dövründə dırnaqarası “Madrid prosesi, prinsipləri” mövcud idi və bunun qarşılıqlı razılaşdırılmış əsas müddəalarından biri də o idi ki, bütün məsələlər razılaşdırılmadan heç nə razılaşdırıla bilməz. Bu, o zamankı ATƏT-in Minsk qrupu həmsədrlərinin, Ermənistanın və Azərbaycanın mövqeyi idi və biz bu mövqedə qalırıq. Əfsuslar olsun ki, keçmiş Minsk qrupunun bəzi üzvləri bununla bağlı öz mövqelərini dəyişdirdilər və Ermənistanın indiki qeyri-real təklifini dəstəkləyirlər. Prezident İlham Əliyev bildirdi ki, bir çox hallarda Ermənistan tərəfi bu təklifləri irəli sürməklə guya sülh istəyində olduqlarını nümayiş etdirirlər. Lakin onlar əvvəlcədən bilirlər ki, bu təkliflər qəbul oluna bilməz. Bütün bunlara baxmayaraq, proses davam edir. Azərbaycan Prezidenti vurğuladı ki, bizim torpaqlar işğal altında olanda - 1992-ci ildən 2020-ci ilədək 28 il vaxt keçirdik və nəticə sıfıra bərabər oldu. İndi isə danışıqlara iki ildir ki, başlanılıb. Ona görə səbrli, realist və son nəticədə Cənubi Qafqazda sülhə nail olunmasına sadiq olmaq lazımdır.

Dövlətimizin başçısı belə bir məqama da toxundu ki, Avropa İttifaqı əvvəllər olduğu kimi Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır. Belə ki, Avropa İttifaqı torpaqlarımızın işğalı dövründə bu məsələdə heç vaxt fəal olmamışdır. Bizim bununla bağlı o dövrdə Avropa İttifaqına və Avropa institutlarına xeyli sayda müraciətlərimiz belə cavablandırılırdı ki, bu məsələ ilə Minsk qrupu məşğul olur, Avropa İttifaqının bu məsələyə aidiyyatı yoxdur. Hazırda isə Avropa İttifaqının bu məsələyə fəal cəlb olunduğu görünür. Lakin əfsuslar olsun ki, Brüsseldə, Avropa İttifaqının mənzil qərargahında bəziləri tərəfkeşlik edirlər. Bu, qeyri-məhsuldar bir mövqedir, yalnız etimadsızlıq yaradır və Avropa İttifaqını normallaşma prosesindən təcrid edir. Dövlətimizin başçısı vurğuladı ki, əgər mümkündürsə, mən belə bir tövsiyyə edərdim ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə gedilməsin, özlərini Fransanın təsirinə salmasınlar. Çünki, Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı siyasəti destruktiv siyasət olub və tamamilə bu cür də qalmaqdadır.

Prezident İlham Əliyev onu da vurğuladı ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin bizim razılığımız olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılmasıdır. Buna nə ehtiyac var idi?! 2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, “binokl diplomatiyası” heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi. Dövlətimizin başçısı bildirdi ki, biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni qaldıracağıq.

Belçika səfiri bu məlumatlara görə təşəkkürünü bildirdi, öz tərəfindən əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğuladı.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı geniş gündəliyə malikdir və enerji, nəqliyyat, yaşıl enerji, ticarət sahələrini əhatə edir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Beləliklə, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı Azərbaycan-Aİ əməkdaşlığında geriləmə olarsa, bu, təəssüf hissi doğurar. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər Ermənistan-Azərbaycan gündəliyindən asılı olmayaraq inkişaf edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Azərbaycan COP29-un nüvə enerjisini təşviq edən platforma olmasına diqqət yetirəcək  

17:07
06 Noyabr

Hidayət Məmmədov: Metronun “Koroğlu” stansiyasında COP29-la bağlı istiqamət lövhələri yerləşdirilib  

17:01
06 Noyabr

Azərbaycan Ümumdünya Termo Nüvə Enerjisi Qrupunun birinci nazirlər iclasında təmsil olunur  

16:01
06 Noyabr

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri ilə COP29-a hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb  

15:59
06 Noyabr

BMT: Son 60 ildə silahlı münaqişələrin 40 faizi təbii sərvətlərə sahib olmaq uğrunda baş verib  

15:59
06 Noyabr

COP29-la əlaqədar Bakı metrosunda qərargah fəaliyyət göstərəcək

15:58
06 Noyabr

Gürcüstanın Baş naziri azərbaycanlı həmkarına minnətdarlığını bildirib  

15:57
06 Noyabr

Baş nazir Əli Əsədov Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşüb  

15:36
06 Noyabr

Respublikaçılar Nümayəndələr Palatasında çoxluğu saxlamağa yaxındır  

15:35
06 Noyabr

Bakı metrosunun iş rejiminə dəyişiklik ediləcək

15:34
06 Noyabr

Azərbaycan ilə Çin arasında hüquqi və institusional əməkdaşlıq genişləndiriləcək  

15:33
06 Noyabr

COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində “COP29” menyusu yaradılıb  

15:32
06 Noyabr

Türkiyə Prezidenti Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümidvar olduğunu bildirib  

15:31
06 Noyabr

Türkiyə İranla sərhədboyu divarın tikintisi işlərini başa çatdırmaq üzrədir

15:30
06 Noyabr

Azərbaycan və Anqola arasında idman sahəsində əməkdaşlıq müzakirə olunub  

15:29
06 Noyabr

Hulusi Kılıç: Azərbaycan COP29 məqsədlərinə nail olmaq istiqamətində mühüm addımlar atır  

14:59
06 Noyabr

Yol polisi sürücülərə müraciət edib

14:56
06 Noyabr

Prezident İlham Əliyev Donald Trampı yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib  

14:24
06 Noyabr

Ukraynada hərbi vəziyyət rejiminin müddəti növbəti dəfə uzadılıb  

14:23
06 Noyabr

Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Donald Trampa  

14:21
06 Noyabr

Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar

13:47
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!