27 Dekabr 2025 08:00
963
PARLAMENT
A- A+
Patent hüquqlarının əsasları təkmilləşdirilir

Patent hüquqlarının əsasları təkmilləşdirilir


Dekabrın  26-da Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Mətbuat və  ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Sədri  Sahibə Qafarova iclasın əvvəlində diqqətə çatdırıb ki, dekabrın 25-də Azərbaycan sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğramasının ildönümü tamam oldu.

25 dekabr tarixi xalqımızın yaddaşında milli hüzn günü kimi qalacaq. Bu faciə insan həyatının ali dəyər olduğunu və mülki aviasiyanın təhlükəsizliyi üçün dövlətlərin və beynəlxalq qurumların daşıdığı böyük məsuliyyəti bir daha xatırladır. Biz təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət, onların ailələrinə və yaxınlarına səbr diləyirik.

Sonra iclasda  cari məsələlər müzakirə olunub. Müzakirələr zamanı parlamentin komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, deputatlar Ceyhun Məmmədov, Nizami Səfərov, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Müşfiq Cəfərov, Vasif Qafarov, Zaur Şükürov və Elman Nəsirov çıxış ediblər. Çıxışlarda 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini yerinə yetirən AZAL təyyarəsinin kənar müdaxilə nəticəsində Aktau şəhəri yaxınlığında qəzaya uğraması hadisəsi xatırlanıb.  Vurğulanıb ki, baş verən faciədə Azərbaycan tərəfinin irəli sürdüyü tələblər birbaşa beynəlxalq hüquqdan qaynaqlanır və dövlətimizin milli maraqlarımızın və vətəndaşlarımızın hüquqlarının etibarlı formada təmin edilməsi ilə bağlı qətiyyətli mövqeyinə əsaslanır.

İclasda həmçinin Prezident İlham Əliyevin bu günlərdə Qarabağ səfəri çərçivəsində Ağdamda etdiyi çıxış ölkəmizin ideoloji prinsiplərinin və tarixi yaddaşının əsas istiqamətlərini əks etdirən yol xəritəsi kimi qiymətləndirilib.

Deputatlar Cənubi Qafqazda kommunikasiyaların açılmasının regional əməkdaşlığın dərinləşməsi və iqtisadi inkişafın sürətlənməsi baxımından strateji əhəmiyyətini də vurğulayıblar, uşaqların və yeniyetmələrin internet mühitində zərərli təsirlərdən qorunmasının vacibliyinə diqqət çəkiblər. Millət vəkilləri həmçinin 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsinin ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqinin və tətbiqinin genişləndirilməsinə xidmət etdiyini bildiriblər. Deputatlar digər aktual mövzularla bağlı da fikirlərini açıqlayıblar, bəzi təkliflərini səsləndiriblər.

Sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının  Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təhsil haqqında", "Sosial xidmət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Ümumi təhsil haqqında", "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə,  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Mədəniyyət haqqında"  Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, "Notariat haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Tütün və tütün məmulatları haqqında", "Reklam haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri isə ikinci oxunuşda qəbul olunub. 

Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyin son 2 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov "Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Diqqətə çatdırılıb ki, beynəlxalq təcrübəyə uyğun olaraq qanuna bir sıra yeni anlayışların daxil edilməsi təklif olunur. Layihədə ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patent alınması üçün iddia ərizəsinin verilməsi, qeydiyyatı, o cümlədən iddia sənədinin ekspertizası üzrə  prosedurların asanlaşdırılması ilə bağlı dəyişikliklər nəzərdə tutulur. 

Sənəddə patent almaq istəyən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin çevikliyinin artırılması və ekspertizanın sürətləndirilməsi məsələləri tənzimlənir. Habelə qeyd olunur ki, ixtiraların patentləşdirilməsi üçün xarici iddiaçılar özləri bir sıra prosedurları birbaşa Azərbaycanın milli patent ofisinə müraciət etməklə həyata keçirə biləcəklər. 

Dəyişikliklərdə iddiaçıların iddia sənədlərinin tərtib olunmasında və verilməsində üzləşdikləri texniki çətinliklərin azaldılması ilə bağlı məsələlər də ehtiva olunur. 

Qanun layihəsində işəgötürənin xidməti tapşırığı əsasında ixtira, faydalı model və sənaye nümunəsi yaradan müəllifə ədalətli qonorarın ödənilməsi üçün hüquqi bazanın formalaşdırılması nəzərdə tutulur. Belə ki, ixtiranın müəllifi patentin alınmasına və onun qüvvədə saxlanılmasına görə patentdən gəlirin əldə edildiyi tarixədək işəgötürənin çəkdiyi xərclər çıxıldıqdan sonra qalan vəsaitin azı 50 faizini qonorar kimi ala biləcək.

Sənəddə habelə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciləri əhatə edən sənaye mülkiyyəti sahəsində qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmasına dair dəyişiklik də nəzərdə tutulur. Qeyd olunub ki, qanun layihəsinin qəbulu ölkədə ixtira və patent fəallığını yüksəldəcək. Habelə patent alınması ilə bağlı prosedurlar sadələşdiriləcək, ixtiranın yaradıcısı olan müəllifə ödənilməli olan qonorarın məbləği əhəmiyyətli dərəcədə artacaq, əqli mülkiyyət qanunvericiliyi daha da təkmilləşəcək.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim olunan layihənin rəhbərlik etdiyi komitə tərəfindən dəstəkləndiyini söyləyib. Ölkəmizdə elmin və texnoloji inkişafın prioritet istiqamət kimi müəyyən edildiyini, intellektual mülkiyyətin etibarlı qorunmasının aktual olduğunu bildirib. O, Prezident İlham Əliyevin bununla bağlı səsləndirdiyi "Hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir", "Elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır", "Bu gün bizim elmimizin praktik nəticələri olmalıdır" fikirlərini bir daha xatırladıb.

Komitə sədri qeyd edib ki, patent hüquqlarının gücləndirilməsi və onun əsaslarının təkmilləşdirilməsi müəyyən edilmiş innovativ inkişaf xəttinin iqtisadi mexanizmlə tamamlanmasını təmin edir, elmin, intellektual mülkiyyətin real iqtisadi dəyər yaratmasına imkan verir. O diqqətə çatdırıb ki, qanun layihəsinin mühüm istiqamətlərindən biri terminoloji və institusional dəqiqləşmələrdir. Yeni anlayışların qanunvericilikdə təsbit edilməsi hüquqi müəyyənliyi artırır, patent prosedurlarında şəffaflığın gücləndirilməsinə xidmət edir. O, eyni zamanda patent obyektlərinin sərhədlərinin daha dəqiq müəyyən edilməsinin əhəmiyyətindən söhbət açıb. Sosial-iqtisadi baxımdan mühüm yeniliklərdən olan xidməti ixtiralarla bağlı münasibətlərin dəqiqləşdirilməsindən danışıb. Komitə sədri patent qanunvericiliyinin təkmilləşdirilməsinin elmi-innovativ inkişafın istehsalatla uzlaşdırılması üçün hüquqi və institusional çərçivə yaratdığını bildirib.

Müzakirələr zamanı deputatlar Vasif Qafarov, Hikmət Məmmədov, Samir Vəliyev çıxış edərək, layihənin ölkəmizdə innovativ inkişafa, elmi-texniki tərəqqiyə və əqli mülkiyyətin qorunmasına mühüm töhfə verəcəyini söyləyiblər, bəzi qeyd və təkliflərini səsləndiriblər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumatı nəzərə çatdırıb. O bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsinə əsasən, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir. Qeyd olunub ki, elmi araşdırmalar nəticəsində asbest və tərkibində asbest olan məhsulların insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübut edilib və onlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən kanserogen məhsullar kimi təsnifatlandırılıb. Parlamentin komitə sədri Siyavuş Novruzov və deputat Qüdrət Həsənquliyev məsələ barədə bəzi qeydlərini səsləndiriblər. Deputat Nurlan Həsənov qaldırılan məsələlərə münasibət bildirib. 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Futuristik robot əl təqdim olunub  

18:38
22 Yanvar

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib  

18:32
22 Yanvar

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib

18:02
22 Yanvar

Tramp: Bizim Qrenlandiyaya tam çıxışımız olacaq  

17:55
22 Yanvar

MEDİA “Meta”nı Prezidentin adından yayılan zərərli “deepfake” məzmunu aradan qaldırmağa çağırıb  

17:43
22 Yanvar

“Onkoloji yardım haqqında” Qanuna edilən dəyişiklik birinci oxunuşda plenar iclasa tövsiyə edilib

17:41
22 Yanvar

Azərbaycan səfiri etimadnaməsini İraq Prezidentinə təqdim edib  

17:31
22 Yanvar

Qazaxıstan və Özbəkistan liderləri Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədini imzalayıblar  

17:27
22 Yanvar

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib  

17:13
22 Yanvar

Burkina Fasoda silahlılar 11 polisi öldürüblər  

17:09
22 Yanvar

Türkiyəli ekspert: Ermənistanla münasibətlərin normallaşması Bakı ilə İrəvan arasında sülh sazişindən asılıdır  

17:02
22 Yanvar

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Ağsuda vətəndaşların müraicətlərini dinləyib, təsərrüfatlara baş çəkib  

17:00
22 Yanvar

Olimpiya və dünya çempionları Şuşada

16:57
22 Yanvar

Gürcüstan polisi radikal qruplaşma üzvlərini ələ keçirib

16:54
22 Yanvar

YAP Veteranlar Şurasının iclası keçirilib

16:44
22 Yanvar

Davosda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü olub YENİLƏNİB

16:39
22 Yanvar

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb  

16:33
22 Yanvar

Dünya mediası: "Qarabağ"ın Avropa arzusu davam edir  

16:27
22 Yanvar

Tramp Venesuelanın neft fondlarına nəzarəti ələ alıb  

16:23
22 Yanvar

Almaniya Kansleri: Böyük güclərin formalaşdırdığı bir dünya artıq yeni reallıqdır  

16:19
22 Yanvar

Putin Sülh Şurasına 1 milyard dollar ayırmağa hazır olduğunu bildirib

16:13
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!