18 Sentyabr 2023 20:55
1592
PARLAMENT
A- A+
Müharibə veteranlarına növbəti güzəşt

Müharibə veteranlarına növbəti güzəşt

 

Sentyabrın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda üç məsələ müzakirə edilib.

Komitənin  sədri Bəxtiyar Əliyev əvvəlcə  Milli Məclisin 2023-cü il yaz və növbədənkənar sessiyaları ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatını təqdim edib. Qeyd olunub ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 16 məsələyə baxılıb. Baxılan məsələlər barədə məlumat verən komitə sədri müzakirələrdən keçən qanun layihələrinin elm və təhsil sahəsində həyata keçirilən uğurlu islahatların hüquqi bazasının möhkəmləndirilməsinə xidmət etməsindən danışıb.

Keçən sessiyalar dövründə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Milli Məclis tərəfindən ölkə və beynəlxalq miqyasda keçirilən tədbirlərdən söz açan Bəxtiyar Əliyev deputatların, o cümlədən komitə üzvlərinin bu tədbirlərdə fəal iştirakını qeyd edib. Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə 227 müraciət daxil olub, onlarla bağlı müvafiq tədbir görülüb. Komitə sədri, həmçinin elm və təhsil sahəsinin aktual məsələləri ilə bağlı komitənin gördüyü işlərdən, keçirilən ictimai müzakirələrdən danışıb.

Elm və təhsil komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planı barədə qeyd edilib ki, sənəddə komitəyə daxil olacaq qanun layihələrinə, həmçinin digər sənədlərə baxılması nəzərdə tutulub. İş planında "Ali təhsil haqqında" qanun layihəsinin də müzakirəsinin nəzərdə tutulduğunu deyən komitə sədri layihə ilə bağlı görülən işlər barədə məlumat verib.

Gündəliyin son məsələsi olan "Peşə təhsili haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı komitə sədri bildirib ki, layihədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təklif olunub.

Gündəlikdəki məsələlərin müzakirəsində komitənin sədr müavini Musa Qasımlı, komitə üzvləri İsa Həbibbəyli, Kamilə Əliyeva, Ceyhun Məmmədov, Etibar Əliyev, Anar İsgəndərov, Tamam Cəfərova, Müşfiq Məmmədli komitənin cari ilin yaz və növbədənkənar sessiyalarında görülən işlər, payız sessiyası üçün iş planı ilə bağlı fikirlərini açıqlayıblar, rəy və təkliflərini səsləndiriblər.

Müzakirəyə çıxarılan qanun layihəsini təqdir edən millət vəkilləri dəyişikliyi cənab Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasətinin, o cümlədən müharibə veteranlarına diqqət və qayğının növbəti təzahürü kimi dəyərləndiriblər.

Müzakirələrin sonunda komitə üzvləri 2023-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində Elm və təhsil komitəsində görülmüş işləri qənaətbəxş sayıblar, qarşıdakı payız sessiyası üçün komitənin iş planını təsdiqləyiblər, "Peşə təhsili haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!