29 Yanvar 2025 08:10
309
SİYASƏT
A- A+
Paşinyanın uydurma "erməni soyqırımı" ilə bağlı etirafı

Paşinyanın uydurma "erməni soyqırımı" ilə bağlı etirafı


Azərbaycanın zəfərləri sayəsində dünya erməniliyinin bu saxta və qondarma iddiası gündəlikdən birdəfəlik çıxacaq


"İndiki Ermənistan hakimiyyəti xarici siyasətdə iki masada oturmağa çalışır. Lakin təcrübə göstərir ki, bu cür xarici siyasət xətti dövlətə uğur gətirmir. Bu baxımdan Bayden Administrasiyasının son günlərində Vaşinqtonda iki ölkə arasında strateji tərəfdaşlıq sazişinin imzalanması Paşinyan hökumətinə dəstəyin bir forması olsa da, əslində, Ermənistan üçün regionda böyük təhdid yaradan bir hadisədir".

Bunu "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, Paşinyan hökuməti Tramp Administrasiyasının mövqeyini və məsələyə necə yanaşacağını dəqiqləşdirmədən belə bir sazişə imza atmaqla Ermənistanı geosiyasi burulğanda batmaq təhdidi ilə üz-üzə qoyub. Ermənistan regiona kənar qüvvələri gətirməklə Cənubi Qafqazın digər ölkələri ilə mövcud və perspektiv əlaqələrinə zərər vurur. Bu addım eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını, sülh sazişinin imzalanmasını da risk altında qoyur.

Mübariz Qurbanlı deyib ki, Azərbaycan Cənubi Qafqazdakı məsələlərin region dövlətlərinin iştirakı ilə və Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq Platforması (3+3 təşəbbüsü) çərçivəsində müzakirəsinin tərəfdarıdır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan bu format region ölkələrinin problemlərini və əməkdaşlıq imkanlarını müzakirə edə biləcəkləri bir platforma rolunu oynayır. İndiyədək bu format üzrə bir neçə görüş keçirilib. Belə bir şəraitdə Avropa İttifaqının regiona gətirilməsi, onun missiyasının "binokl diplomatiyası" ilə casusluqla məşğul olması, o cümlədən Paşin-yan hökumətinin Bayden Administrasiyası ilə strateji tərəfdaşlıq sazişi imzalaması regiondakı dövlətlərin maraqları ilə qətiyyən uzlaşmır.

Ermənistanın baş nazirinin fevral ayında ABŞ-yə gözlənilən səfərinə gəlincə, Mübariz Qurbanlı bildirib ki, bu səfər yəqin ki, Tramp Administrasiyasından sözügedən sazişlə bağlı hansısa dəstəyi almaq məqsədi güdür: "Təbii ki, ABŞ-dəki erməni lobbisi bu məsələdə Paşinyanı dəstəkləyəcək. Onlar çalışırlar ki, Tramp komandasından Ermənistana dəstək ala bilsinlər. Amma proseslərə nəzər salanda Tramp Administrasiyasının xarici siyasətdə əvvəlki hakimiyyətdən fərqli siyasi xətt tutacağını proqnozlaşdırmaq mümkündür. Donald Trampın həm seçkiöncəsi, həm də prezident kimi fəaliyyətə başladıqdan sonrakı çıxışlarını, açıqlamalarını təhlil etsək görərik ki, onun əsas hədəfi ABŞ-nin daha da gücləndirilməsi və böyüməsidir. O da aydındır ki, onun "böyük Amerika" adı altında çağırışlarında  siyasi maraqlarla yanaşı, iqtisadi maraqlar da öndə dayanır. Yəni Trampın fəaliyyətində ABŞ-nin dünya iqtisadiyyatındakı gücünü daha da artırmaq iddiası və niyyəti aydın görünməkdədir. Bu da ondan irəli gəlir ki, son dövrlərdə ABŞ-nin qlobal iqtisadiyyatdakı mövqelərinin zəiflədiyi müşahidə olunur. Xüsusən Çinin sürətli inkişafı, Avropa İttifaqının bir sıra iqtisadi proseslərdə önə keçməsi ABŞ-ni öz mövqelərini gücləndirmək üçün yeni addımlar atmağa vadar edir.  Bu gün dünyada ÜDM istehsalı təxminən 100 trilyon dollar civarındadır. Bunun 26 trilyonu ABŞ-nin payına düşür. Amma ABŞ-nin dövlət borcu 35 trilyon dollara çatır. Ona görə Trampın hədəflərində iqtisadi amillər öndədir. Onun Rusiya ilə Ukrayna arasındakı müharibəni dayandırmaq üçün sürətlə çalışması, bunun üçün müxtəlif cəhdlər göstərməsi də ölkəsinin iqtisadi maraqlarından irəli gəlir. Çünki Ukrayna üçün ABŞ böyük vəsaitlər ayırır. Bu baxımdan Cənubi Qafqazda Ermənistan ABŞ-nin indiki administrasiyasının xarici siyasəti üçün o qədər də cəlbedici olmayacaq. Hazırda Cənubi Qafqazda mövcud olan nəqliyyat, enerji dəhlizləri kimi qlobal maraq doğuran əməkdaşlıq istiqamətləri məhz Azərbaycanı tərəfdaşlıq baxımından ABŞ üçün cəlbedici edir. Ona görə Ermənistan ABŞ-nin xarici siyasətində sadəcə hansısa vasitə kimi istifadə edilə bilər". 

Onu da qeyd edək ki, Ermənistanın baş naziri N.Paşinyan bir neçə gün əvvəl İsveçrədə erməni diasporunun nümayəndələri ilə görüşdə qondarma "soyqırımı" məsələsinin yenidən araşdırılmasının zəruriliyini bildirib.  Paşinyan qeyd edib ki, nəyin baş verdiyini və niyə baş verdiyini anlamaq lazımdır, 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu.

Bu barədə danışan Mübariz Qurbanlı bildirib ki, N.Paşinyanın bu sözləri, əslində, erməni soyqırımının olmaması ilə bağlı onun etirafıdır: "Bu etirafın kökündə dayanan ən əsas amil ilk növbədə Azərbaycanın Vətən müharibəsində Ermənistan üzərində parlaq hərbi qələbəsi, o cümlədən 2023-cü ildə antiterror tədbirlərində ərazilərimizdə erməni separatizminə son qoymasıdır. Bütün bunlar Azərbaycanın siyasi, hərbi, iqtisadi, mənəvi-psixoloji zəfərləri olmaqla Ermənistanın özünün də saxta soyqırımı iddialarına yanaşmasında dəyişikliyə  gətirib çıxarır. Paşinyanın geri çəkilməsi ölkəmizin qələbələrinin nəticəsidir. Əminlik yaranır ki, Azərbaycanın zəfərləri sayəsində dünya erməniliyinin bu saxta və qondarma iddiası gündəlikdən birdəfəlik çıxacaq".

Mübariz Qurbanlı qeyd edib ki, indiki şəraitdə Paşinyanın bu cür danışmağının səbəbi həm də odur ki, onun özü və ətrafı bölgədə sülhə nail olmadan Ermənistanın inkişaf edə bilməyəcəyini yaxşı başa düşürlər: "Başa düşürlər ki, kiçik Ermənistan yalnız Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqla ayaq üstə qala bilər.  Bunun üçün Ermənistan öz konstitusiyasına dəyişikliklər etməklə Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkməli, sülh sazişi layihəsindəki bütün müddəalarla bağlı razılığa gəlməlidir. O cümlədən də Türkiyə ilə münasibətlərini tənzimləməlidir. Bütün bunların qaçılmaz olduğunu Paşinyan anlayır və ona görə uydurma erməni soyqırımı ilə bağlı etiraf etməklə erməni ictimai rəyini də bu reallıqları qəbul etməyə hazırlayır. Eyni zamanda Türkiyəyə qondarma iddialardan əl çəkməyə hazır olmaları barədə mesaj verilir. Çünki anlayırlar ki, Türkiyəni ittiham etməklə, onunla əlaqələr yaratmaq qeyri-mümkündür". 

Mübariz Qurbanlı onu da əlavə edib ki, 1915-ci ildə nəyin baş verdiyi tarixi mənbələrdən məlumdur. Bununla bağlı Türkiyə arxivlərində yetərincə məlumatlar var. O məlumatlarda soyqırımı sözü işlədilmir. Olmayan hadisə haqqında necə danışmaq olar? Ona görədir ki, Ermənistan həmin dövrün birgə öyrənilməsi ilə bağlı Türkiyənin çağırışlarından yayınır. Soyqırımı iddiaları sadəcə Türkiyəyə təzyiq vasitəsi kimi istifadə olunan bir siyasi alətdir. 

Əlbəttə, Qərbdəki erməni lobbisi, ABŞ Konqresindəki ermənipərəst deputatlar soyqırımı kartından Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etmək üçün bunun hər zaman gündəmdə olmasını istəyəcəklər. Bu barədə qənaətlərini bölüşən Mübariz Qurbanlı deyib ki, həmin konqresmenlər erməni icmalarından və fondlarından maliyyə almaq üçün qondarma erməni soyqırımı iddiasından həmişə istifadə edirlər: "Lakin hesab edirəm ki, Tramp Administrasiyası bu cür məsələlərdən irəli gələrək Türkiyə ilə münasibətlərinə xələl gəlməsini istəməyəcək. Çünki geopolitik baxımdan yanaşdıqda  Türkiyənin regionda nə qədər güclü olduğu aydın görünür. Azərbaycanla da münasibətlərdə Tramp Administrasiyası ölkəmizin regiondakı yerini və rolunu qiymətləndirərək, erməni lobbisinin anti-Azərbaycan çağırışlarını  arxa plana keçirəcəkdir".


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Çin strateji tərəfdaşlığının möhkəmlənməsi qlobal sabitliyə töhfə verir ŞƏRH  

21:59
15 Fevral

Azərbaycanın ən güclü şahmatçıları müəyyənləşib

20:31
15 Fevral

Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi müzakirə edilib  

20:03
15 Fevral

Nazir Ceyhun Bayramovun litvalı həmkarı ilə görüşüb

19:29
15 Fevral

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri barədə fikir mübadiləsi aparılıb

19:26
15 Fevral

Bakıda "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib

17:40
15 Fevral

İtaliyanın Baş naziri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub

15:52
15 Fevral

Azərbaycan və Qvineya arasında bir sıra sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub

15:51
15 Fevral

“Humanitar terrorçu”  

15:45
15 Fevral

Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə

14:19
15 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

14:17
15 Fevral

Vens: ABŞ Ukraynada davamlı sülhə nail olmaq istəyir

14:16
15 Fevral

Dərin su tədqiqat mərkəzi inşa ediləcək

13:49
15 Fevral

Yıxılma riskini proqnozlaşdırmaq üçün test

13:31
15 Fevral

İş və istirahət günlərinin yerləri dəyişdirilib - QƏRAR

12:36
15 Fevral

Sabah hava yağmursuz keçəcək - Proqnoz

12:35
15 Fevral

Rusiyanın Altay regionunda 6,4 maqnitudalı zəlzələ olub

12:33
15 Fevral

Müdafiə Nazirliyi: Gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə vətəndaşlardan andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik  

12:21
15 Fevral

Azərbaycan-Çin münasibətləri möhkəm siyasi təmələ əsaslanır  

12:07
15 Fevral

Elon Mask yeni layihə anons edib

12:02
15 Fevral

DİN: Ötən gün 78 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

11:53
15 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!