25 Iyul 2024 15:33
203
DÜNYA
A- A+

“Politico”: Avropalıların əksəriyyəti öz ölkələrində korrupsiyanın yayıldığı qənaətindədir

 

Amerikanın nüfuzlu “Politico” nəşri Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən “Eurobarometer” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrini dərc edib.

AZƏRTAC xəbər verir ki, sorğunun nəticələrinə görə, Avropa İttifaqı vətəndaşlarının üçdə ikisindən çoxu öz ölkələrində korrupsiyanın geniş yayıldığı qənaətindədir.

“Eurobarometer”in məlumatına görə, avropalıların 68 faizi korrupsiyanın genişmiqyaslı olduğunu bildirib; ən yüksək faizlər Yunanıstanda (98 faiz), Portuqaliyada (96 faiz), Maltada (95 faiz) və Sloveniyada (95 faiz) qeydə alınıb.

Yalnız üç Aİ ölkəsində korrupsiya nadir hal hesab olunur; ən aşağı faiz Finlandiyada - 18 faiz, Danimarkada - 26 faiz və Lüksemburqda - 43 faiz qeydə alınıb. Avropalıların təxminən dörddəbiri - 27 faizi gündəlik həyatlarında korrupsiya ilə şəxsən qarşılaşdıqlarını, 75 faizi biznes və siyasətin çox sıx bağlı olduğunu və bunun da korrupsiyanın çiçəklənməsi üçün şərait yaratdığını bildirib.

Sorğunun nəticələri Avropa Komissiyasının Aİ-yə üzv dövlətlərdə və bloka üzv olmağa namizəd statusu olan bir sıra ölkələrdə qanunun aliliyinə dair illik hesabatı ilə eyni vaxtda dərc edilib. İyulun 24-də açıqlanan hesabatda blokda korrupsiyaya qarşı mübarizəyə zərbə vurmaq riski olan bəzi cinayət qanunvericiliyi islahatları ilə bağlı narahatlıqlar vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video