19 Sentyabr 2023 23:28
284
SİYASƏT
A- A+

Pol Qobl: "İrəvan sülh danışıqlarından yayındıqca daha çox itirəcəyini başa düşəcək”


“İrəvan sülh danışıqlarından yayındıqca daha çox itirəcəyini başa düşəcək”.
Bunu “Report”a açıqlamasında ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, politoloq Pol Qobl deyib.
Onun sözlərinə görə, Ermənistan yaxın gələcəkdə sülhə yaxın durmayacaq: “Mənə elə gəlir ki, real, bəlkə də, şiddətli qarşıdurma dövrünün astanasındayıq, bu çərçivədə bütün tərəflər mümkün olanı sınayır. Ermənistan təkbaşına qalib gələ bilməz, baxmayaraq ki, Azərbaycan bunu bacarar. Bu, İrəvanın və onu dəstəkləyənlərin üzləşməli olduğu reallıqdır”.
Mövcud problemin həll yollarına gəldikdə isə P.Qobl hər iki tərəfin danışıqlara davam etməli olduğunu vurğulayıb.
Müsahib Ermənistanın Rusiya və İranla münasibətinin pisləşməsinə də diqqət çəkib və söyləyib ki, Rusiya Cənubi Qafqazda mövqeyini itirir: “Son zamanlar Ermənistanın həm Rusiya, həm də İranla münasibətləri o qədər də yaxşı deyil. Rusiyanın başı Ukraynada işğala qarışıb, Cənubi Qafqazda mövqeyini itirir. İran problemlər yarada bilər, lakin aqressiv çıxışlarına baxmayaraq, müdaxilə etməyi mümkün görünmür. Düşünürəm ki, bir müddətdən sonra İrəvan danışmadıqca daha çox itirəcəyini başa düşəcək”.


“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video